Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

Lənkəran Dövlət Universitetində Doktorantura və Dissertanturaya keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlandı... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

DİQQƏT!

 

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

LDU-da yaradılan İctimai şura imtahan prosesini izləyib.

 


Lənkəran Dövlət Universitetində cəmiyyətlə sıx təmas yaratmaq, universitetdə aparılan təhsil islahatları ilə ictimaiyyəti yaxından tanış etmək məqsədi ilə yaradılan ictimai şuranın üzvləri - Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, ”Lənkəran“ qəzetinin xüsusi müxbiri Ağaddin Babayev, təcrübəli pedaqoq Söhbət Ağayev, şəhər gənclər və idman idarəsinin rəis müavini Elbəy Fətəliyev və başqaları 15 yanvar və 16 yanvar tarixlərində universitetin hər iki tədris korpusunda imtahanların gedişini canlı izləyiblər.

 


Şura üzvləri imtahan keçirilən auditoriyalara baş çəkərək tələbələrə biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar. İmtahan zallarında olan, burada imtahanların gedişini şəxsən izləyən müşahidəçilər tələbələrə bilk sınağından üzüağ çıxmağı, yaradılan imkandan səmərəli istifadə edərək yaxşı oxumağı və gələcəyimiz üçün lazımlı, hazırlıqlı kadr olmağı tövsiyə ediblər.
İmtahanların gedişi İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa da izlənilib. Qonaqlara müşahidə mərkəzinin fəaliyyəti, imkanları barədə ətraflı məlumat verilib.
Eyni zamanda,ictimai şura üzvləri Lənkəran Dövlət Universitetinin təhsil həyatı ,burada professor-müəllim tələbə heyəti üçün yaradılan şərait,son ildə tədrisin modern təşkili ,universitetin yenilənmiş maddi-texniki bazası, elmi kitabxanası,xaricdən alınmış tədris avadanlıqları,labaratoriyalarla da yaxından tanış olublar.

 

 

 


Universitetlə əyani tanışlıqdan sonra şura üzvləri LDU-da bu istiqamətdə aparılan işlərdən razı qaldıqlarını, bu ali təhsil ocağında aparılan təhsil islahatlarını və əldə edilən uğurları yüksək qiymətləndirdiklərini bildiriblər.
 

 

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator