Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

 

 

Lənkəran Dövlət Universiteti payızlıq əkinlərə start verdi.

 


Elmi biliklərin təcrübədə tədbiqinə nail olmaq və aqrar yönümlü kadrların praktik hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə Lənkəran Dövlət Universitetində (LDU) geniş layihələrə start verilib.Universitetdə fəaliyyət gtöstərən aqrar və mühəndislik fakültəsinin tələbə müəllim heyətinin iştirakı ilə tədris-təcrübə təsərrüfatında payız əkinlərinin keçirilməsinə başlanılıb.Havaların xoş keçməsindən istifadə edilərək ilkin olaraq təcrübə təsərrüfatında bostan bitkiləri əkilir.Bu gün ilk dəfə olaraq aqronomluq ixtisasında təhsil alan tələbələrin yardımı ilə 10 sot sahədə sarımsaq əkilib.Yaxın günlərdə mövsümə uyğun olaraq digər tərəvəz və bostan bitkilərinin əkilməsi də həyata keçiriləcək.
Mövsümi bitkilərlə yanaşı, çoxillik əkinlərin keçirilməsi də diqqət mərkəzindədir.Cənub bölgəsi üçün spesifik olan və gələcəkdə yaxşı gəlir vəd edən sitrusçuluq və çayçılığı inkişaf etdirmək məqsədi ilə yaxın günlərdə LDU-nun yardımçı təsərrüfatında feyxoa,narıngi,limon,givi,portağal ağaclarından ibarət bağ salınacaq,eyni zamanda 1 hektar sahədə yaşıl çay bitkisi əkini aparılacaq.Bu işlərdə Türkiyənin Çukorova Universitetinin təcrübəsindən istifadə olunacaq.LDU-da yardımçı təsərrüfatının inkişafı isə təkcə tələbələrin təcrübi biliklərinin təkmilləşməsinə faydalı deyil,eyni zamanda,gələcəkdə bu ali təhsil ocağının maliyyələşməsində də mühüm rol oynaya bilər.Belə ki,yardımçı təsərrüfatdan gələn qazancın həm yardımçı təsərrüfatın genişlənməsinə,lazımi texnikaların alınmasına,həm də universitetin ehtiyaclarının ödənilməsinə sərf olunacağı nəzərdə tutulur.
 

 

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator