Lənkəran
Dövlət Universiteti finalda...
Universitetimizin
əməkdaşlardan ibarət mini futbol komandası AFFA-nın Cənub Regional Futbol
Federasiyasının təşkil etdiyi ənənəvi futbol turnirində - 2 dəfə Sovet İttifaqı
Qəhrəmanı,
general Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnirin yarımfinal mərhələsində
uğurla çıxış edərək "Nikoil-Bank" Lənkəran filialının komandasına 6-3 hesabı ilə
qalib gəlmiş və finala vəsiqə qazanmışdır. Bu oyunda oyunçumuz Elvin
Səfərov rəqib qapısından 3 qol keçirmiş və hazırda 6 qolla turnirin ən
məhsuldar oyunçuları siyahısına başçılıq edir.
Final oyunu 2010-cu il aprel ayının 4-də Lənkəran Olimpiya kompleksində
keciriləcəkdir. Həmin gün komandamızın rəqibi Lənkəran Əhalinin Sosial Müdafiəsi
Fondunun komandası olacaqdır.
Komandamızın uğura imza atmış heyət üzvlərini bir daha xatırlatmaq istərdik:
1. Əhməd Quliyev - baş müəllim, kafedra müdiri, komandanın kapitanı
2. Ayəddin Əliyev - baş müəllim, filologiya elmləri namizədi
3. Vasif İsayev - baş mühasib
4. Ənvər Şahqubadbəyli -
baş müəllim, İKT bolməsinin rəhbəri
5. Elvin Səfərov - operator
6. Şəmsəddin İmanov - operator
8. Qalib Əmənov - kiçik elmi işçi
7. Ceyhun Fətəliyev - laboratoriya müdiri
9. Şənlik Əlizadə - operator
ƏZİZ TƏLƏBƏLƏR VƏ ƏMƏKDAŞLAR! SİZİ QARŞIDAKI FİNAL OYUNUNDA KOMANDAMIZA DƏSTƏK OLMAĞA
ÇAĞIRIRIQ!