Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

DİQQƏT!

 

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun
2 fevral - Gənclər Günü münasibəti ilə təbriki

 

 

Sabahımız sizsiniz, əziz gənclər! Bayramınız mübarək!
Bu gün 2 fevral Gənclər günüdür. Bu bayramın tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz H.Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda Dövlət Gənclər Siyasətinin əsası qoyuldu. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı il 2 fevral tarixində Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, müasir dünyagörüşlü yeni nəsil yetişib və bu nəsil Azərbaycanın ölkə hüdudlarından kənarda da tanınması üçün bilik və bacarığını daim artırır, yeni-yeni uğurlara imza atır. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Dövlət Gənclər Siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verməklə, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.
Gənclərin cəmiyyətdə artan rolu bu gün Lənkəran Dövlət Universitetinin timsalında da özünü aydın göstərir. Son iki ildə kollektivin istedadlı, bacarıqlı, elmli gənclər hesabına yenilənməsi səmərəli nəticələr verib. Hazırda bizim ali təhsil ocağında bir çox məsul vəzifələr gənclərə həvalə olunub. Gənclərə inam və etimadın göstərilməsi,onların rəhbər vəzifələrə, məsul işlərə irəli çəkilməsi, elmi nailiyyətlər qazanmaları üçün şəraitin yaradılması LDU-da aparıcı istiqamət olaraq qalır.
Bu gün Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda sizin də payınız var, əziz gənclər!
2 fevral Gənclər Günü münasibəti ilə hamınızı- kollektivdə çalışan bütün gəncləri - müəllim, tələbə və işçi heyətini ürəkdən təbrik edir, dövlətimizin mənafeyi, tərəqqisi və inkişafı, LDU-nun daha böyük uğurlara imza atması naminə səmərəli fəaliyyət arzulayıram. Sabahımız sizsiniz, əziz gənclər, sizə bəslənilən etimada layiq olun! Bayramınız mübarək!

Natiq İbrahimov,
Lənkəran Dövlət Universiteti rektoru vəzifəsini icra edən,
riyaziyyat üzrə elmlər doktoru, professor.

 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator