Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

RİYAZİYYAT VƏ İNFORMATİKA KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

 

FƏNN SİLLABUSLARI

 

Payız semestri üzrə

 

Yaz semestri üzrə

 

Riyaziyyat və informatika” kafedrası   Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Kafedra 1992-ci ildən fəaliyyət göstərir. “Riyaziyyat və informatika” kafedrasının işinin əsas məqsədi tələbələrə riyaziyyatın müxtəlif  bölmələrini tədris etmək, bu bölmələrin tətbiq sahələrini və bu istiqamətdə tədqiqat aparmaq üsullarını öyrətməkdir. Bu günə kimi azərbaycanın ən görkəmli alimlərindən  15-ə yaxın elmlər doktoru professor və 30-a yaxın elmlər namizədi dosent kafedrada fəaliyyət göstərmişdir. Əməkdar elm xadimi prof.Asəf İsgəndərov, AMEA-nın müxbir üzvi Rauf Hüseynov, AMEA-nın müxbir üzvi Kamil Aydazadə, AMEA-nın müxbir üzvi Orxan Məmmədyarov, prof.Qabil Yaqubov, prof.Məlik-Baxış, prof. Şövkət Baxışov, prof.Ələkbər Əliyev, prof.Tarverdi Əzizov, prof.Ədalət Axundov, prof.Həmdulla Aslanov, prof.Əbulfət Pələngov, dos.Nəcəf Əliyev, dos.Zakir Məhərrəmov, dos.Kamandar Cəfərov, dos.Feyruz Həsənov, dos.Murğuzali Əliyev və b. fəaliyyət göstərmişdir.  Kafedraya əvvəlcə dos.Səbziyev Nəriman, dos.Mədətov Əminağa və dos.Heydərov Arif rəhbərlik etmişdir. Hazırda kafedra müdiri vəzifəsini r.ü.f.d.,dos.Paşayev Nahid Cəlil oğlu icra edir. Paşayev Nahid Cəlil oğlu, r.ü.f.d., dossent Riyaziyyatçı, “Diferensial tənliklər” ixtisası, iş stajı 18 il, 2015- ci ildən kafedra müdiri vəzifəsində çalışır.

Hazırda kafedrada  19 əməkdaş çalışır. Bunlardan 2 nəfər elmlər dokturu professor, 6 nəfər elmlər namizədi dosent,  1 nəfər fəlsəfə doktoru baş müəllim, 3 nəfər baş müəllim, 6 nəfər  müəllim və 1 nəfər  laborant çalışır.

”Riyaziyyat” istiqamətində “Riyazi fizikanın klassik və qeyri-klassik diferensial tənliklər üçün sərhəd və optimal idarəetmə məsələləri”  və “Riyaziyyat və informatikanın tədrisi metodları və distant təhsilin problemləri”  mövzusunda 2 istiqamətdə elmi-tədqiqat işləri aparılır. Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri Respublikanın və bir sıra xarici ölkələrin elmi jurnallarda çap olunmuşdur.

Kafedra əməkdaşları universiteti müxtəlif grant layihələrində, beynəlxalq elmi konfranslarda və digər nüfuzlu tədbirlərdə təmsil etmişlər.

2014-cü ildə kafedra Moskva Dövlət Universitetinin professoru A.Q.Yaqola və Kiyev Dövlət Universitetinin professoru Nakaneçni ilə birlikdə elmi-praktik konfrans keçirmişdir.

2014-cü tədris ilində  iki dissertant  Həmidov Ruslan Allahverən oğlu və Musayeva Mətanət Asəf qızı, 2015-ci ildə bir doktorant  Paşayev Nahid Cəlil oğlu, 2016-ci ildə isə bir dissertant Mirzəyeva Səlimə Mirzə qızı dissertasiya işlərini uğurla müdafiyə etmiş və riyaziyyat üzrə fəlsəfə dokturu elmi dərəcəsini almışdır.

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:

Bakalavr üzrə:

1.”Riyaziyyat-informatika müəllimliyi” ixtisası,  əyani, qiyabi şöbələr

2. “Kompüter elmləri” ixtisası , əyani şöbə

Magistr üzrə:

1.”Riyazi-analiz” ixtisası əyani və qiyabi şöbə

2.”İnformatika” ixtisası əyani şöbə

3.”Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisası əyini şöbə

4..”İnformatikanını tədrisi metodikası və metodologiyası” ixtisası əyini şöbə

Doktorantura üzrə:”Diferensial tənliklər” ixtisası əyani, qiyabi şöbələr

 

Kafedrada  tədris olunan əsas dərslərin siyahısı:

a)Bakalavr mərhələsi üzrə:

1. Adi diferensial tənliklər

2. Ali riyaziyyat

3. Cəbr-1 (Cəbrin əsas elementləri)

4. Cəbr-2 (Xətti cəbr)

5. Cəbr-3(Çoxhədlilər cəbri)

6. Ehtimal nəzəriyəsi və statistika elementləri

7. Ehtimal nəzəriyyəsi və riyazi statistika

8. Elementar riyaziyyat-1

9. Elementar riyaziyyat-2

10. Elementar riyaziyyatın tədrisi metodikası

11. Əməliyyatların tədqiqi və oyunlar nəzəriyyəsi

12. Hesablama riyaziyyatı

13. Həndəsə-1 (Analitik həndəsə)

14. Həndəsə-2 (Həndəsə əsasları və proyektiv həndəsə)

15. Həndəsə-3 (Diferernsial həndəsə)

16. Xətti cəbr və riyazi-analiz

17. İqtisadi informatika

18. İnformatika

19. İnformatika və onun  tədrisi metodikası

20. İnformatika və təhsildə İKT

21. İnformatika-1

22. İnformatika-2

23. İnformatikanın tədrisi metodikası

24. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsasları

25. Məsələ həlli praktikumu -1

26. Məsələ həlli praktikumu -2

27. Məsələ həlli praktikumu -2

28. Optimallaşdırma üsulları

29. Riyazi fizika tənlikləri

30. Riyazi məntiq

31. Riyazi-analiz-1 (Ədədi ardıcıllıqlar, funksiyanın limiti və kəsilməzliyi)

32. Riyazi-analiz-2 (Birdəyişənli funksional diferensial və inteqral hesabı)

33. Riyazi-analiz-3 (Çoxdəyişənli funksiyalar nəzəriyyəsi)

34. Riyazi-analiz-4

 35. Riyazi-analiz-5

36. Riyaziyyat

37. Riyaziyyat-1

38. Riyaziyyat-2

39. Riyaziyyatın tədrisi metodikası

40. Təhsildə İKT

41. Tətbiqi proqram sistemləri

    b) Magistratura mərhələsi üzrə:

 

1. AMTMOF (Xətti inteqral tənliklər nəzəriyyəsinin elementləri)

2. AMTMOF (Riyaziyyatdan şagird biliyinin qiymətləndirilməsi

3. AMTMOF( Müasir proqramlaşdırma dilləri: C++, Jaba, Objelt Pascal)

4. Analitik funksiyaların sərhəd xassələri

5. Elementar riyaziyyatın tədrisi metodikası

6. Əməliyyat sistemi və onun tədrisi metodikası

7. Funksional fəzalar

8. Harmonik analiz

9. İnformatika dərslərinin və proqramlarının formalaşması metodikası

10. İnformatikanın tədrisi metodikasının  elmi nəzəri əsasları metodikası

11. İnformatikanın tədrisinin müasir problemləri

12. Kəmiyyətin öyrədilməsinin ümumi məsələləri

13. Kompüter riyaziyyatının tədrisi metodikası

14. Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin öyrənilməsi

15. Məktəb riyaziyyat kursunda riyazi struktur ideyası

16. Məktəbriyaziyyat kursunda tənlik və bərabərsizliklərin öyrənilməsi

17. Orta məktəbdə informatikanın tədrisi metodikasının strukturu və məzmunu

18. Riyazi məntiqin tədrisi

19. Riyaziyyat terminləri və analyışlarının formalaşması

20. Riyaziyyat tədrisində yaradıcı təfəkkürün inkişafı

21. Riyaziyyat təlimində məsələ həlli metodlarının öyrənilməsi

22. Riyaziyyat təliminin pedaqoji və  psixoloji əsasları

23. Riyaziyyat təliminin prinsip, metod və formaları

24. Riyaziyyat və informasiya texnologiyalarının əlaqəsinin tədrisi

25. Sinqulyar inteqral tənliklərin mexanika məsələlərinə tətbiqi

26. Tətqiqat üsulları

27. Tip məsələlərinin həlli metodikası

 

Kafedra müdiri haqqında məlumat:

 

Paşayev Nahid Cəlil oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 1964-cu ildə Lənkəran rayonunun Gərmətük  qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1982-ci ildə BDU-nun “Tətbiqi-riyaziyyat”  fakültəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə ordu sıralarında xidmət etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. 1989-cu ildə həmin universiteti bitirmişdir. 2010-cı ildən LDU-nun  “Diferensial tənliklər”  ixtisasının doktorantı olmuşdur.

2015-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə  riy.ü.f.d. elmi adı almışdır. Lənkəran Dövlət Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifələrində çalışmışdır. Hal-hazırda kafedra müdiri vəzifəsində çalışır.

28 elmi məqalə, tezis və 1 metodik və 1 dərs vəsaitin 2 fənn proqramının müəllifidir. Bir sıra qrant lahiələrində iştirak etmişdir.

 

Kafedra əməkdaşları  haqqında

 

1.Mirzəyeva Səlimə Mirzə qızı - riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim

1972-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində  anadan olmuşdur. 1996-cı ildə ADNA-nın “İdarəetmə proseslərinin avtomatlaşdırılması” fakültəsini fərqlənmə diplumu ilə bitirmişdir. 2011-ci ildən LDU-nun “Ekonometriya” ixtisası üzrə dissertant olmuşdur. 2016-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru  elmi adı almışdır. Lənkəran Dövlət Universitetində baş laborant, elmi işçi, kafedra mürdiri müavini və baş müəllim vəzifələrində çalışmışdır.

27 elmi məqalə və tezisin, 2 dərs vəsaiti,  1 metodik vəsait və 2 fənn proqramının müəllifidir.

 

2.Muradov Məmməd Fərrux oğlu -  riyaziyyat üzrə fəlsəfə doktoru,  dosent

1968-ci ildə Astara rayonunun Siyakü kəndində anadan olmuşdur. 1985-1992-ci illərdə ADPU-nun “Riyaziyyat-informatika müəllimliyi” ixtisasını bitirmişdir. 1993-cü ildən AMEA-nın “Riyaziyyat və mexanika” İnstitunun “Funksional analiz” kafedrasının dissertantı olmuşdur. 2007-ci ildə “Riyazi analiz” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adı almışdır.

6 elmi məqalə və 7 tezisin müəllifidir.

 

3.İsmayılov Arif  İbrahim oğlu - Pedaqoqika elmlər namizədi, dosent

1951-ci il yanvar ayının 31-də müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetinin  “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir.

1988-ci ildə E.T.P.E.İ-nin dissertantı olmuşdur. 1996-cı ildə “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Ümumitəhsil kurikulumunun əsasları üzrə treninq sertifikatları var. 40-dan çox elmi-metodik əsərin və yazının müəllifidir. Fəxri fərmanlar və mükafatlarla təltif olunmuşdur.

 

4.Həbibov Şakir Əlif oğlu - baş müəllim

1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuşdur.1979-cu ildə universiteti bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir.1992-ci ildən LDU-da müəllim, baş müəllim vəzifələrində işləmişdir. 1994-2000-ci illərdə Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.

1 dərslik, 3 metodik vəsait, 3 məqalə və 12 tezisin müəllifidir.

 

5.Həbibov Vahab Mehdi oğlu - baş müəllim

20.11.1967-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1985-ildə BDU-nun  “Mexanika-riyaziyyat” fakültəsinə  daxil olmuş və 1992-ci ildə  isə təhsilini bitirmiş, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. 1996-cı ildən LDU-da müəllim kimi işləməyə başlamışdır. Hal-hazırda “Riyaziyyat və informatika” kafedrasının baş müəllimidir. 2014-cü ildən LDU-nun “Diferensial tənliklər” ixtisası üzrə dissertantıdır. 17 məqalə  və tezisin müəllifidir.

 

6.Axundov Ədalət Yavuz oğlu – riyaziyyat elmləri doktoru, professor

01 iyun 1949-cu ildə Ordubad rayonunda anadan olmuşdur. 1971-ci ildə ADU-nun  Riyaziyyat fakültəsinə daxil olmuşdur. Axundov Ədalət 1980-cı ildən “Riyaziyyat” ixtisası  üzrə Elmlər namizədi, 2009-cu ildə isə Riyaziyyat  üzrə elmlər doktoru dərəcəsini almışdır, professordur. Hazırda AMEA aparıcı elmı işçi vəzifəsində çalışır.

50-dən çox elmi məqalə və tezisin müəllifidir. 2009-cu ildən LDU-da işləməyə başlamışdır.

 

7. Əliyev Nihan Əlipənah oğlu - riyaziyyat elmləri doktoru, professor

22 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1963-cü ildə Riyazi-fizika tənlikləri kafedrasında aspiranturaya daxil olmuşdur. 1967-ci ildə namizədlik, 2013-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildən 1993-cü ilədək  “Riyazi-fizika tənlikləri” və “Tətbiqi riyaziyyat” kafedralarında işləmiş, 1993-cü ildən 2006-cı ilədək İran İslam Respublikasının Təbriz və Tehran universitetlərində çalışmışdır. 2006-cı ildən Bakı Dövlət Universitetinin Tətbiqi analizin üsulları kafedrasında işləyir. 250-dək elmi məqalənin, bir sıra konfrans və konqress materiallarının müəllifidir. 20 nəfərdən artıq elmlər namizədi hazırlamışdır. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika” kafedrasında  professor işləyir.

 Əsas tədqiqat sahəsi adi və xüsusi törəməli diferensial tənliklər üçün fundamental həllərin qurulmasından ibarətdir.

 

8.Həmidov Ruslan Allahverən oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

8 yanvar 1971-ci ildə Astara rayonu Maşğan kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1993-cü ildə həmin fakültəni bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çalışır- müəllim, baş müəllim, dekan müavini, tədris hissəsinin müdiri, kadrlar şöbəsinin müdiri, 2007-ci ildən 2014-cü ilədək isə inzibati-təsərrüfat işləri üzrə prorektor. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1211.01- “Diferensial tənliklər” ixtisası üzrə  “Çoxölçülü oblastda  xətti elliptik tip tənliklər üçün əmsalların optimal indentifikasiyası məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 17 elmi məqalənin müəllifidir, Polşa, Rusiya, Türkiyə, Gürcüsatan, Litva və s respublikalarında keçirilən elmi seminar və konfranslarında elmi məruzələrlə çıxış etmişdir. 2007-2008-ci illərdə Avropa Birliyinin İNTAS Beynəlxalq Assosiasiyasının Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqramı çərçivəsində “Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi” mövzusunda qrantının (İNTAS Project № 06-100017-8909),  2009 –cu ildə NATO-nun “Sülh və təhlükəsizlik üçün Elm Şöbəsi”- nin maliyələşdirdiyi “NATO NIG-083659/ Lənkəran Dövlət Universitetinin Təhsil şəbəkəsi “ qrantının layihə icraçısı olmuşdur. Ailəlidir, iki qızı və bir oğlu vardır. 2014-cü ildən Lənkəran Dövlət Humanitar Kollecinin direktoru vəzifəsində çalışır.

 

9.Əsgərov İdrak Mirzəbaba oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

22.03.1985-ci ildə  Lənkəran rayonunun Gərmətük  qəsəbəsində anadan olmuşdur. 2002/2006-cı illərdə BDU-nun “Riyaziyyat” ixtisasını bitirmişdir. AMEA-nın  Kibernetika  İnstitunun “Sistemli analiz idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə  dissertantı olmuş və 2014-cü ildə r.ü.f.d.elmi adı almışdır. 21.02.2017-ci il tarixdən LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edir

6 elmi məqalə və 7 tezisin 1 fənn proqramının müəllifidir. Prezident yanında Elmi İnkişafı fondunun elan etdiyi qrant lahiyəsinin iştirakçısıdır (Daha ətraflı =>).

  

10.Əliyev Ramiz Atəş oğlu   - fizika-riyaziyyat elmləri namizədi, dosent

1956-ci ildə anadan olub. 1973-cü  ildə Bakı Dövlətin “Tətbiqi riyaziyyat” fakültəsinə daxil olmuş, 1978-ci ildə bitirmişdir.1978-1995-ci illərdə “Kosmik tədqiqatlar  elmi istehsalat birliyində”  işləmişdir. 1992-ci ildə Xarkov Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiyə etmişdir.

1995-2004-cü illərdə Ali Hərbi məktəbdə dosent vəzivəsində çalışmış, 2004-cü ildən hal-hazıra kimi Azərbaycan Kooperasiya Universitetində dosent vəzifəsində çalışır.

2 dərs vəsaiti , 3 fənn proqram və 38 elmi məqalənin müəllifidir

 

11.Əliyeva Könül Vəlihəddin qızı - müəllim

1984- cü il iyulun 19-da Lənkəranda anadan olub. 2002-ci ildə Lənkəran şəhər 9 saylı orta məktəbdə 11-ci sinfi bitirib. 2003-cü ildə LDU-nun “Riyaziyyat və informatika” ixtisasına daxil olub. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra LDU-nun magistratura şöbəsinin “Diferensial tənliklər” ixtisasına daxil olub. Təhsil aldığı müddətdə 2007-2009-cu illərdə LDU-nun “Riyaziyyat və informatika” kafedrasında laborant vəzifəsində işləyib. 2012-ci ildən etibarən Balıqçılar qəsəbə tam orta məktəbində  riyaziyyat və informatika müəllimi işləyir.

3 elmi məqalənin müəllifidir.

 

12.Quliyev Allahşükür Əzizağa oğlu - müəllim

1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 2011-ci ildə “Riyaziyyat” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2012-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin “Riyazi anliz” ixtisaslaşması üzrə magistrantı olmuşdur. Hal-hazırda  LDU-da “İnsan resursları və kargüzarlıq” şöbəsinin müdiri vəzifəsində çalışır.

 

13. Fərzəliyeva Ülkər Mirsamid qızı - müəllim

27 iyul 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, 2009-cu ildə Şürük kənd orta məktəbini bitirmişdir. 2009-2013-cü illərdə LDU-nun “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavr. 2013-2015-ci illərdə isə “Riyazi-analiz” ixtisası üzrə magistr təhsili almışdır. 2 elmi məqalənin müəllifidir. 2014-2017-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində metodist-müəllim vəzifəsində çalışmışdır.

 

14. Bağırova Gülşən Natiq qızı - müəllim

1985-ci il 08 martda Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində ziyalı ailəsində anadan olmuş. 1991-ci ildə Aşağı Nüvədi qəsəbə orta məktəbin I (birinci) sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbin XI (onbirinci) sinifini bitirib, həmin ildə Lənkəran Dövlət Univeristetinin Təbiyyat fakultəsinin “Tətbiqi riyaziyyat” ixtisasının I (birinci) kursuna daxil olmuşdur və 2006-cı ildə “Tətbiqi riyaziyyat” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin Magistratura pilləsinin “Riyazi analiz”  ixtisasının I (birinci) kursuna daxil olmuş, 2013-cü ildə Lənkəran Dövlət Univeristetinin “Riyazi analiz” ixtisasını bitirmişdir. 2006-cı ildən Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbində müəllim vəzifəsində çalışır.

 

15. Məmmədzadə Aygün Malik qızı - müəllim

10 may 1984-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1990/2001-ci illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Lənkəran Dövlət Universitetini “Riyaziyyat və informatika” ixtisası üzrə bakalavr, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetinin  “Diferensial tənliklər” ixtisası üzrə  magistratura şöbəsini fərqlənmə ilə bitirmişdir. 2006-2017-ci illərdə  Lənkəran şəhər 10 saylı tam orta məktəbdə riyaziyyat və informatika fənlərini tədris etmişdir. 10.02.2017-ci il tarixdən Lənkəran Dövlət Universitetində elmi işlər üzrə aparıcı mütəxəssis kimi fəaliyyətə başlamışdır. 15.09.2017-ci il tarixdən LDU-nun Riyaziyyat və informatika kafedrasının müəllimi, bununla yanaşı 10.10.2017-ci il tarixdən Lənkəran Dövlət Universitetində Elm bölməsinin rəhbəri kimi fəaliyyətini davam etdiri.

2 elmi məqalə və 6 tezisin müəllifidir.

 

16. Niftullayeva Şəbinə Ağadin qızı müəllim

14 sentyabr 1990-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2011-ci il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsini bitirmişdir. 2013-ci ildə Sumqayıt Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistratura şöbəsini bitirmişdir. 2014-cü ildən LDU-da “Diferensial tənliklər” ixtisası, fəlsəfə doktoru üzrə doktorantura şöbəsində təhsilini davam etdirir. 2013-cü ildən 2014-cü ilədək Lənkəran Dövlət Universitetinin “Fizika, riyaziyyat və informatika” kafedrasında “baş laborant” vəzifəsində, 2014-cü ildən 2015-ci ilədək LDU- da “Riyazi iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi-tədqiqat laboratoriyasında “kiçik elmi işçi” vəzifəsində, 25.02.2015-08.06.2016-ci illərdə LDU-da “dəftərxana müdiri” vəzifəsində, 08.06.2016-06.03.2017-ci illərdə LDU-da “İnsan resursları və kargüzarlıq” şöbəsində “Dəftərxana işləri üzrə mütəxəssis” vəzifəsində çalışmışdır. 06.03.2017-ci il tarixindən LDU-nun Təbiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışır.

 

 Kafedra haqqında məlumatlar 

dos. Nahid Paşayev tərəfindən təqdim edilmişdir.

 

 

 

 

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator