Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

TƏBRİK EDİRİK!

 

 

23 fevral 2018-ci il tarixdə   “Riyaziyyat və informatika” kafedrasının genişlənmiş iclasında “Diferensial tənliklər” (1211.01) ixtisası üzrə dissertant Vahab Mehti oğlu Həbibovun “Qeyri-lokal sərhəd şərtli parabolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin müzakirəsi uğurla keçirildi.
TƏBRİK EDİRİK!
 

 

 

 

LDU Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə əməkdaşlıq edəcək.


Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli müqavilə imzalanıb.Müqaviləni LDU tərəfindən universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, qarşı tərəfdən Torpaqşünaslıq və Aqrokimya İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev imzalayıblar.
Müqavilə Lənkəran Dövlət Universitetində mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, Lənkəran iqtisadi rayonunda torpaqların müasir vəziyyətini öyrənmək məqsədi daşıyır. Müqaviləyə görə, LDU torpaqların beynəlxalq sistemə uyğun təsnifatının və xəritəsinin işlənib hazırlanması üçün çöl tədqiqatlarının təşkilini, subtropik bağçılıq və tərəvəzçilk üçün yararlı torpaq ehtiyatlarından səmərəli istifadəni, yem bitkiləri əkininin müasir torpaqəmələgəlmə prosesinə təsirini öyrənmək məqsədi ilə universitetin torpaq sahələrində təcrübələrin qoyulmasının təşkilini öz öhdəsinə götürür.Həmçinin, institut əməkdaşlarının elmi-tədqiqat məqsədi ilə Lənkəran bölgəsində ekspedisiyaların keçirilməsinə yaxından köməklik göstərmək də LDU-nun öhdəliklərinə daxildir. Alınmış nəticələrə dair müştərək elmi seminarların,simpoziumların ,konfransların keçirilməsi də tədbirlər proqramına daxil edilib.
Öz növbəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutu Lənkəran bölgəsində dağ, dağətəyi, allüvial-hidromorf, antropogen- dəyişilmiş torpaqların xəritəsinin hazırlanmasında , regionda suvarma sularının müasir vəziyyətinin,keyfiyyət göstəricilərinin və suvarılan torpaqlara təsirinin öyrənilməsi işində LDU-ya yardımçı olmalıdır. Əməkdaşlıq müqaviləsi 5 il müddətində etibarlı olacaq.
 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator