Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

 

 

 

Kitabxana bölməsi

Lənkəran Dövlət Universitetinin Kitabxana bölməsi universitet yarandığı vaxtdan, 1992-ci ildən fəaliyyət göstərir. Kitabxana təhsil və informasiya funksiyalarını yerinə yetirən müəssisə kimi tədris prosesini, müəllim və tələbələrin elmi-pedaqoji fəaliyyətini kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə ,universiitetin kadr hazırlığında yaxından iştirak edir. Hal hazırda Kitabxanaya digər bir status da əlavə edilib. Belə ki, kitabxana 2016-cı ildən İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin nəzdində fəaliyət göstərir.

Kitabxananın fondu 81000 nüsxə təşkil edir. Bunlardan 53935 nüsxəsi kitab, digərləri isə notlar, albomlar, xəritələr, disklər, metodik vəsait və tövsiyyələr, proqramlar, avtoreferatlar, dissertasiyalar, müxtəlif mövzulu kataloqlar, elmi əsərlər, xarici ölkələrdə və ölkə universitetlərində nəşr olunan elmi xəbərlər və sair materiallardır. Kitablar azərbaycan, rus, türk, ingilis, fransız, alman və s. dillərdədir. Fond Universal Onluq Təsnifatına uyğun olaraq düzülüb.
Universitet geniş profilli olduğu üçün, kitabxanada oxuculara göstərilən xidmət də fərqlidir. Hər gün səhər saat 8.30-dan 17.30-a kimi oxuculara xidmət işi abonement və oxu zallarında həyata keçirilir. Xidmət işinin daha səmərəli təşkili üçün əlavə olaraq fakultələrdə də oxu zalları fəaliyyət göstərir.
Kitabxana bölməsinin rəhbəri Elazə Əhmədovanın bildirirdiyinə görə,kitabxanaya 2017-ci ilin ilk altı ayı ərzində 555 adda 1785 nüsxə yeni ədəbiyyat daxil olub.Eyni zamanda , kitabxanaya Ankara Dövlət Universitetində nəşr olunan dərgilər, Bakı Dövlət Universitetinin, AMEA -nın “Xəbərlər” toplusu, bundan başqa Azərbaycan Respublikası Prezident Aparatı, Təhsil Nazirliyi, Statistika Komitəsi, Nazirliklər və müəlliflər tərəfindən ölkəmizin təhsil, iqtisadi, siyasi və sosial sahələrdəki uğurlarını əks etdirən kitablar, foto-albomlar, digər sənədlər göndərilir.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin “Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007- ci il 24 avqust tarixli sərəncamı ilə nəşr olumuş ,habelə, Heydər Əliyev fondu tərəfindən nəşri həyata keçirilən bir çox ədəbiyyatlar, lüğətlər, ensiklopediyalar kitabxana fondunun zənginləşməsində böyük əhəmiyyət kəsb edir.
Bununla yanaşı, kitab fondunun yenilənməsinə, yeni dərslik və ədəbiyyatlarla zənginləşdirilməsinə daim ehtiyac duyulur. Bir çox dərsliklərin, dərs vəsaitlərinin, dünya ədəbiyyatına, politologiyaya aid kitabların az nüsxədə olması müəyyən narahatçılığa səbəb olur. Hazırda universitet rəhbərliyi bu problemin aradan qaldırılması yönündə intensiv fəaliyyət göstərir.
Kitabxananın xidmətindən təkcə LDU-nun professor-müəllim-tələbə heyəti deyil, həmçinin bölgədə yaşayan və elmi-tədqiqat işi ilə məşğul olanlar, habelə, digər universitetlərdə qiyabi təhsil alan tələbələr və kollec tələbələri də istifadə edirlər.
Kitabxananın oxu zalında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş daimi kitab sərgisi təşkil edilib. Kitabxana hər il ənənəvi olaraq keçirilən Ulu Öndərə həsr olunmuş konfranslarda, dövlət bayramlrında geniş kitab sərgiləri ilə iştirak edir.
Kitabxana bölməsinə 20 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakultəsinin məzunu, təcrübəli mütəxəssis Elazə Əhmədova rəhbərlik edir. O, 1999-cu ildə qeyri-hökumət təşkilatlarının universitetlər arasında keçirtdiyi qrand müsbiqəsində iştirak edərək “Poliqrafiya və nəşriyyat işi”layihəsinin qalibi olub. Ayrı-ayrı illərdə universitet rəhbərliyi, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri-fərmanla təltif edilib.
 

Kitabxana ilə əlaqə saxlamaq üçün:

Ünvan:  Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 52.

Telefonlar:  (+994) 025 255 10 37,  025 255 17 97;     Faks:   (+994) 025 255 27 86.

E-mail:   library@lsu.edu.az

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator