Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

Xəbərlər...

 

Müdrikliyə gedən yol.

Lənkəran Dövlət Universitetinin Kitabxana mərkəzindən reportaj =>

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

AKTUAL ELANLAR

 

Gənc tədqiqatçıların

nəzərinə:

 

17 oktyabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” mövzusunda gənc tədqiqatçıların (bakalavriat, magistrant, doktorant) respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.

 


Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan:Yeni yüksəliş mərhələsi” mövzusunda keçirilən gənc tədqiqatçıların respublika elmi konfransına respublika himninin səslənməsi ilə start verilib. LDU-nun təşkilati dəstəyi ilə reallaşan respublika elmi konfransının plenar iclasını universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov açıb. LDU rəsmisi son illərdə ölkədə gənc elmi kadrların yetişdirilməsi istiqamətində respublika təhsil nazirliyinin həyata keçirdiyi uğurlu layihələrdən söz açıb,Lənkəran Dövlət Universitetində elmlə praktikanın üzləşdirilməsi yönümündə təcrübi tədqiqatlara start verildiyini bildirib.LDU-da gənc kadrların elmi potensialının düzgün yönləndirilməsi məqsədi ilə yeni proqramın hazırlandığını deyən universitet rəsmisi bu istiqamətdə dünya ali təhsil müəssisələrinin təcrübəsindən də yararlanacaqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Professor Natiq İbrahimovun çıxışı Lənkəran Dövlət Universitetinin bu istiqamətdə fəaliyyətini əks etdirən videoçarxla müşayət edilib.

 


“Elmi kadr hazırlığının milli strategiyası “ mövzusunda LDU-nun tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə məruzə edib.Məruzə ətrafında keçirilən müzakirədə gənc tədtiqatçılardan Əfranə Həsənli,Ruslan Mİrzəyev,Şəbnəm İbadova çıxış edərək ölkədə gənc alimlərin hazırlanması istiqamətində görülmüş işlərdən və həllini gözləyən məsələlərdən söz açıblar.
Respublika elmi konfransı iştirakçıları adından prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə ölkədə gənc elmi kadrların inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildirilib,bu etimada yeni uğurlu tədqiqat işləri ilə cavab veriləcəyi vurğulanıb.
Sonra konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib.Təbiət elmləri,Humanitar elmlər,Aqrar və mühəndislik,İqtisadiyyat bölmələrində gənc tədqiqatçıların Azərbaycan,rus,ingilis dillərində müxtəlif mövzularda 120-dən artıq məruzəsi dinlənilib.
Elmi konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilib,aktiv müzakirə aparılıb.Professor Natiq İbrahimov konfransda fəal iştiraklarına görə gənc tədqiqatçılara rəhbərlik adından minnətdarlıq edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.Gənc tədqiqatçılar arasında daha maraqlı məruzələr təqdim etmiş iştirakçılara sertifikatlar təqdim edilib və həmin işlərin nəşr olunması tövsiyyə olunub.

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator