Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

KONFRANSIN PROQRAMI = >

 

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

 

LDU Lənkəranda keçirilən

“Çay, çəltik və sitrus meyvələri” festivalında.

 


Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında keçirilən festivalda Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim- tələbə heyəti də iştirak edib.LDU üçün ayrılmış povilyonda universitetdə son illərdə nəşr olunmuş elmi məcmuələr,nəşrlər,dərsliklər və bədii-publisistik kitablar ,aqrar ixtisaslarda təhsil alan tələbələrin tədris-təcrübə sahəsindəki fəaliyyətlərini,bu ali təhsil ocağının yardımçı təcrübə təsərrüfatının əldə etdiyi uğurları əks etdirən plakatlar sərgilənib.LDU-nun təhsil uğurlarını əks etdirən video-roliki xeyli sayda iştirakçı izləyib.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,millət vəkilləri ,qonaqlar Lənkəran Dövlət Universitetinin təqdim etdiyi sərgi ilə maraqla tanış olublar.Qonaqlara LDU və onu son uğurları barədə məlumati universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çatdırıb.Festival iştirakçıları tələbələrin ifasında “Ana yurdum Lənkəranım” adlı ədəbi-bədii kompozisiyanı maraqla qarşılayıblar.Tələbələrin ifa etdiyi şux rəqslər festivala əsl əlvanlıq,bayram ovqatı qatıb,daha çox tamaşaçı cəlb edib.

 


Xatırladaq ki,festivalda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Lənkəranın şirnisi - ağız dadımız”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlarda cənub zonasının nemətləri sərgilənib.
Festival iştirakçıları Lənkəranda yaşıl çay yarpağının dərimindən tutmuş ayrı-ayrı müəssisələrdə istehsal edilən növbənöv quru çaylarla tanış olmaq, əsl təbii çayın dəmlənmə qaydasını öyrənmək, yüksək keyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamlarından - quş, balıq ləvəngisindən hazırlanan xörəklərdən dadmaq imkanı əldə ediblər.
Park boyu açılan pavilyonlarda Lənkəranda istehsal olunan digər məhsullar, xalq sənətkarlığı nümunələri də sərgilənib.

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator