Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

XƏZƏRYANI ÖLKƏLƏRİN DÖVLƏT UNİVERSİTETLƏRİ ASSOSİASİYASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

15 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetinin 5302.01 “Ekonometriya” ixtisası üzrə sabiq doktorantı Bağırova Şəfa Vaqif qızının “İqtisadiyyat üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alması üçün dissertasiyasının ilkin müdafiəsi Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusu 207-ci otaqda saat 15:00-da keçiriləcəkdir.
Ünvan: Lənkəran Dövlət Universiteti, 2 saylı tədris korpusu 207-ci otaq.
Lənkəran şəhəri, prof. Hənifə Abdullayev küçəsi - 19.

 

 

 

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN NÜMAYƏNDƏSİ

XƏZƏRYANI ÖLKƏLƏRİN UNİVERSİTETLƏRİ ASSAMBLEYASININ

SAMMİTİNDƏ İŞTİRAK EDİB.


Lənkəran Dövlət Universitetini Qazaxıstan Respublikasının Xəlil Dostmühəmmədov adına Atırau Dövlət Universitetində keçirilən Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XX Yubiley Baş Assambleyasında LDU rektorunun müşaviri, texnika elmləri namizədi, dosent Mikayıl Məhərrəmov təmsil edib. Dosent Mikayıl Məhərrəmovun həmin tədbir barədə təəssüratını sizə təqdim edirik.
Xəzəryanı ölkə Universitetləri Assosiasiyası 1996-cı ildə Rusiya Federasiyasının Astraxan Dövlət Texniki Universitetinin və İran İslam Respublikasının Qorqan Kənd Təsərrüfatı Elmləri və Təbii Sərvətlər Universitetlərinin təşəbbüsü ilə yaradılıb. Xəzər hövzəsi dövlətlərinin universitet və elmi-tədqiqat institutlarının qeyri-hökumət və qeyri-siyasi açıq ictimai birliyi olan Assosiasiyanın təsisçiləri sırasına Astraxan Dövlət Texniki Universiteti, Kalmıkiya və Dağıstan Dövlət Universitetləri, Azərbaycan Texniki Universiteti, İran İslam Respublikasının Qorqan kənd təsərrüfatı elmləri və təbii sərvətlər, həmçinin Gilan və Mazandaran Universitetləri, Türkmənistan Dövlət Universiteti, Qazaxıstan Respublikasının Aktau Dövlət Universiteti və Atırau Neft və Qaz İnstitutu daxildir.
Assosiasiya tərəfindən nəşr olunan “Xəzər. Elm. Təhsil. Texnologiya” “Elmi xəbərlər məcmuəsi” nəinki Xəzəryanı ölkələrin, həm də digər region alimlərinin üçün böyük əhəmiyyət kəsb edir. Bu məcmuənin “Elm və texnologiya” seriyası Qazaxıstanda, “Təbii resurslar” Azərbaycanda, “Humanitar elmlər və idman” Rusiyada, “Ətraf mühit və davamlı inkişaf” isə İranda nəşr olunur. Məcmuələr ingilis dilində nəşr olunur və məqalələrin rus dilində xülasəsi verilir. Hazırda üç belə məcmuə nəşr olunmuşdur.
Assosiasiyanın tərkibi daim genişlənir. Hal-hazırda Xəzəryanı ölkələrin 50-dən çox universitet və elmi-tədqiqat universiteti Assosiasiyanın üzvüdür. Assosiasiya Universitetlərinin vahid təhsil və informasiya məkanı barədə hərəkatı müəllim və tələbələr arasında geniş marağa səbəb olub. Elə buna görə də Assosiasiyanın bütün üzvləri Astraxan Dövlət Texniki Universitetinin “Beynəlxalq Açıq Xəzər Universiteti”nin yaradılması təşəbbüsünü dəstəkləmiş, belə universitet yaradılmış və Assosiasiya Universitetlərinin hamısı onun tərkibinə daxil olmuşlar. Bu, gələcək perspektivdə tələbələrin həmin universitetlərin ikili-üçlü diplomuna sahib olmalarına imkan verəcəkdir. Hazırda Rusiya Federasiyasından 16 Universitet və elmi-tədqiqat institutu, İran İslam Respublikasından 25 Universitet və elmi-tədqiqat institutu, Qazaxıstan Respublikasının 6 Universitet və elmi-tədqiqat institutu, Azərbaycan Respublikasının 7 Universiteti (Bakl Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti , Lənkəran Dövlət Universiteti, Azəbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Univeriteti, Sumqayıt Dövlət Universiteti ,Turizm və Menecment Universiteti) və Türkmənistan Dövlət Universiteti həmin Assosiasiyanın üzvləridir
Gənclərin, tələbə və müəllimlərin Xəzərin problemlərinin həllinə cəlb edilməsi, assosiasiyanın elan olunmuş məqsəd və humanizm prinsipləri ətrafında birləşməsi Assosiasiya üçün vacib istiqamətlərdən hesab olunur. Məhz buna görə də, iki ildən bir Assosiasiya çərçivəsində Xəzəryanı ölkə Universitetləri tələbələrinin Beynəlxalq oyunlarının və Milli incəsənətlərin Beynəlxalq festivalının keçirilməsi barədə qərar qəbul olunmuşdur .
Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XX Yubiley Baş Assambleyasının açılışı Atırau şəhərinin Səltənət Sarayında həyata keçirilmişdir. Assambleyanın açılış mərasimində Assosiasiya üzvü olan Universitet və elmi-tədqiqat institutlarının rəhbərləri və məsul əməkdaşları, həmçinin Atırau şəhərinin rəhbərliyi iştirak etmişdir. Açılış mərasimində çıxış edən natiqlər və müzakirə iştirakçıları Assosiasiyanın yaranması və təşəkkülündən, inkişaf mərhələlərindən, əldə olan nailiyyətlərdən danışmış, həmçinin mövcud çətinliklər və perspektiv inkişaf istiqamətləri müzakirə olunmuşdur. Assosiasiyanın yaranmasında və inkişafında xüsusi rolu və xidmətləri olan Universitetlər və onların rəhbərləri haqqında xüsusi bəhs edilmişdir.
Açılış mərasiminin sonunda Assosiasiya üzvü olan universitet və elmi-tədqiqat universitetləri və onların rəhbərləri, o cümlədən Lənkəran Dövlət Universiteti və rektor səlahiyyətlərini icra edən professor Natiq İbrahimov XX Yubiley Baş Assambleyasının yubiley medalı və xüsusi sertifikatı ilə mükafatlandırılmışdır.
Yubiley tədbiri Xəlil Dostmühəmmədov adına Atırau Dövlət Universitetində davam etdirilmişdir. Burada “Ali təhsildə layihə menecmenti” mövzusunda ali məktəb rektorlarının sammiti keçirilmişdir. Sammitdə Xəzəryanı ölkələrin Dövlət Universitetlərinin rektorları və məsul əməkdaşları, elmi-tədqiqat institutlarının rəhbərləri iştirak etmişdir. Sammitin işinə rəhbərliyi Xəlil Dostmühəmmədov adına Atırau Dövlət Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor Taltenov Abzal Axatoviç həyata keçirmişdir. Burada Xəzəryanı ölkələrin Dövlət Universitetlərinin rektorları və məsul əməkdaşları, elmi-tədqiqat institutlarının rəhbərləri öz müəssisə və təşkilatlarında idarəetməyə dair layihələri sammit iştirakçılarına təqdim etdilər. Sammitdə əsas müzakirələrin mövzusu ali təhsildə layihə menecmentinin roluna həsr olunmuşdur. Bundan başqa, Sammitdə Xəzər dənizinin heyvanlar aləminin xilası probleminə də toxunulmuşdur. Beynəlxalq Ekologiya və İnkişaf İnstitutunun direktoru Qayirbeq Abdurəhmanov Xəzər dənizində tülenlərin məhvi məsələsini gündəmə gətirmişdir. O, problemin əsas səbəbinin neft tullantılarının dənizə axıdılması və balıqçılar tərəfindən düzgün olmayan torlardan istifadə olunmasını göstərmişdir. Xəzər tülenlərinin yoxa çıxmasının qarşısını almaq üçün institutun balıqçılar arasında izahat işi apardığını və həmin heyvanın Qırmızı Kitaba salınmasına nail olduqlarına dair məlumat verdi. Öz məruzəsi ilə Q. AbdurəhmanovAssosiasiya üzvlərini bu problemə diqqət yetirməyə və 2018-ci ili “Xəzər tülenləri ili” adlandırmağa çağırdı.
“Ali məktəblərdə layihə menecmenti” sammitində eyni zamanda ali məktəb layihələri kataloqunun prezentasiyası keçirildi. Xəlil Dostmühəmmədov adına Atırau Dövlət Universitetinin I-ci prorektoru- strateji planlaşdırma və beynəlxalq əlaqələr üzrə prorektor, professor Şilibekova Aygerim Senbekovna Xəzəryanı ölkələrin Dövlət Universitetlərinin ən yaxşı layihələrinin kataloqunu iştirakçılara təqdim etdi. Kataloq (“Show case project”) 13 universitetin təqdim etdiyi 28 layihədən ibarətdir. Daxil olan layihələrin analizi əsasında onlar aşağıdakı bölmələr üzrə qruplaşdırılmışdır: “Təhsil”, “İnsan resursları”, “İnfrastruktur inkişafı”, “İnnovasiya”, “Beynəlxalq əməkdaşlıq” və “Elm”. Təqdim olunmuş kataloqda layihə haqqında ümumi məlumat, layini təqdim edən universitetin adı, həyata keçirilmiş layihələr barədə məlumat verilmişdir.
Universitetinin I-ci prorektoru Şilibekova A. S. kataloqun yaradılması ideyasının birgə beynəlxalq layihələr üçün fəaliyyət sferası tapmaq olduğunu vurğulamış, layihə təqdim edən universitet rəhbərlərinə öz təşəkkürünü bildirmiş və eyni zamanda qeyd etmişdir ki, layihə menecmentinin əsaslarını təkcə biznesdə deyil, həm də təhsil sferasında tətbiq etmək olar.
Tədbir çərçivəsində Assosiasiyanın sammitinin və Xəzəryanı ölkələrin Dövlət Universitetləri tələbələrinin Beynəlxalq idman oyunlarının 2018-ci ildə Atırau Neft və Qaz İnstitutunda keçiriləcəyi elan edilmiş, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin həmin sammitin gündəliyinə salınması məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasında tədris ilinin sentyabr ayının 15-də başladığını nəzərə alaraq, 2018-ci ildə keçiriləcək sammitin və Beynəlxalq tələbə idman oyunlarının sentyabrın əvvəlində deyil, Lənkəran Dövlət Universitetinin təklifinə əsasən ,oktyabr ayının əvvəlində keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Eyni zamanda, Xəlil Dostmühəmmədov adına Atırau Dövlət Universitetinin rektoru, kimya üzrə elmlər doktoru, professor Taltenov Abzal Axatoviçin rəhbərliyi ilə keçirilən rektorlar sammitiundə Yekun qətnamə və Assosiasiya üzvlərinə müracət qəbul olunmuş, Assosiasiyaya yeni üzvlərin seçilməsi məsələsinə baxılmışdır. İştirakçılara, o cümlədən Lənkəran Dövlət Universitetinin nümayəndəsi dosent Mikayıl Məhərrəmova Ali məktəblərdə layihə menecmenti sahəsində müvafiq sertifikat təqdim olunmuşdur.
Tədbir şərçivəsində iştirakçılar X. Dostmühəmmədov adına Atırau Dövlət Universitetinin maddi-texniki bazası, tədrisin təşkili və bir sıra təlim texnologiyaları ilə tanış olmuş, Atırau Dövlət Universitetində İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişlər. Bundan sonra Universitetin rektoru, professor A. Taltenov iştirakçıların çoxsaylı suallarını cavablandırmış, Universitetdə aparılan işlər barədə ətraflı məlumat vermişdir.

Sammit çərçivəsində Lənkəran Dövlət Universitetinin nümayəndəsi ilə digər iştirakçı tərəflər arasında təhsil sistemində mövcud olan problemlər və ondan çıxış yolları barədə fikir mübadiləsi aparılmış, gələcəkdə Universitetlərarası ikitərəfli əməkdaşlıq barədə razılığa gəlinmişdir.
Eyni zamanda “Ali məktəblərdə layihə menecmenti” kataloqu və Assosiasiyanın keçən dövr ərzindəki fəaliyyətini əks etdirən albom iştirakçılara təqdim edilmişdir.
 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator