Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

BAYTARLIQ VƏ AQRAR FƏNLƏR KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

Semestrlər üzrə

FƏNN SİLLABUSLARI

 

Payız semestri

 

Yaz semestri

“Baytarlıq və aqrar fənlər” kafedrası 2017-cı ildən fəaliyyət göstərir. Kafedranın yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq aqrar sahəni daha da inkişaf etdirmək, kənd təsərrüfatı məhsullarını istehsal və istehlakını  daha da yaxşılaşdırmaq istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır. Bu məqsədlə 2017/2018–ci tədris ilində təhsilin bakalavr pilləsi üzrə “Aqronomluq”, “Meşəçilik”, “Baytarlıq”, “Torpaqşünaslıq və aqrokimya”, “Ekologiya mühəndisliyi” ixtisaslarına tələbə qəbulu aparılmışdır. Kafedrada 2018-ci ildən başlayaraq “Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin və subtropik meyvələrin becərilməsi və emalında müasir innovativ üstünlüklərin tətbiqi istiqamətləri” mövzusunda elmi-tədqiqat işlərinin aparılması planlaşdırılmışdır. Kafedra Başqırğıstan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edir.

2017/2018-ci tədris ilində “Baytarlıq və aqrar fənlər” kafedrasında 9 əməkdaş çalışır. Onlardan 3 nəfər elmlər namizədi dosent, 3 nəfər elmlər namizədi baş müəllim, 2 nəfəri müəllim, 1 nəfər laborant çalışır. Kafedrada müntəzəm olaraq elmi seminarlar, açıq dərslər təşkil olunur. Kafedraya aqrar elmi üzrə fəlsəfə doktoru, dosent Şahbazov Balayar Xanqulu oğlu rəhbərlik edir.

          Kafedrada aşağıdakı fənlər tədris olunur:

1.     Ovçuluğun əsasları ilə meşə heyvanlarının biologiyası

2.     Meşə mühafizəsi-1

3.     Meşə təsərrüfatının traktor və maşınları

4.     Torpaqşünaslıq və əkinçilik-1

5.     Latın dili və baytarlıq terminologiyası

6.     Yerquruluşu və geodeziyanın əsasları ilə

7.     Geodeziya və yerquruluşu

8.     Geologiya və minerologiyanın əsasları

9.     Torpaq mikrobiologiyası və biotexnologiya

10.     Heyvanlar aləmi

11.    Botanika

12.    Botanika-1

13.    Botanika-2

14.   Ekoloji təhlükəsizlik və risklər

15.   Bitki fiziologiyası və biokimya

16.  Bitkiçilik

17.    Bitki mühafizəsi-1

18.    Bitki mühafizəsi-2

19.    Ümumi əkinçilik

20.   Ümumi torpaqşünaslıq-1

21.  Genetika, seleksiya və toxumçuluq

22.   S/f (Torpaq biokimyası)

23.   Mikrobiologiya, sanitariya və gigiyena

24.  Meşə mühafizəsi-2

25.  Torpaqşünaslıq və əkinçilik-1

26.    Torpaqşünaslıq və əkinçilik-2

27.     Meşə əkinləri

28.    Geodeziya

29.    Meşə seleksiyası və genetikası

30.    S/f (Meşə istismarı)

31.    Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi-1

32.    Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi-2

33.    S/f (Ekoloji fəaliyyətin idarə olunması)

34.    Torpaqşünaslıq və geologiyanın əsasları

35.    Bitki fiziologiyası və biokimya

36.    Genetika, seleksiya və toxumçuluq-1

37.    Genetika, seleksiya və toxumçuluq-2

38.    Mikrobiologiya

39.    Əkinçilik və əkin sistemləri-1

40.    İpəkçilik

41.    Bitki mühafizəsi

42.    Aqrometerologiya

43.    Heyvanların fiziologiyası

44.    Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və xüsusi zootexnikanın əsasları

45.    Patoloji fiziologiya

46.    Klinik diaqnostika

47.    Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi

48.    Baytarlıq mikrobiologiyası, imminologiya və virusologiya-1

49.    Baytarlıq mikrobiologiyası, imminologiya və virusologiya-2

50.    Ətraf mühitin kimyası

 

Kafedra müdiri haqqında məlumat:

Dosent Şahbazov Balayar Xanqulu oğlu 10.01.1958-ci ildə Lerik rayonunun Sors kəndində anadan olmuşdur. 1976-ildə C.Ağamalıoğlu adına “Şərəf nişanı ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə “Aqronomluq” ixtisasını “fərqlənmə” diplomu ilə bitirib, alim aqronom ixtisasına yiyələnmişdir.1981-ci ilin avqust ayından 1982-ci ilin iyun ayına kimi Lerik rayonunun “Üzümçülük və şərabçılıq” sənaye istehsalat birliyində böyük aqronom vəzifəsində işləmiş, iyun 1982-ci ildən Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Zona Təcrübə stansiyasında kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifəsində işləmişdir.

1988-ci ildən 1998-ci ilə kimi stansiyada Həmkarlar Təşkilatının sədri kimi ictimai iş aparmışdır. 1998-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetində müəllim, 1999-cu ilin iyul ayından 2007-ci ilin may ayına kimi magistratura və aspirantura işləri üzrə məsul şəxs vəzifəsində işləmişdir. 2002-2007-ciillərdə “Coğrafiya və ekologiya” kafedrasının midiri vəzifəsində işləmişdir.

1996-cı ildə disertasiya işini müdafiə etmişdir. 2002-ci ildə dosent elmi adını almışdır.

2005-2006-cı illərdə Lənkəran Dövlət Universitetində elmi işlər üzrə prorektor vəzifəsində,  2007-2009-cu illərdə Təbiyyat fakültəsinin dekanı, 2009-2016-cıillərdə “Coğrafiya  və ekologiya” kafedrasının müdiri vəzifəsində, 2016-cı ilin sentyabr ayından “Aqrar və mühəndislik” fakültəsinin dekanı vəzifəsində çalışır.

2002-ci ildə gənc tədqiqatçılar arasında keçirilən müsabiqədə “Beynəlxalq vektor”un qalibi olmuşdur.

70 çox elmi məqaləsi, o cümlədən  4 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki iş, 6 fənn proqramının müəllifidir.

Email: balayarshahbazov@mail.ru

 

Kafedra əməkdaşlarının elmi dərəcəsi, elmi adı, soyadı, adı, atasının adı, elektron ünvanları:

 

Adı, soyadı, atasının adı

Elmi dərəcəsi, elmi adı

Vəzifəsi

Elektron ünvanları

1

Ağayeva Məlahət Əli q.

biol.ü.f.d., dosent

dosent

Zooloq.60@mail.ru

 

2

Babayev Xalıqverdi Yusub o.

a.ü.f.d.

baş müəllim

Xalıqverdi.babayev58@mail.ru

3

Cəfərov Əli Musa o

a.ü.f.d., dosent

dosent

əlicəfər@mail.ru

 

4

Hüseynov Həzər Ağahüseyn o.

a.ü.f.d.

baş müəllim

hazarhüseynov@mail.ru

 

5

Tahirov Rafayıl İltifat o.

a.ü.f.d.

baş müəllim

rafayil.tahirov1961@mail.ru

 

6

Allahverdiyev Əligüşad  Nəhmət o.

--

müəllim

aliguli@mail.ru

 

7

Rəhimov Elşad Məmmədağa o.

--

müəllim

elsadrehimov@aqro.qov.az.

 

8

Qasımova Şölə Ağababa q.

--

laborant

qshola@mail.ru

 

 

    “Baytarlıq və aqrar fənlər” kafedrasında çalışan professor-müəllim heyəti haqqında:

1.           Dosent Ağayeva Məlahət Əli qızı–1960-cı ildə Astara şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini fərqlənmə diplomu ilə  bitirmişdir. Alim aqronom ixtisasına yiyələnmişdir. 1982-ci ildə Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutunun Mikrobiologiya və Virisologiya ixtisasının aspiranturasına qəbul olunmuşdur. 1985-ci ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmiş və həmin institututda elmi işçi vəzifəsinə təyin edilmişdir. 1990-cı ildə Gürcüstan Respublikasının Tibilisi şəhərində namizədlik dissertasiyasını Fitopatologiya və Bitki mühafizəsi şifrəsi ilə müdafiə etmişdir.1996-cı ildə Astara Pedaqoji Kollecində biologiya müəllimi vəzifəsində çalışmışdır. 2001-ci ildən Lənkəran Dövlət Universitetinin Kimya-biologiya kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2011-ci ildə dosent elmi adını almışdır. 2014-2016-ci illərdə Təbiyyat fakültəsinin dekan vəzifəsində işləmişdir. 2016-cı ildən isə “Baytarlıqvə aqrar fənlər” kafedrasının dosenti vəzifəsində çalışır.  70-dən çox elmi məqalənin,  o cümlədən 1 monoqrafiya, 6 proqram, 2 metodik vəsaitin müəllifidir.

 

2.  Dos.Cəfərov Əli Musa oğlu.28.09.1959-cu ildə Ermənistanın Krasnoselo kəndində anadan olmuşdur. 1977-ci ildə C.M. Kirov adına  Qırmızı Əmək Bayrağı ordenlli Azərbaycan  Dövlət Universitetinə daxil olmuş 1982-ci ildə  “fizika” ixtisası üzrə tam kursu bitirmişdir. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə dosent elmi adını almışdır. 71 elmi əsərin,  o cümlədən monoqrafiya, kitab və tezisin  müəllifidir.

 

       3. Aqr.f.d.Babayev Xalıqverdi  Yusub oğlu.1958-ci il iyun ayının 15-də Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur. 1976-1981-ci ildə Azər.Kənd Təsərrüfatı İnstitutunu “Aqronomluq” fakültəsini bitirmişdir. 1986-1990-cı ildə AMEA-nın  “Torpaqşünaslıq və aqrokimya” institutun aspiranturasını bitirmişdir. 1990-cı ildən aqrar elmləri üzrə fəlsəfə doktorudur.  1993-cü ilin may ayından Azərbaycan Elmi-Tədqiqat “Bağçılıq və subtripik  bitkilər” institutunun Lənkəran çay filialında aqrokimya şöbəsinin müdiri və eyni zamanda elmi katibi olımuşdur. 2003-ci ilin fevral ayından 2008-ci ilin aprel ayına kimi Azərbaycan Elmi-Tədqiqat “Bağçılıq və subtripik  bitkilər” institutunun Lənkəran çay filialının direktor vəzifəsində çalışmışdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində “Kimya-biologiya kafedrasının” baş müəllimi vəzifəsində çalışmışdır. Hal-hazırda “Baytarlıq və aqrar fənlər” kafedrasının baş müəllimi vəzifəsində çalışır. Azərbaycanda və xaricdə 70 elmi əsərin və 1 kitabça müəllifidir. 

3.  A.ü.f.d., b/m Hüseynov Həzər Ağahüseyn oğlu – 1982-ci Moskva Kooperativ  institutunu bitirmişdir. 2012-ci ildə dissertasiya işini müdafiə etmişdir. Prezidentin sərəncamı ilə 2012-ci ildən Genetik ehtiyatlar institutunda “dədə-baba sortlarının genetikasının qorunub saxlanılması” üzrə işçi qrupun üzvidir. Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramının Lənkəran şəhər İcra hakimiyyəti üzrə işçi qrupunun üzvidir. 2006-cı ildən Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi Tərəvəzçilik elmi-tədqiqat institutunun Lənkəran bölgə təcrübə stansiyasının müdiri vəzifəsində çalışır. Milli Elmlər Akadedmiyasının Regional Elm Mərkəsinin və Lənkəran Regional Aqrar Elm Mərkəzinin elmi şurasının üzvidir

2 kitabın, 21 elmi əsərin və 1 “pamidor sortunun” müəllifidir.

 

4.  A.ü.f.d., b/m Tahirov Rəfayıl İltifat oğlu– 1984-cü ildə S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini “fərqlənmə” diplomu ilə bitirmişdir. 1991-ci ildəTimiryazov adına MKTA-da “Əkinçilik” ixtisası üzrə dissertasiya müdafiə etmişdir. AETƏ İnstitutunda baş elmi işçi işləmişdir.Ekologiya və Təbii sərvətlər Nazirliyinin 1 saylı ərazi ETSŞ-nin rəisi vəzifəsində işləyir. 15 elmi əsərin  müəllifidir.

 

5.  m.Allahverdiyev Əligüşad Nəhmət oğlu–01.07.1950-ci ildə Lerik  rayonunun Lələdulan kəndində anadan olmuşdur.1968-ci ildə Şingədulan kənd orta məktəbini bitirmib, Azərbaycan Kənd Təsərrüfatı İntitutunun “Baytarlıq” fakültəsinə qəbul olmuş,1973-cü ildə oranı bitirmişdir.(İndiki Aqrar Universitet).1973-1975-ci ilərdə müxtəlif təşkilatlarda baş baytar həkimi,1985-1987-ci illərdə M.P.Vaqif adına sovxozda direktor, 1987-1996-ci illərdə Lerik rayon Kirəvud kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsində katib, sonra isə yerli icra nümayəndəliyində müavin, 1997-1998-ci illərdə Bakı şəhəri Abşeron rayon Təsərrüfat hesablı Baytar Dezinfeksiya dəstəsinin rəisi, 1998-2015-ci illərdə Respublika Dövlət Baytarlıq Komitəsində və Dövlət Baytarlıq Xidmətində aparıcı baytar həkimi işləmişdir.

2016-cı ilin mart ayından  Lerik rayon Baytarlıq idarəsində aparıcı baytar həkimi işləyir.

 

6.  m.Rəhimov Elşad Məmmədağa oğlu –29.08.1971-ci ildə Lənkəran rayon Günəhir kəndindəanadan olmuşdur. 1993-cü ildə S.Ağalıoğlu adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.1993-96-cı illərdə Lənkəran rayonu “28 aprel” sovxozunda baş zootexnik işləyib. 2006-cı ildən 2016-cı ilə qədər Günəhir bələdiyyəsinin sədri işləyib. 2016-cı ilin sentyabr ayının 1-dən Lənkəran şəhər Kənd təsərrüfatı idarəsinin Heyvandarlıq sektorunda məsləhətçi işləyir. 2017-ci il sentyabr qyından Lənkəran Dövlət Universitetinin 0,5 ştat müəllimidir.

 

7.  Laborant Qasımova Şölə Ağababa qızı. 03.03.1968-ci ildə Lənkəran şəhərində anadan    olmuşdur. 1985-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi, 2000-ci ildə Lənkəran Dövlət Universitetinin “Balıq məhsulları texnologiyası” ixtisasının qiyabi şöbəsini bitirmişdir. 1992-ci ildən  Lənkəran Dövlət Universitetində işləyir.

 

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

1.     Telefon: 5-01-29, daxili nömrə: 108

2.     Elektron ünvan: Lsu.edu.az

3.     Faks nömrəsi: 5-25-88

 

 

Kafedra müdiri:                          dos.B.Şahbazov

 

 

 

 

 

 

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator