Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

Faydalı keçidlər

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

TƏBRİK EDİRİK!

LDU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Vahab Həbibov  Riyaziyyat üzrə fəlsəfə doktoru adını almaq üçün hazırladığı dissertasiya işini Bakı Dövlət Universitetində uğurla müdafiə etmişdir.

 

 

2018/2019-cu tədris ilində LDU-nin magistraturasına qəbul olunacaq I tədris ili tələbələri üçün dərslər həftə içi I-V günlər həftədə 3 dəfə olmaqla təşkil ediləcəkdir.

Tələbələr, istəklərinə uyğun olaraq, dərslərə axşam saat 18:00-dan da başlaya bilərlər.
 

 

Lənkəran Dövlət Universitetində "Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri" adlı beynəlxalq konfrans işinə başladı...

Daha ətraflı =>

 

 

2017/2018-ci tədris ilinin yaz semestri üzrə imtаhаn sеssiyаsının təşkili və keçirilməsi haqqında əmr imzalandı =>

 

 

2018/2019-cu tədris ili üzrə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə

qəbul olunmuş tələbələrin nəzərinə!

 

ADPU-nun nümayəndə heyəti LDU-ya səfər edib.

 


Lənkəran Dövlət Universiteti (LDU) ilə qarşılıqlı əməkdaşlığa dair ötən il bağladığı müqavilənin şərtlərinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyəti bu ali təhsil ocağına səfər edib. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilk əvvəl LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüb. Professor Natiq İbrahimov qonaqlara universitetin yaranma tarixi, əldə etdiyi nailiyyətlər, son illərdə təhsilin inkişafı istiqamətində qazandığı uğurlar, beynəlxalq əlaqələri və s.barədə ətraflı məlumat verib, nümayəndə heyətini LDU-nun yeni istifadəyə verilmiş turizm təcrübə bazası, yardımçı təsərrüfatı, sitrus və çay plantasiyaları, tədris korpusları, labaratoriyaları, fənn kabinələri, tyutor xidməti ilə əyani tanış edib.

 

 

Əyani tanışlıqdan sonra söhbət dəyirmi masa ətrafında davam etdirilib.Söhbətdə ADPU-nun nümayəndə heyətinin üzvləri-rektor Cəfər Cəfərov, prorektorlar – Asəf Zamanov, Fikrət Rzayev, universitetin Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı, LDU-nün professor-müəllim heyəti iştirak edib.Açıq və səmimi şəraitdə keçən söhbət zamanı ölkədə, o cümlədən adı gedən universitetlərdə təhsilin inkişafı istiqamətləri, problemləri, prioritetləri geniş müzakirə edilib, regionda orta təhsil sisteminin inkişafı ilə bağlı birgə fəaliyyətin vacibliyi vurğulanıb, humanist pedaqoqika adlı birgə regional tədbirin keçirilməsi qərarlaşdırılıb.

 


Eyni zamanda, elmi nəşrlərin birgə buraxılışı, birgə elmi layihələrin tədqiqi, doktorant-magistrlərin birgə hazırlanması, tələbə mobilliyi, müxtəlif ixtisaslar üzrə açıq dərslərin , mühazirələrin keçirilməsi, tələbə və müəllim ictimai təşkilatlarının əməkdaşlığı, ADPU-nun Cəlilabad filialı ilə əməkdaşlıq , dərslik, elmi jurnalların mübadiləsi ətrafında geniş diskussiya aparılıb, təklif və rəylər dinlənilib.

 


Dəyirmi stol arxasında diskussiya-söhbətdən sonra ADPU-nun nümayəndə heyətinin üzvləri LDU-nün professor müəllim heyəti ilə müxtəlif bölmələrdə humanitar və təbiyyat elmlərinin inkişafı, xarici dillərin tədrisi ilə bağlı elmi söhbət aparıblar.
Qeyd edək ki, belə görüşlərin növbəti tədris ilində davamlı və geniş tərkibdə keçirilməsi qərarlaşdırılıb.
 

 

 

Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

2018/2019-cu tədris ilində LDU-nun magistraturasına qəbul olunmuş tələbələrin nəzərinə!

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator