Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

 

BMT-nin İnkişaf Proqramının ekspertləri

LDU-da ekoloji maarifləndirmə məqsədi ilə görüş keçirib.

 


Birləşmiş Mİllətlər Təşkilatının İnkişaf Proqramının ekspert qrupu Lənkəran Dövlət Universitetində müəllim-tələbə heyəti ilə görüş keçirib. Civə təhlükəsizliyi barədə ictimaiyyətin məlumatlandırılması məqsədi daşıyan görüşü LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent İdrak Əsgərov açıb və təhsil müəssisələrində ekoloji maarifləndirici tədbirlərin keçirilməsinin profilaktika baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
BMT İP-nin eksperti,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,kimya elmləri doktoru ,professor İslam Mustafayev kimya sənayesinin üstün sürətlə artdığı,toksik tərkibə malik tullantıların sürətlə çoxaldığı hazırkı dövrdə əhali arasında ekoloji məlumatlandırmanın vacibliyini qeyd edib və profilaktik tədbirlərin görülməsində tələbələrin dəstəyinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində 30-dan çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulduğunu deyən professor İslam Mustafayev bildirib ki, ölkə üzərinə düşən öhdəlikləri yerinə yetirib və bu işlər bu gün də davam etdirilir. Azərbaycan civə üzrə Minamata Konvensiyasına hələlik qoşulmasa da,onun əhəmiyyətini dərk edir və ölkədə əhalinin maarifləndirilməsi istiqamətində işlər davamlı aparılır.Ekspert qeyd edib ki,Minamata Konvensiyasının məqsədi insanların sağlamlığının və ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən qorunmasıdır.
Fizika üzrə fəlsəfə doktoru Həsən Hüseynli konvensiyanın ayrı-ayrı maddələrini ətraflı şərh edib, Azərbaycanda bu sahədə olan vəziyyət barədə iştirakçıları məlumatlandırıb.
Sonda BMT İnkişaf Proqramının ekspertləri görüş iştirakşılarını maraqlandıran sualları cavablandırıblar.

 

 

 

 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator