Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

TARİX VƏ ONUN TƏDRİSİ METODİKASI KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

Semestrlər üzrə

FƏNN SİLLABUSLARI

 

Payız semestri

 

Yaz semestri

“Tarix və onun tədrisi metodikası” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Bu kafedra 1991-ci ildən fəaliyyətə başlamışdır. Kafedra yarandığı vaxtdan müxtəlif adlar altında 1991-ci ildə “Azərbaycan tarixi”, 2002-ci ildən “Tarix və fəlsəfə”, 2016-cı ildən isə “Tarix və onun tədrisi metodikası” adı altında fəaliyyət göstərir. Son illərdə kafedrada 17 magistr dissertasiya işi müdafiə edilmişdir. Magistrantların elmi-tədqiqat işlərinə kafedranın yüksək ixtisaslı əməkdaşları ilə bərabər AMEA-nın elmi mütəxəssisləri rəhbərlik etmişlər. Son beş ildə kafedra əməkdaşları tərəfindən 1 metodik vəsait, 5 dərs vəsaiti, 80-dən çox elmi məqalə və tezislər çap olunmuşdur. Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri respublikanın və bir sıra xarici ölkələrin elmi sərgilərində çap olunmuşdur. Kafedrada tədris olunan fənlər üzrə bütün proqramlar təhsilin məzmununa uyğun, müasir dövrün tələbləri səviyyəsində yeniləşdirilmişdir. Cari ildən başlayaraq kafedra tərəfindən tədris olunan bütün fənlərin tədris proqramının kafedranın öz əməkdaşları tərəfindən tərtib olunması işinə başlanmışdır. 2016/2017-ci tədris ilində "Tarix və onun tədrisi metodikası” kafedrasında 8 əməkdaş çalışır. Onlardan 3 nəfəri elmlər namizədi dosent, 2 nəfəri tarix üzrə fəlsəfə doktoru müəllim, 2 nəfəri baş müəllim, 1 nəfəri isə müəllimdir. Kafedra “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr, “Azərbaycanın yeni və ən yeni tarixi” və “Orta əsrlərdə arxeologiya və etnoqrafiya” ixtisası üzrə magistr və “Vətən tarixi” ixtisası üzrə doktorantura təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. Kafedraya yarandığı gündən bu günə kimi prof.H.Əzimov, prof.T.Mustafazadə, dos.Ə.Baxşıyev, dos.R.İbadov müəyyən vaxtlarda rəhbərlik etmişlər. Hal hazırda kafedraya tarix elmləri namizədi, dosent Ə.A.Baxşıyev rəhbərlik edir. 

“Tarix və onun tədrisi metodikası” kafedrasında tədris olunan əsas fənlər:

 a) bakalvr

1.     Azərbaycan tarixi

2.     Müasir tarix

3.     Şərqi Avropa xalqları tarixi

4.     Asiya və Afrika ölkələri tarixi

5.     Türk xalqları tarixi

6.     Qafqaz xalqları tarixi

7.     Yeni tarix

8.     Arxeologiya

9.     Qədim dünya tarixi

      Orta əsrlər tarixi

11.   Tarixin tədrisi metodikası

12.   XX əsrdə Ümumdünya tarixi prosseslər

13.   Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı

14.   Muzeyşünaslıq

15.   Arxivşünaslıq

16.   Muzey işinin təşkili və idarə edilməsi

17.   Politologiya

 

b) magistr

1.     Azərbaycanın yeni və ən yeni tarixi

2.     Azərbaycanın yeni və ən yeni tarixinin tarixşunaslığı

3.     Azərbaycan tarixinin mənbəşünaslığı

4.     Tarixin tədrisi metodikası və metodologiyası

 Kafedra müdiri haqqında məlumat:

Baxşıyev Əliağa Arif oğlu - Tarix elmləri namizədi,dosent Baxşıyev Əliağa Arif oğlu 10 fevral 1941-ci ildə Astara rayonunun Motlayataq kəndində anadan olmuşdur. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsində təhsil almışdır. 1968-1974-cü illərdə Astara rayonu Siyəkü kəndində tarix müəllimi işləmişdir. 1974-cü ildən ADU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1998-ci ildən 2012-ci ilədək Lənkəran Dövlət Universitetinin Tarix və fəlsəfə kafedrasına rəhbərlik etmiş,2012-ci ildən 2016-cı ilə qədər kafedranın dosenti vəzifəsinə işləmiş, 2016-cı ilin sentyabrından “Tarix və onun tədrisi metodikası”kafedrasının müdiri vəzifəsində işləyir. Dos. Ə.A.Baxşıyev 3 dərs vəsaiti,1 proqram, 40-a qədər elmi məqalənin müəllifidir.

2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan tarixinin tarixşünaslığı istiqamətində elmi – tədqiqat işini davam etdirir.

e-mail adresi: aliaga_arif@ mail.ru

 

Kafedra əməkdaşları haqqında məlumat:

Soyadı, adı və atasının adı

 

Elmi dərəcəsi

Elmi adı

Ştat vahidi

e-mail adresi

1.

Baxşıyev Əliağa Arif oğlu

        tar.e.n.

        dos.

     1,0

aliaga_arif@mail.ru

2.

İbadov Rakif Hüseyn oğlu

     tar.e.n.

        dos.

     1,0

rakif_ibadov@mail.ru

3.

Hüseyn Fəxrəddin Şahbaz oğlu

      tar.e.n.

        dos.

      1,0

siyavar@box.az

4.

Kəlbiyev Həşim Adil oğlu

-

b/m

      1,0

h.kalbiyev@ box.az

5.

Məcidova Leyla Qadir qızı

tar.ü.f.d.

      m/m

     1,0

kameliya-76@mail.ru

6.

Məmmədov Eldar Əsəd oğlu

-

b/m

     0,5

e.məmmədov@mail.ru

7.

İmanlı Asif Abdulağa oğlu

-

       m/m

     0,5

asif.imanli1974@mail.ru

 

8.

Cəfərov Mayis Vəliməmməd oğlu

tar.ü.f.d.

        m/m

      0,5

mayis1968@mail.ru

İbadov Rakif Hüseyn oğlu 1955-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsində təhsil almış və tarixçi, tarix və ictimaiyyət müəllimliyi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra Lənkəran rayon Nərminabad qəsəbə və Boladı kənd məktəblərində müəllim və direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində elmi və pedaqoji fəaliyyəti davam etdirərək kafedra müdiri, dekan, universitetdə elmi katib, tərbiyəvi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 2005-ci ildə tarix elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 30-dançox elmi məqalənin, 1 metodik vəsait, 1 dərs vəsaiti və 1 fənn proqramının müəllifidir.

Hazırda “H.Əliyev və Azərbaycan Respublikasının Cənub-Şərq bölgəsinin sosial iqtisadi inkişafı”(1969-2003-cü illər) mövzusunda doktorluq elmi işi üzərində işləyir. AAK-nın qərarı ilə 2017-ci ildə dosent diplomunu alaraq kafedrada dosent vəzifəsini tutur.

Hüseyn Fəxrəddin Şahbaz oğlu 1955-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitutunun Şərqşünaslıq fakultəsinin fars dili şöbəsinə daxil olmuşdur. 1976-cı ildə həmin fakültəni bitirmişdir. 1977-ci ildə Lənkəran rayonunun Sütəmordov kənd orta məktəbində fars dili müəllimi işləmişdir. 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. 2006-cı ildə “İran-Azərbaycan siyasi münasibətləri (1991-1997)” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Hal-hazırda LDU-nun “Tarix və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsində çalışır. “Azərbaycan Respublikasının xarici siyasətində İran İslam Respublikasının rolu və yeri”  mövzusunda elmi araşdırmalar aparır. 1 dərs vəsaiti, 1 proqram və 30-a yaxın elmi məqalənin müəllifidir.

Cəfərov Mayis Vəliməmməd oğlu 1968-ci ilin may ayının 22-də Lənkəran rayonun Velədi kəndində anadan olmuşdur. 1991-1996-cı illərdə M.F.Axundov adına APİ-nun əyani şöbəsinin “Rus dili və ədəbiyyatı” ixtisasını, 1993-1998-ci illərdə M.Ə.Rəsulzadə adına BDU-nun Tarix fakultəsinin qiyabi şöbəsində “Tarixçi, tarix müəllimliyi” ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1985-ci ildən başlamış, 01.IX.1999-cu ildən Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasında müəllim işləyir. 2015-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Azərbaycan Respublikasının Cənub-Şərq regionunun numizmatik tapıntıları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi» mövzusunda dissertasiya işini müdafiə etmişdir. Respublikada və xaricdə nəşr olunan müxtəlif elmi-nəzəri jurnallarda Azərbaycan tarixinin problemləri ilə bağlı 20-yə qədər elmi məqaləsi çap olunmuşdur.

 Məcidova Leyla Qadir qızı 08.08.1976-cı ildə Lənkəran rayonunun Səpnakəran kəndində anadan olmuşdur. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirmişdir.1995-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix ixtisasının qiyabi şöbəsinə qəbul olmuş, bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil almaqla bərabər 02.X.1995-ci ildə “Ümumi dilçilik və xarici dillər” kafedrasında laborant vəzifəsində, 25.XII.1997-ci ildən isə “Azərbaycan və ümumi tarix” kafedrasında laborant vəzifəsində çalışmışdır. 2000-ci ildən -2002-ci ilədək LDU-nun Magistratura pilləsində “Yeni və ən yeni tarix” ixtisası üzrə əyani təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.10.VIII.2002-ci il tarixindən LDU-nun Tarix kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur.“XIX əsrin sonu XX əsrin əvvəlləri Lənkəran qəzasının sosial iqtisadi vəziyyəti” mövzusunda tarix ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.1 tarixi oçerkin, 40-dan artıq tezis və məqalənin müəllifidir.

 Həşim Adil oğlu Kəlbiyev 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir. 1992-ci ilin fevralından Lənkəran Dövlət Universitetində çalışır. Dövrü mətbuatda, elmi jurnallarda 40-a qədər məqalələri çap olunmuşdur. 6 kitabın, 1 ali məktəb kuratoru işinə aid tədris vəsaitinin və 1 fənn proqramının müəllifidir. Hal-hazırda “Azərbaycan Respublikası Cənub-Şərq bölgəsi əhalisinin qədim və ilkin orta əsrlər tarixi” monoqrafiyası üzərində işləyir.

 Eldar Əsəd oğlu Məmmədov 1959-cu il iyulun 9-da Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1976-cı ildə Lənkəran şəhər 4 saylı məktəbin rus bölməsini bitirmişdir. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur, Universiteti bitirdikdən sonra Lənkəran şəhər 7 saylı və 4 saylı orta məktəblərdə müəllim işləmişdir.1997-ci ildən Lənkəran Dövlət Universitetinin Humanitar fakültəsinin “Tarix və fəlsəfə” kafedrasında baş müəllim kimi fəaliyyət göstərmiş, hal-hazırda Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası“ kafedrasında baş müəllim kimi çalışır, 6 elmi məqalənin müəllifidir, 1 monoqrafiya müəllifidir. Hal-hazırda dissertantdır.

 İmanlı Asif Abdulağa oğlu 24 iyul 1974-cü il tarixində Lənkəran rayonu Avrora qəsəbəsində anadan olmuşdur. 1991-ci ildə Avrora qəsəbə orta məktəbini bitirmiş, 1993-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub, 1997-ci ildə oranı bitirib. 1997-1999-cu illərdə LDU-nin magistraturasınada təhsil alaraq 1999-cu ilin oktyabrından 2000-ci ilin oktyabrınadək Milli Ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1997-1999-cu və 2000-2006-cı illərdə Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tarix müəllimi, 2006-cı ilin sentyabr ayından 2008-ci ilin aprelinədək həmin məktəbdə tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2008-ci ilin aprel ayından 2013-cü ilin may ayınadək Lənkəran rayonu Parakənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərmiş. 2013-2015-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində, 2015-2016-cı illərdə isə Lənkəran şəhər 6 saylı liseyində tarix müəllimi vəzifəsində çalışmışdır. 2016-cı il tarixindən Lənkəran Dovlət Universitetində tarix müəllimi vəzifəsində işləyir. 28 iyun 2016-cı il tarixində Lənkəran Dövlət Universitetinin "Tarix və Fəlsəfə" kafedrasında "XVIII əsrin birinci 30 ilində Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti (C.Bel və İ.Q.Gerberin əsərləri əsasında)" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasının müzakirəsi keçirilmişdir. 9 elmi məqalənin müəllifidir.

 

Kafedra haqqında məlumatlar 

dos. Əliağa Baxşıyev tərəfindən təqdim edilmişdir.

 

 

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator