Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

DİQQƏT!

 

23.02.2018-ci il tarixində saat 15:00-da LDU-nun 2 saylı tədris korpusunda (auditoriya № 207) “Riyaziyyat və informatika” kafedrasının genişlənmiş iclasında “Diferensial tənliklər” (1211.01) ixtisası üzrə dissertant Vahab Mehti oğlu Həbibovun “Qeyri-lokal sərhəd şərtli parabolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin müzakirəsi keçiriləcəkdir.
Arzu edənlər iştirak edə bilərlər.
 

ELMİ HİSSƏ
 

 

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

 

LDU peşəkar kadr hazırlığı istiqamətində daha bir addım atdı.


Lənkəran Dövlət Universiteti (LDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) daha bir qurumu-Lənkəran regional Elm Mərkəzi ilə əməkdaşlıq edəcək. Bununla bağlı tərəflər arasında elmi və təcrübi əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb. Lənkəran Dövlət Universitetində keçirilən imzalanma mərasimində hər iki qurumun rəsmiləri iştirak ediblər.
Tədbiri Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.Professor Natiq İbrahimov son illərdə ölkədə elm və təhsilin inkişafında görülən işlərdən, iqtisadiyyatın yüksəldilməsinin əhalinin rifahına müsbət təsirindən ətraflı bəhs edib.Bildirib ki, universitetin əsas məqsədi peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək, elmi biliklərin təcrübədə tədbiqinə nail olmaqla, konkret uğurlara imza atmaqdır. Ölkə başçısı cənab İlham Əliyevin cənub bölgəsində kənd təsərrüfatını əsaslı şəkildə dirçəltmək məqsədi ilə verdiyi son sərəncamları yüksək dəyərləndirən LDU rəsmisi bildirib ki, çayçılığın, tərəvəzçiliyin, sitrus bağçılığın, çəltikçiliyin, baramaçılığın inkişafı ilə bağlı verilən sərəncamlar ali təhsil müəssisələrinin üzərinə də peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək vəzifəsini qoyur. Natiq İbrahimov bağlanan müqavilənin məhz bu məqsədə xidmət etdiyini iştirakçıların diqqətinə çatdırıb.

 


AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru,professor Fərman Quliyev cənub bölgəsində çayçılığın və sitrus meyvəçiliyin əvvəlki şöhrətinin qaytarılması istiqamətində başlanan işlərə yardımçı olacaqlarını,müştərək işin hər iki elmi quruma faydalı olacağını deyib.
Qeyd edək ki, peşəkar kadr hazırlığını yüksəltmək məqsədi daşıyan müqavilə müştərək tədqiqat və layihələrin həyata keçirilməsini,birgə elmi seminarlar və simpoziumların , konfransların təşkilini nəzərdə tutur.Eyni zamanda, müqavilə çərçivəsində elmi tədqiqat məqsədi ilə Lənkəran-Astara bölgəsinə birgə ekspedisiyalar da təşkil olunacaq.

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator