Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Xəbərlər...

  ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ:    2017/2018-ci tədris ilində LDU-nə qəbul olunmuş abituriyentlər qeydiyyatdan keçərkən Qəbul Komissiyasına bu sənədləri təqdim etməlidirlər = >

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

Tələbələrin nəzərinə:

15 sentyabr 2017-ci il tarixdə LDU-nin 2 saylı tədris korpusunda yeni tədris ilinin başlanmasına həsr olunmuş "Bilik günü" adlı tədbir keçiriləcəkdir. Bütün LDU kollektivi dəvət olunur.

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Çukurova Universitetinin rəsmisi LDU-da.

 

 

Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu cənub bölgəsinə səfəri çərçivəsində LDU-da olub.Hörmətli qonağı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb.Dostluq və səmimilik şəraitində keçən söhbət zamanı professor Natiq İbrahimov mötəbər qonağa cənub bölgəsi və onun bir parçası olan Lənkəran, onun təbii şəraiti, iqtisadiyyatının aparıcı sahələri, kənd təsərrüfatının inkişaf istiqamətləri  barədə ətraflı məlumat verib. Cənub bölgəsində yeganə ali təhsil ocağı olan LDU  barədə  qonağı məlumatlandıran Natiq İbrahimov universitetin son illərdə əldə etdiyi uğurlardan,elmin,texnikanın son nailiyyətlərinin təhsildə tədbiqindən, elmlə təcrübənin uzlaşdırılması istiqamətində son iki ildə atılan addımlardan ətraflı bəhs edib. Bildirib ki, LDU hazırda Türkiyə Cumhuriyyətinin 20-yə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Natiq İbrahimov Çukurova Universiteti ilə də elmi-təcrübi əməkdaşlığın yaradılmasında, müəllim-tələbə mübadiləsinin təşkilində maraqlı olduğunu dilə gətirib.

Səmimi qarşılanmaya görə minnətdarlıq bildirən türkiyəli qonaq Saadəttin Baloğlu  təmsil etdiyi Çukurova Universiteti barədə LDU  rəsmisinə ətraflı məlumat verıb,elmi-təcrübi əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını qeyd edib. Gələcəkdə bu istiqamətdə fəaliyyətin müxtəlif aspektləri söhbət əsnasında geniş müzakirə olunub.

Natiq İbrahimov hörmətli qonağa  görüşdən xatirə  olaraq Lənkəranın simvolu kimi   Xəzər dənizinin təsviri olan tablo hədiyyə edib. Sonda xatirə şəkilləri çəkilib.

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator