Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

TEXNOLOGİYA VƏ TEXNİKİ FƏNLƏR KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

10.11.2017-ci il tarixdə, saat 11:30-da Texnologiya və aqrar fənlər kafedrasında akademik  Məmməd Salmanovun "Lənkəran-Astara selfinin ekoloji vəziyyətinin öyrənilməsi" mövzusunda elmi seminarı keçirildi...

Daha ətraflı =>

 

 

 

 

Semestrlər üzrə

FƏNN SİLLABUSLARI

 

Payız semestri

 

Yaz semestri

“Texnologiya və tekniki fənlər” kafedrası 2017-cı ildən fəaliyyət göstərir. Kafedranın yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq qida məhsullarının istehsalını və istehlakını daha da yaxşılaşdırmaq, informasiya texnologiyaları istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır. Kafedra “Qida məhsulları mühəndisliyi” və “Kompüter mühəndisliyi” ixtisaslarında bakalavr və magistr pillələlərində kadr hazırlığı ilə məşğul olur. 2017-ci ildən başlayaraq kafedrada “Lənkəran-Astara bölgəsində çay bitkisi və subtropik meyvələrin becərilməsində və emalında müasir texnoloji yeniliklərin tətbiqi istiqamətləri” və “Tədris sistemində multimediya və interaktiv texnologiyalarının tətbiqi” mövzusunda elmi-tədqiqat işlərinin aparılması planlaşdırılmışdır.

2017/2018-ci tədris ilində “Texnologiya və texnikifənlər” kafedrasında 14 əməkdaş çalışır. Onlardan 1 nəfəri elmlər doktoru, professor, 5 nəfər elmlər namizədi, dosent, 2 nəfər fəlsəfə doktoru baş müəllim, 2 nəfəri baş müəllim, 4 nəfəri isə müəllimdir. Kafedrada müntəzəm olaraq elmi seminarlar, açıq dərslər təşkil olunur.Kafedraya texnika üzrə fəlsəfə doktoru, dosent Nuriyev Əsəd Nuri oğlu rəhbərlik edir.

Kafedrada əsasən aşağıdakı fənlər tədris olunur:

1.     Qida məhsulları texnologiyasının prosses və aparatlar

2.     S/f (Qurutma və qida konentrantlarının texnologiyası)

3.     Qida sənayesi müəssisələrində istehsalın təşkili

4.     Qida istehsalı texnologiyasının əsasları

5.     S/f (Dən məhsullarının saxlanması texnologiyası)

6.     Qida fiziologiyası

7.     Ərzaq məhsullarının əmtəəşünaslığı və ekspertizası

8.     Qida məhsullarının soyudulması texnologiyası

9.     Mikrobiologiya,sanitariya və gigiyena

10.  Çörək məhsullarının istehsalı texnologiyası

11.  Qidaların kimyası

12.  Şəkər və şəkər məhsulları tullantılarının emalı

13.  Alkoqolsuz içkilərin istehsal texnologiyası

14.  Qida məhsullarının texnologiyası nəzəri əsasları

15.  Qida məhsullarının soyudulması texnologiyası

16.  Elektrotexnika

17.  Elmdə və təhsildə kompyuter texnologiyaları

18.  Əməliyyatlar sistemi və computer arxitekturası

19.  Formal dillər və avtomatlar nəzəriyyəsi

20.  Veb texnologiyası

21.  Fizika

22.  Çayın texnologiyası və avadanlıqları

        

Magistratura üzrə :

1.     Qida  məhsulları texnologiyasının elmi əsasları

2.     Qida mikrobiologiyası

3.     Qida məhsullarının saxtalaşdırılması və identifikasiyası

4.     Subtropik bitkilərin saxlanması və emalı texnologiyası

 

Kafedranın müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Nuriyev Əsəd Nuri oğlu 1953-ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1969–ildə şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1972–ildə Bakı Yeyinti Sənayesi texnikumunun əyani şöbə üzrə “Şərabçılığın texnologiyası” ixtisasını, 1979–ildə isə Krasnodar Politexnik İnstitutunun əyani şöbəsinin “Texnologiya” fakültəsini bitirərək Qida məhsulları istiqamətində mühəndis texnoloq ixtisasına yiyələnmişdir. Şahmat üzrə SSRİ idman ustalığına namizəd və şahmat təlimatçısı kursunu bitirmişdir. 1994-cü ildən Lənkəran Dövlət Universitetində ayrı-ayrı vaxtlarda müəllim, baş müəllim, kafedra müdirinin müavini, dekan müavini, dekan vəzifələrində çalışmışdır. 2004-cü ildə texniki elmlər üzrə fəlsəfə doktoru, 2013-cu ildə dosent elmi adını almışdır. 1 dərs vəsaitinin, 6 fənn proqramının, 1 metodiki vəsaitin müəllifdir. 45 -dən çox elmi məqalələri Universitetin, Respublika və Beynəlxalq konfransların elmi əsərlər məcmüələrində çap olunmuşdur. Hazırda “Texnologiya və texniki fənnlər” kafedrasının  müdiridir. 

 

 Kafedra əməkdaşları haqqında:

 

1. Dos. Məhərrəmov Mikayıl Əkbər oğlu. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1990-cı ildə texnika elmlər üzrə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildə dosent elmi adı almışdır. 150-dən çox elmi məqalənin o cümlədən 3 monoqrafiya, 2 dərsliyin müəllifidir.

Email: mikayilbyst@mail.ru

 

2. Prof.Salmanov Məmməd Əhəd oğlu. 1955-ci ildə Az.Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1960-cı ildə biologiya elmlər namizədi, 1983-cü ildə isə biologiya elmləri doktoruq elmi adı müdafiə etmişdir. 1996-cı ildə professor elmi adına layiq görülmüşdü, AMEA-nın həqiqi üzvüdür.          350 elmi əsərin,  o cümlədən 3 dərslik, 8 monoqrafiyanın müəllifidir.

Email:msalmanov@mail.ru

 

3. Bəşirov Mirnamik Mirəhmədağa oğlu 1963 cü ildə  lənkəran şəhərində  anadan olmuşdur. 1986 cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu  ilə  bitirmişdir.  50  dən  çox məqalə və  tezislərin, iki metodik vəsaitin, iki proqramın  müəllifidir. Müxtəlif  illərdə Lənkəran  Dövlət  Universitetində  müəllim,  baş  müəllim,  dosent,  dekan  vəzifələrində  işləmişdir.

Email:  mbashirov@mail.ru, mbashirov@rambler.ru,  mbash@box.az

 

5. Aqr.f.d.Nəzərova Nigar Hacıkişi qızı. 2000-ci ildə LDU-nun Qida mühəndisliyi istiqamətində magistraturanı bitirmişdir. 2012-ci ildə elmi dissertasiya işini müdafiə etmiş və aqrar elmlər üzrə fəlsəfə doktoru elmi adını almışdır. 33 elmi məqalənin, 1 dərs vəsaitinin müəllifidir.

Email: Nnigar00@mail.ru

 

6. Müəllim Quliyev Vaqif Şahverən oğlu. 1982-ci ildə Vladimirski Politexnik İnstitutunu bitirmişdir. Hal-hazırda müəllim vəzifəsində işləyir.

Email: VaqifQuliyev-0808@ mail.ru

 

7. Mürsəliyev Oktay Qulu oğlu: 01 yanvar 1947-ci ildə anadan olmuşdur. “Azərbaycan Neft və Kimya İnstitutu”nun “İstehsal proseslərinin avtomatlaşdırılması üzrə mühəndis elektromexanik” ixtisası üzrə təhsil almışdır. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 60 elmi-metodik əsərin (bunlardan doqquzu elmi ixtira, on beşi dərs vəsaitidir) müəllifidir.

  

8. Ələsgərov Nadir Hüseynoğlu. 14 iyul 1960-cı ildə anadan olmuşdur. Sankt-Peterburq şəhərində Elektrotexnika institutun “Elektron hesablayıcı maşınları” fakultəsinin “Kompüter mühəndisi’ ixtisasını bitirmişdir. “Lənkəran regionunda sosial-iqtisadi və demoqrafik inkişafın modelləşdirilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır.

 

9. Mirzəyev  Ruslan  Zahidoğlu. 1992 ci  ildə Ukraniyada anadan  olmuşdur. 1913 cü ildə  LDU  da bakalavr  pilləsi  üzrə  ekologiya ixtisasını,  2016 cı  ildə  isə Dövlət İdarəçilik Akademiyasının  magestratura pilləsi üzrə “Ekoloji təhlükəsizliyin  informasiya sistemləri ”  ixtisasını  fərqlənmə  diplomu  ilə  bitirmişdir. 2016 cı  ildə LDU  da müəllim “Tədrisin təşkili və  əlavə  təhsil”  bölməsinin rəhbəri,  aqrar  və  mühəndislik  fakültəsində  dekan  müavini işləmişdir. LDU  nun  doktorantıdır.

Tələbə-Gənclər  təşkilatının  sədridir.  3  məqalə,  5  tezisin  müəllimidir.

 

10. Gənciyev Yadigar Fərmail oğlu. 01 sentyabr 1959-cu ildə anadan olub. “V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu”nun “Hərbi hazırlıq və “Bədən tərbiyəsi” müəllimliyi ixtisasını bitirmişdir.Mülki  müdafiə  fənnini  tədris  edir.

 

11. Əmənullayev Mahir Qabil oğlu 1970-ci ildə ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsini bitirmişdir.  1995-2000 ci  illərdə. Rusiya  Federasiyası  Nijniy  Tagil  və  Ekaterinburq  şəhərlərində  Nikom  Elektronik   müəssisəsində  Proqramçı- mühəndis  və  riyazi  tərtibatçı  işləmişdir.  Lənkəran Tibb  kollecində  pedoqoji sahədə çalışmışdır. 2017 ci  ildən  LDU da müəllim işləyir. 2  elmi  məqalənin, 1  elektron  dərsliyin müəllifidir.

  

12. Əliyev Rəşad Fəxrəddin oğlu. 1974-cü ildə Lənkəran rayonunun Şaqlaser kəndində ziyalı ailəsində anadan olmuşdur. Dosent, coğr.üzrə fəl. doktorudur.   2006-cı ildə “Təbiyyat” fakültəsinin dekan müavini, 2007-2008-ci illərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri, 2008-2012-ci illərdə “Təbiyyat” fakültəsinin dekanı, 2012-2016-cı illərə qədər isə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan və dekan əvəzi vəzifələrində çalışmışdır. Hazırda “Texnologiya və texniki fənlər” kafedrasının tam ştat, dossentidir.

 

Kafedranın  ünvanı:   Lənkəran  şəhəri,  Fizuli  küçəsi  - 178.

Telefon: (+994) 025 255 04 25  daxili    110.

Faks  nömrəsi: (+994) 025 255 27 86

Elektron  ünvanı:

 

Kafedra haqqında məlumatları

dos. Əsəd Nuriyev təqdim etmişdir.

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator