Lənkəran Dövlət Universiteti təhsil elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir.

                                                                                                                                                                    Heydər ƏLİYEV

 

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

 
     
Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya

Az

Ru

En

Yeniliklər

Fakültələr, kafedralar

Magistratura və doktorantura şöbəsi

Beynəlxalq əlaqələr

Elmi kitabxana

Elmi konfranslar

Tələbə həyatı

Tələbə Elmi Cəmiyyəti

Mətbuat xidməti

İdman klubu

Təhsildə kredit sistemi

Azərbaycan həqiqətləri

 Arxiv
 

 

Lənkəran Dövlət Universiteti - 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitab LDU-nin

20 illik yubileyi münasibətilə

nəşr olunmuşdur.

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 



 

 

Axtar

 

 

Universitetimiz

 

Lənkəran Dövlət Universiteti (LDU) 1991-ci ildən fəaliyyət göstərir.

 

Universitetdə

 

1. Təbiyyat

2. Humanitar və pedaqoji elmlər

3. İqtisadiyyat və idarəetmə

4. Əlavə təhsil

fakültələri, 11 kafedra,

Magistratura və doktorantura şöbəsi,

1 problem elmi-tədqiqat laboratoriyası, 14 tədris laboratoriyası və mərkəzləri fəaliyyət göstərir.

 

Təbiyyat fakültəsində

kafedraları fəaliyyət göstərir və

 

-Riyaziyyat və informatika müəllimliyi

-Kimya və biologiya müəllimliyi

-Coğrafiya müəllimliyi

-Ekologiya mühəndisi

-Fiziki tərbiyə və gənclərin

çağırışaqədərki hazırlığı müəllimliyi

 

ixtisasları üzrə mütəxəssislər hazırlanır.

 

Humanitar və pedaqoji elmlər fakültəsində

kafedraları fəaliyyət göstərir və

 

-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

-Tarix  müəllimliyi

-İngilis dili və ədəbiyyatı  müəllimliyi

-Alman dili və ədəbiyyatı müəllimliyi

-Fransız dili və ədəbiyyatı müəllimliyi

-Tərcümə (ingilis dili)

 

ixtisasları üzrə mütəxəssislər hazırlanır.

 

İqtisadiyyat və idarəetmə fakültəsində

 kafedraları fəaliyyət göstərir və

 

-Gömrük işinin təşkili

-Biznesin təşkili və idarə olunması

-İqtisadiyyat

-Ekologiya

-İqtisadiyyatın hüquqi tənzimlənməsi

-İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə olunması

 

ixtisasları üzrə mütəxəssislər hazırlanır.

 

Əlavə təhsil  fakültəsi universitetin ən gənc fakültəsidir.  Bu fakültədə

-Kadrların ixtisaslarının artırılması

-Kadrların yenidən hazırlanması

-Qiyabi və distant təhsil

-Müxtəlif proqramlar üzrə təhsil kursları

 

 fəaliyyət göstərir.

 

Universitetdə 1500-ə yaxın bakalavr, 100-ə yaxın magistr təhsil alır, onların təlim-tərbiyəsi ilə 300-dən artıq professor-müəllim və texniki-köməkçi heyəti məşğul olur. LDU-da elmin əsas sahələri üzrə doktorantura fəaliyyət göstərir.

Universitetdə respublikanın bütün bölgələrindən və xarici ölkələrdən olan gənclər təhsil alır, mütəmadi olaraq Beynəlxalq və Respublika səviyyəli elmi konfranslar,  seminarlar, diskussiyalar, debatlar, görkəmli elm, mədəniyyət, incəsənət xadimləri və ziyalılarla görüşlər, idman yarışları təşkil olunur. Universitet bir çox ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin  təşəbbüsçüsü və fəal iştirakçısıdır.

LDU Avroasiya Universitetləri, Xəzəryanı Ölkələrin Universitetləri və Türkdilli Ölkələrin Universitetləri  Assosiasiyalarının üzvü olaraq Avropa və Asiyanın 100-dən artıq qabaqcıl ali təhsil və elm ocaqları ilə daimi təmasda işləyir. Universitetdə elmin aktual problemləri üzrə 200-ə yaxın tədqiqat işi aparılır, 3 seriya üzrə  “Lənkəran Dövlət Universitetinin Elmi xəbərləri” adlı elmi məcmuə nəşr edilir,  müasir təlim və informasiya texnologiyalarının tətbiqinə ciddi fikir verilir, ən müasir texnologiya ilə təchiz olunmuş Elektron Universitet təhsil şəbəkəsi fəaliyyət göstərir. Universitetdə “Heydər Əliyev muzeyi və idarəçilik məktəbi”, İnformasiya Texnologiyaları Mərkəzi, “Arxeologiya və etnoqrafiya” muzeyi, Elmi kitabxana, geniş iclas salonları, alimlər evi, idman zalı və idman meydançası, tələbə yeməkxanaları və yataqxana, ali məktəblərə qəbul olunmaq istəyənlər üçün hazırlıq kursları fəaliyyət göstərir.

 

   
     

 

  Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

  E-mail:  office@lsu.edu.az;       Telefonlar:  (+994) 0171 255 25 88,    0171 255 17 97;      Faks:   (+994) 0171 255 27 86

 

© Lənkəran Dövlət Universiteti

Bütün hüquqlar qorunur

Veb administrator

Faydalı keçidlər