Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

MALİYYƏ, MÜHASİBAT VƏ AUDİT KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

Semestrlər üzrə

FƏNN SİLLABUSLARI

 

Payız semestri

 

Yaz semestri

 “Maliyyə, mühasibat və audit” kafedrası 2016-cı ilin avqust ayında “İqtisadiyyat və aqrotexnologiya” kafedrasının bazası əsasında yaradılmışdır. “Maliyyə, mühasibat və audit” kafedrası iqtisadiyyat, müasir iqtisadi şəraitdə regionun sosial-iqtisadi inkişafının qarşısında duran vəzifələr, onun milli və regional istiqamətdə maliyyə və uçot problemlərinin həlli yolları, onun inkişaf etdirilməsi istiqamətləri üzrə mütəxəssislərin hazırlığı və elmi işlərin yerinə yetirilməsi ilə məşğul olur. Maliyyə, mühasibat və audit” kafedrası 2016-cı ildə “İqtisadiyyat” istiqaməti üzrə “Regional iqtisadiyyatın sosial-iqtisadi inkişaf problemləri” mövzusunda elmi tədqiqat işlərini davam etdirir. Kafedra “Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə bakalavr və ”Maliyyə menecmenti”, “Xidmət sferasında mühasibat uçotu və audit” ixtisası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır.

2016/2017-ci tədris ilində “Maliyyə, mühasibat və audit” kafedrasında 11 əməkdaş çalışır. Onlardan 3 nəfəri dosent, 1 nəfər baş müəllim, 6 nəfəri müəllim və 1 nəfəri laborantdır. Aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq kafedra əməkdaşlarının məqalə və tezisləri respublika və beynəlxalq səviyyəli müxtəlif elmi jurnallarda çap olunmuşdur. Əməkdaşlar mütəmadi olaraq elmi konfrans, simpozium və seminarlarda aktiv iştirak edirlər. Kafedranın geniş beynəlxalq əlaqələri vardır. Kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dosent Mirzəyev Natiq Sərhad oğlu rəhbərlik edir.

“Maliyyə, mühasibat və audit” kafedrasında tədris olunan əsas fənlər

Bakalavr kursları üzrə

       1. Maliyyə uçotu

       2. Mühasibat uçotu

       3. Maliyyə

       4. Pul və banklar

       5. Maliyyə bazarlar

       6. Maliyyə və investisiyalar

       7. Bank işi

       8. Audit

        9. Vergi və vergitutma

       10. Büdcə sistemi

       11. Kredit sistemləri

       12. Vergi inzibatçılığı

       13. Maliyyə hesabatlarının təhlili

       14. Büdcə və xəzinə uçotu

       15. Sığorta  işi

       16. Maliyyə hesabatlarının beynəlxalq standartları

       17. Maliyyə təhlili

       18. S/f (İnvestisiya  fəaliyyəti və innovasiya siyasəti)

       19. Statistika

       20. Qiymət və qiymətləndirmə

       21. İdarəetmə uçotu

       22. İdarəetmə təhlili

       23. Maliyə nəzarəti və audit

       24. Praktiki audit

 

Magistratura kursları üzrə

      1. Maliyyənin müasir problemlər

       2. Pul kredit tənzimlənməsinin nəzəri və praktiki aspektləri

       3. Vergi siyasətini konseptual əsasları və praktiki aspektləri

       4. Maliyyə kredit sistemi təşkilatlarının vergiyə cəlb edilməsi

       5. Maliyyə nəzəriyyələri

       6. Böhranlı müəssisələrin maliyyə sabitləşməsi problemləri

       7. Maliyyə menecmentinin informasiya və analitik təminatı

       8. Müasir maliyyə kredit institutlarının fəaliyyət istiqamətləri

       9.  Bank riskləri və onların idarə olunması

       10. Mühasibat uçotu və auditin müasir problemləri

       11. Vergiqoyma və gömrük əməliyyat uçotu problemləri

       12. Maliyyə hesabatlarının təhlili

       13. Auditdə iqtisadi təhlil

       14. Uçot və hesabatın beynəlxalq və milli standartı

       15. Xarici iqtisadi fəaliyyətin təhlili

       16. Ticarət və ictimai iaşədə mühasibat uçotu

       17. Vergi və gömrük əməliyyatlarının uçotu

       18. Turizm və otelçilikdə mühasibat uçotu

 

 Kafedra müdiri haqqında məlumat

     Mirzəyev Natiq Sərhad oğlu - 25 avqust 1971-ci il tarixində Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. 1988-ci ildə Girdəni kənd orta məktəbini bitirib K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının “ASK sahələrinin iqtisadiyyatı, təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 1993-cü ildə ali məktəbi bitirib, iqtisadçı-təşkilatçı ixtisasını almışdır.

1995-ci il 21 yanvar tarixində Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat, kənd təsərrüfatı və texnologiya” kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşdur. 1995-1996-cı tədris ilindən başlayaraq müəllim, baş müəllim, dekan müavini, kafedra müdirinin müavini vəzifələrində çalışmışdır.

2015-ci il aprel ayının 24-də “Taxılçılığın inkişafında sahibkarlıq subyektlərinin rolunun artırılması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2 monoqrafiya, 2 metodik vəsait, 4 fənn proqramı və 50-yə yaxın məqalə və tezislərin müəllifidir. Məqalələri Rusiya, Türkiyə, Belorusiya, Ukraynanın elmi jurnallarında dərc olunmuşdur. “Maliyyə menecmenti” və “Biznes etikası və sosial məsuliyyət” adlı dərs vəsaitlərinin həmmüəllifidir.

9 sentyabr 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsinin icra olunması ona tapşırılmışdır.

LDU üzrə 27 dekabr 2016-cı il tarixli 4/178 saylı əmrə əsasən Universitetin Elmi Şurasında müsabiqədən keçdiyinə görə dossent vəzifəsinə seçilmişdir.

Lənkəran Dövlət Universitetinin 09 fevral 2017-ci il tarixli əmrinə əsasən müsabiqədən keçdiyinə görə “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. mirzoev.n@mail.ru

Kafedra əməkdaşları haqqında

Adı,soyadı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

Ştat vahidi

1.

Mirzəyev Natiq Sərhad oğlu

dosent

mirzoev.n@mail.ru

1.0

2.

Bədəlov Əlixan Mehman oğlu

dosent

alixan.badalov@mail.ru

1.0

3.

Hüseynli Nuran Miraqil oğlu

müəllim

nurangaga@yahoo.com

1.0

4.

Bayramov Murad Barat

müəllim

bizimmurad@yahoo.com

1.0

5.

Əsgərova Reyhan Vaqif qızı

dosent

askerova-reyhan@mail.ru

1.0

6.

Tağızadə Səriyyə Cəfər qızı

Baş müəllim

tagizadesariyya@gmail.com

0.5

7.

Qasımov Namik Cəbi oğlu

müəllim

ulker.huseynova08@gmail.com

0.5

8.

Əskərov Rüfət Şadulla oğlu

müəllim

Rufat_ask@yahoo.com

0.5

9.

Mustafayev Vaqif  Rəis oğlu

müəllim

vaqif.mustafayev.1960@mail.ru

0.5

10.

Əsgərov Orxan  Kamal oğlu

müəllim

orxan.asgerov2016@mail.ru

0.5

11.

İsayev Vasif İsmayıl oğlu

müəllim

vasif.isayev74@mail.ru

Saat-hesabı

 

1. Bədəlov Əlixan Mehman oğlu-iqtisad elmləri namizədi, dosent. 1967-ci ildə Lənkəran rayonunun Şağlakücə kəndində anadan olmuşdur. 1992-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını bitirərək, iqtisadçı ixtisasına yiyələnmişdir. 1992-1998-ci illərdə Lənkəran “Aqrokoop” Tədarük Ticarət Birliyində mühasib, böyük mühasib və baş mühasib vəzifələrində işləmişdir. 1998-ci ildən Lənkəran Dövlət Universitetində saathesabı müəllim, müəllim, baş müəllim, kafedra müdürinin müavini, dekan müavini işləmiş və dekan, kafedra müdüri vəsifələrini icra etmişdir. 70-dən çox elmi əsərlərin, o cümlədən, 11 fənn proqramı, 2 metodik göstəriş və 2 dərs vəsaitinin müəllifidir. alixan.badalov@mail.ru

  2. Əsgərova Reyhan Vaqif qızı-iqtisad elmləri namizədi, dosent- 1972-ci il 29 fevralda Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (hazırda universitet) “Maliyyə” ixtisasını bitirmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadi informatika laboratoriyasına laborant vəzifəsinə təyin edilmişdir. Elmi-tədqiqat və tədris işlərinə, yüksək biliyə malik olması nəzərə alınaraq böyük laborant, sonra isə həmin laboratoriyada kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 2001-ci ildə “Bank işi və pul tədavülü” (hazırda “Maliyyə və maliyyə institutları”) kafedrasına dissertant təsdiq edilmişdir. 2002-ci 2016-cı illər ərzində həmin kafedrada müəllim, daha sonra dosent vəzifəsində çalışmışdır. Universitetdə çalışdığı illər ərzində universitet üzrə qadınlar şurasının sədr müavini, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Dövlət İqtisad Universiteti üzrə ilk təşkilat komitəsinin sədri vəzifələrində çalışmışdır. 2007-ci il 4 iyun tarixli (protokol №20) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Reyhan Vaqif qızı Əsgərovaya iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 2012-ci il tarixli (protokol № 16-k) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Reyhan Vaqif qızı Əsgərovaya “Bank işi” kafedrası üzrə dosent elmi dərəcəsi verilmişdir. 2013-cü il fevral ayının 25-i tarixindən 11.07.2016-cı ilə kimi R.V.Əsgərova Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Mühasibat” fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. Reyhan Vaqif qızı Əsgərova 16.12.2015-ci ildə YAP Səbail rayon ADIU ərazi ilk təşkilatının İdarə heyətinin üzvü seçilmişdir. Reyhan Vaqif qızı Əsgərova Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və maliyyə institutları” kafedrasının hazırladığı –bakalavr pilləsi üçün “Pul və banklar” tədris proqramının, magistr pilləsi üşün “Pul-kredit tənzimlənməsi” tədris proqramının və kafedranın hazırladığı “Bank işi” adlı dərsliyinin birgə müəlliflərindəndir. Həmçinin R.V.Əsgərova magistr pilləsi üçün “Pul-kredit tənzimlənməsinin nəzəri və praktiki aspektləri” adlı dərs vəsaitinin, 3 dərslik və onlarla elmi məqalə və tezislərin müəllifidir.

3. Tağızadə Səriyyə Cəfər qızı-baş müəllim. 15 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və təssərrüfat fəaliyyətinin təhlili” ixtisasını bitirmişdir. 1998-ci ildən müəllim, baş müəllim kimi fəaliyyət göstərir. 2016-cı ilin avqust ayından “İqtisadiyyat və idarəetmə fakültəsində” dekan müavini vəzifəsində çalışır. 1 dərs vəsaiti, 1 metodik göstəriş, 4 fənn proqramı və 23 elmi məqalənin müəllifidir.

4. Hüseynli Nuran Miraqil oğlu-müəllim. 1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2010-cı ildə Koopersiya universitetinin “Maliyyə və kredit” ixtisasını bitirmişdir. 2015-ci ildə İqtisad Universitinin “MBA Marketinq” ixtisasını bitimişdir. 2010-2017-ci illərdə Ş.İmaməliyev adına “Respublika Taun əlehinə” stansiyasının Lənkəran şöbəsində komputer operatoru vəzifəsində işləmişdir. 2015- 2016 ci illərdə “Viza kredit BOKT MMC”nin Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışmışdır. Hal hazırda  kafedranın tam ştat müəllimidir.

5. Qasımov Namik Cəbi oğlu-müəllim. 1960-cı ildə Lənkəran şəhərində anadan olub. 1989-cu ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnsitutunu “Xalq Təsərrüfatının planlaşdırılması” ixtisasını bitirmişdir. 2000-ci ildən Lənkəran dövlət Universitetində çalışır. 10-a yaxın elmi məqalənin və 2 fənn proqramının həmmüəllifidir.  

6. Bayramov Murad Barat oğlu-müəllim. 1981-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisasının bakalavr pilləsini bitirmişdir. 2004-cü ildə Qafqaz Universitetinin magistratura pilləsinin “Biznesin təşkili və idarəedilməsi” fakultəsinə daxil olub və 2009-cu ildə bitirmişdir. 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində Tədris Mərkəzinin “İqtisadiyyat” fakültəsinin dokturanturasına daxil olmuşdur. 2016-cı ildən kafedranın 0,5 ştat, hal hazırda 1.0 ştat müəllimidir.

 7. Mustafayev Vaqif Rəis oğlu . 1960-cı ildə Lənkəran şəhər Parakənd kəndində anadan olmuşdur. 1977-ci ildə Xalq Təsərüfatı İnsitutuna daxil olmuşdur. 1982-ci ildə Lənkəran rayon Məlumat Hesablama mərkəzində mühəndis işləmişdir. 1987-ci il Lənkəran rayon Statistika idarəsində büro müdiri işləmişdir. 1982-ci ildə həmin idarənin rəis müavini 2003- cü ildə isə rəisi təyin olunmuşdur. Hal hazırda həmin vəzifədə işləyir.

 8. Əskərov Rüfət Şadulla oğlu. 1975- ci ildə Lənkəran rayonun Girdəni kəndində anadan olmuşdur. 1997-ci ildə H.Z.Tağıyev adına Bakı Maliyyə İqtisad Kollecini bitirmişdir. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyatın İdarə edilməsi” ixtisasını bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyatın idarə edilməsi” ixtiasi üzrə magistr pilləsini bitirmişdir. 2012-ci ildən Lənkəran Dövlət Universitetinin dissertantıdır. 1990-1994-cü illərdə “Dreyba” kooperativində Baş mühasib, 1994-1998-ci illərdə “Ülfət” səhmdar Kommersiya Bankının Lənkəran filialında aparıcı mühasib, 1998-2001- ci illər Lənkəran Kredit birliyində baş mühasib, 2002-2012-ci illərdə İqtisadi- Hüquqi Maarifçilik mərkəzinin Lənkəran nümayəndəliyi koordinator, 2004-cü ildən QSC” Bank standart” Lənkəran filialının direktoru vəzifələrində çalışmışdır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Maliyyə, mühasibat və audit” kafedrasının 0.5 ştat müəllim vəzifəsində çalışır.

 9. Əsgərov Orxan Kamal oğlu. 1986- cı ildə Neftçala şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət Neft Akademiyası İnzibati idarəetmə Gömrük ekspertizası ixtisasına daxil olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes fakültəsində magistraturaya daxil olmuşdur və 2011-ci ildə təhsilini bitirmişdir. 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük idarəsi LDHL – da böyük inspektor vəzifəsini icra edir. 2016- cı ildən Lənkəran Dövlət Universitetində 0,5 ştat müəllim vəzifəsində çalışır.

 10. İsayev Vasif İsmayıl oğlu-1974-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitunun “Mühasibat uçotu, nəzarət və təsərrufat fəaliyyətinin təhlili” fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1995-1996 –cı illər T.Vəliyev adına Mədəniyyət evində elektrik, 1996-1997-ci illərdə Lənkəran şəhər Mədəniyyət şöbəsində mühasib, 1997-1998- ci illərdəTarix və Mədəniyyət abidələrinin baş mühafizakarı, 1998-2000-ci illərdə Lənkəran şəhər Mədəniyyət şöbəsində baş mühasib, 2006-2008-ci illərdə Lənkəran Dövlət Universitetində baş mühasibin səlahiyyətlərini icra edən müavin, 2008-2012-ci illərdə Lənkəran Dövlət Universitetində baş mühasib, 2013-2016-ci illərdə Aztol Telecom MMC-nin cənub üzrə nümayəndiliyinin rəhbəri vəzifələrində çalışmışdır. 2016-ci ildən hal- hazıra qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran şəhər İdarəsi mühasib vəzifəsində çalışır. 2016-ci ildən “Maliyyə, mühasibat və audit” kafedrasında saathesabı müəllim vəzifəsində çalışır.

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator