Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Xəbərlər...

  Əziz abituriyentlər! Lənkəran Dövlət Universitetinin qaynar tələbə həyatı sizi gözləyir! = >

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

LDU-ya qəbul olan tələbələrin qeydiyyatına
işçi qrup nəzarət edir.


2017-2018-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) bakalavr səviyyəsinə I kursuna qəbul olmuş abituriyentlərin avqustun 15-dən başlanan sənəd qəbulu davam edir.
Qeyd edək ki, bu barədə LDU-u rəhbərliyi tərəfindən “2017-2018-ci tədris ilində bakalavriat səviyyəsinə tələbə qəbulu işinin təşkili haqqında”27 iyul 2017-ci il tarixli əmr imzalanıb. Əmrə əsasən, ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara müvafiq təşkili və keçirilməsi məqsədilə universitetdə fəaliyyət göstərən fakültə dekanlarından və əməkdaşlarından ibarət yaradılan işçi qrupa ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işlənməsi tapşırılıb. İşçi qrup LDU-nun Lənkəran şəhəri, general Həzi Aslanov xiyabanı-50 ünvanında, universitetin inzibati binasında şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9-dan 17-yə kimi fəaliyyət göstərir. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. İşçi qrup universitetə qəbul olunmuş birinci tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Eyni zamanda, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tələbə və valideynlərlə görüşərək qeydiyyat prosesinin gedişi ilə tanış olub , respublikanın müxtəlif rayonlarından, paytaxt Bakıdan gəlmiş tələbələrə ali təhsil üçün məhz LDU –nu seçmələrində heç də yanılmadıqlarını, burada tam şəffaf və obyektiv təhsil mühitinin yaradıldığını bildirib.
LDU-ya qəbul olunmuş tələbələrin qeydiyyatının apaprılması üçün yaradılmış komissiyadan aldığımız məlumata görə, bu il LDU-ya 23 ixtisas üzrə tələbə qəbulu elan edilib və yerlərin 90 faizi dolub. Bu günə kimi LDU-ya qəbul olan 885 nəfərin 600-dən artıq tələbə qeydiyyatdan keçib. Aqronomluq, Azərbaycan dili və ədəbiyyatı, ekologiya, ibtidai sinif müəllimliyi, kompüter mühəndisliyi, meşəçilk, riyaziyyat və informatika müəllimliyi, tarix və coğrafiya müəllimliyi və s. ixtisaslarda plan yerləri 100% dolub. Qeyd edək ki, bu il LDU-ya 78 nəfər dövlət sifarişi əsasında qəbul olunub.
Lənkəran Dövlət Universitetinə qəbul olunmuş abituriyentlər və onların valideynləri ilə həmsöhbət olub sənəd qəbulu və LDU ilə bağlı təəsürütlarını öyrəndik. Saatlı rayonundan gələn Gülbəniz Məmmədova oğlu Məmmədəlinin ingilis dili tərcüməçiliyi fakültəsinə daxil olduğunu və qeydiyyat prosesində heç bir problemlə rastlaşmadıqlarını dedi. Öz növbəsində Məmmədəli də LDU-nun tələbəsi adını qazanmağı ilə fəxr etdiyini bildirdi. Bakı şəhərindən olan valideyn Əkrəm Hacıyevin dedikləri də ürəkaçan oldu. LDU –nun paytaxtdakı ali təhsil ocaqlarından heç də geri qalmadığını deyən ata universitetlə ilk tanışlığından razı qaldığını, oğlu Hikmətin baytarlıq fakültəsində təhsil alacağını, artıq qeydiyyatdan keçdiklərini dedi. Lerikin uzaq Mondigah kəndindən olan Nərmin Abdullayevanın sevinci isə ölçüyəgəlməzdir. Kəndlərində ixtisaslı müəllim kadrlarına böyük ehtiyac duyulduğunu deyən Nərmin ən çox tələb olunan ibtidai sinif müəəllimliyini seçib. ”Lənkəranda təhsil almaq ailə büdcəmizə qənaətdir. Bölgədə universitetrin fəaliyyət göstərməyi mənə və mənim kimi onlarla rayon qızına ali təhsil almaq şansı verir. ”-deyən Nərminin dediklərinə şərik çıxanları sevindirən bir vacib məqam da LDU-da qızlar üçün hər cür şəraiti olan yataqxananın mövcud olmasıdır. Bu faktor təhsil illləri müddətində onlarla imkansız ailəni böyük məbləğdə kirayə haqqı ödəməkdən azad edir.
LDU-da bu il ilk dəfə olaraq , imkansız ailədən olub ödənişli ixtisaslara qəbul edilən tələbələrə universitet rəhbərliyi tərəfindən jest edilib. Onlara illik ödəniş haqqını birdəfəlik yox, təhsil ili müddətində mərhələli şəkildə ödəmək şansı verilib.
 

 

foto 1 foto 2 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 9 foto 10 foto 11 foto 12

ELAN:

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator