Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirildi... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirildi...

Daha ətraflı =>

 

KONFRANSIN PROQRAMI = >

 

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

 

 

LDU-da Elmi şuranın növbəti iclası keçirilib.

 

 

Lənkəran Dövlət Universitetində (LDU) başa çatmaqda olan 2017-ci ilin son elmi şurası bayram notları ilə start götürüb.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ilk öncə iştirakçıları  31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü  və qarışıdan gələn yeni -2018-ci il  münasibəti ilə təbrik edərək  əmək fəaliyyətlərində  və şəxsi həyatlarında uğurlar arzu edib, bayram münasibəti ilə universitetin bütün əməkdaşlarına pul mükafatlarının veriləcəyini deyib.

Sonra gündəlikdə duran məsələlər açıqlanıb.

“Daxili intizam qaydaları” barədə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov məlumat verib.Ötən elmi şuradan sonra  bir müəllim və bir tələbənin daxili intizam qaydalarını kobud şəkildə  pozduğunu deyən professor Natiq İbrahimov məsələnin obyektiv araşdırılması məqsədi ilə komissiya yaradılmasının vacibliyini elmi şura üzvlərinin diqqətinə çatdırıb və komissiyanın yaradılması yekdillklə qərara alınıb.

LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərovun  “Kollekviumların yekunu və payız imtahan sessiyasının vəziyyəti haqqında” məlumatında görülən işlər barədə ətraflı danışılıb və bu sahədə hər hansı problemin yaşanmadığı diqqətə çatdırılıb.

“Müasir dünyada inteqrasiya və elmin aktual problemləri “ mövzusunda keçirilən Respublika Elmi Konfransının yekun hesabatını tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə təqdim edib.Bu məsələyə münasibət bildirən  professor Natiq İbrahimov konfransın təşkilatçılarına təşəkkürünü  bildirməklə yanaşı,iradlarını da çatdırıb,növbəti konfranslarda onların aradan qaldırılmasını tövsiyə edib.

Universitetin bir qrup əməkdaşlarının sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi haqqında  elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur  Məmmədov məlumat verib.Açıq səsvermə yolu ilə müzakirə edilən məsələ barədə müsbət qərar qəbul olunub.

Elmi şurada həmçinin bir sıra cari məsələlər də müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub.

 

 

Başa çatmaqda olan ilin son elmi şurası həm də  kövrək notlarla yaddaqalan olub.Universitetin iqtisadiyyat fükültəsinin dekanı, dosent Reyhan xanım Əsgərovanın səhhəti ilə bağlı işdən çıxması şura üzvlərinin diqqətinə çatdırılıb. LDU-dakı səmərəli fəaliyyətinə görə dosent Reyhan Əsgərovaya universitetin fəxri-fərmanını təqdim edən professor Natiq İbrahimov ona kollektiv adından təşəkkürünü bildirib,yaxşı işinə görə minnətdarlıq edib.

Bununla da,LDU-nun elmi şurası 2017-ci ildəki fəaliyyətini yekunlaşdırıb.

 

 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator