Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

KİMYA VƏ BİOLOGİYA KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

Semestrlər üzrə

FƏNN SİLLABUSLARI

 

Payız semestri

 

Yaz semestri

“Kimya və biologiya” kafedrası 1993-cü ildə “Coğrafiya-biologiya” kafedrasının tərkibində, 1994-cü ildən isə müstəqil- “Kimya və biologiya” adı ilə fəaliyyət göstərir. Kafedra respublikanın orta ümumtəhsil məktəbləri üçün pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır. Kafedranın nəzdində 2 tədris laboratoriyası - Kimya və Biologiyanın tədrisi laboratoriyaları fəaliyyət göstərir və 5 biologiya üzrə fəlsəfə doktoru -dosent, 1 baş müəllim, 2 kimya üzrə fəlsəfə doktoru, dosent, 2 laboratoriya müdiri və 1 laborant çalışır. Kafedrada iki- Biologiya və Kimya istiqamətində elmi-tədqiqat işləri aparılır. Biologiya istiqamətində “Ekoloji monitorinq və genomun ətraf mühitin zərərli təsirindən qorunması”, Kimya istiqamətində isə “Kimyanın tədrisində fəal təlim texnologiyalarından istifadə” mövzusunda elmi-tədqiqat işləri aparılır.

 

Biologiya istiqamətinin əsas vəzifələri:

1.Ətraf mühitin ekoloji monitorinqi

2.Ətraf mühitin mutagen və konsrogen təsirli maddələrinin müəyyən edilməsi.

3.Subtropik bitkilərdən alınmış ekstraktiv maddələrlə mühitin zərərli amillərinin modifikasiyası.

 

Kimya istiqamətinin əsas vəzifələri:

Kimyanın tədrisində fəal təlim texnologiyalarından istifadə etməklə Kimya fənni üzrə təhsil proqramından (kurikulumdan) irəli gələn vəzifələri yerinə yetirmək, şagirdlərin bir şəxsiyyət kimi formalaşdırılması, onların inkişafını ardıcıl olaraq izləməyə imkan verən məzmun və strategiyaları müəyyən etməkdən ibarətdir. Kafedrada respublikanın digər Universetlərinin Biologiya fakultəsi və Tibb Universiteti tələbələri üçün "Ümumi sitologiya" dərsliyi, “Embriologiya” dərs vəsaiti, ali təhsilin bakalavriat pilləsi üzrə “ Kimya və biologiya müəllimliyi” ixtisası üçün 6 proqram, 4 metodiki vəsait hazırlanmışdır. Son beş ildə kafedra əməkdaşları elmi-tədqiqat işlərinin nəticələrinə görə Respublika və xarici ölkələrin elmi jurnallarında 70-dən çox elmi məqalə nəşr etdirmişlər. Kafedrada ali təhsilin bakalavriat pilləsi üzrə kimya və biologiya müəllimliyi ixtisasi, magistrarura səviyyəsində iki istiqamətdə-bologiya və kimya üzrə (Biologiya istiqamətində “Ekoloji biologiya”, “Biologiyanın tədrisi metodikası və metodologiyası” ixtisasları, Kimya istiqamətində “Kimya fənninin tədrisi metodikası və metodologiyası” ixtisasları) mütəxəsislər ixtisaslaşır.

 

Bakalavr:

- Kimya və biologiya müəllimliyi

 

Magistr:

- Biologiyanın tədrisi metodikası və metodologiyası.

- Kimyanın tədrisi metodikası və metodologiyası.

- Ekoloji biologiya.

 

Bakalavr pilləsi üzrə tədris olunan fənlər:

Botanika-1

Botanika-2

Botanika-3

Həyat bilgisi və onun tədrisi metodikası

Zoologiya

Uşaq anatomiyası və fiziologiyasının əsasları

Uşaq anatomiyası, fiziologiyası və gigiyenası

Qeyri-üzvi kimya-1

Qeyri-üzvi kimya-2

Qeyri-üzvi kimya-3

S\f (Kimyanın tədrisinin metodologiyası)

S\f (Qeyri-üzvi kimyanın tədrisinin məktəb kursu)

Ümumi və qeyri-üzvi kimya

Analitik kimya-1

Analitik kimya-2

Fiziki-kolloid kimya-1

Fiziki-kolloid kimya-2

Üzvi kimya-1

Üzvi kimya-2

Həyat fəaliyyətinin kimyəvi əsasları

Analitik kimya

Zoologiya-1

Heyvanların anatomiyası-1

Heyvanların anatomiyası-2

S\f (Botanikanın tədrisinin məktəb kursu)

Kimya

Kimya-1

Kimya-2

Biologiya (Canlı sistemlərdə enerji)

İnsan anatomiyası

İnsan və heyvan fiziologiyası

Biokimya və molekulyar biologiya

Biokimya

Sitologiya.

S/f (Ümumtəhsil kurrikulumunun əsasları)

Biologiyanın tədrisi metodikası

Genetika və seleksiya

Bitki fiziologiyası

Histologiya

S/f (Zoologiyanın tədrisinin məktəb kursu)

 

7.  Magistratura pilləsi üzrə tədris olunan fənlər:

“Ekoloji biologiya” ixtisası üzrə:

1.   AMTMOF (bitkilərin genetikası)

2.   Böyük ixtisas təcrübəsi

3.   Heyvanların ekologiysı

4.   S/f (İnsan ekologiyası)

5.   Elmi tədqiqat təcrübə

6.   Elmi pedaqoji təcrübə

 

“Kimya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə:

1.   Kimyanın tədrisində proqramlaşdırma üsulları

2.   Üzvi kimyanın tədrisi metodikası

3.   Kimya və təcrübə işinin metodikası

4.   Ümumi kimyanın tədrisi metodikası

5.   S\f (Kimyadan biliklərin mənimsənilməsinə nəzarət)

6.   S\f (Qeyri-üzvi kimyanın tədrisi metodikası)

7.   AMTMOF (Kimyadan şagird nailiyyətlərinin qiymətləndirilməsi)

8.  

     “Biologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə:

1.   Biologiyanın tədrisi metodikasının elmi əsasları

2.   S\f (Biologiyanın müasir problemləri)

3.   Bioloji anlayışların tədrisi metodikası

4.   S\f (Tədqiqat üsulları)

5.   S\f (Zoologiyanın tədrisi metodikası)

6.   AMTMOF (Biologiyadan şagird nailiyyətlərinin qiymətləndirilməsi)

7.   S\f (Botanikanın tədrisi metodikası)

8.   Məktəb biologiya kursunun elmi-nəzəri əsaslar

 

 Kafedraya biologiya elmlər namizədi, dosent Şəmmədov Ramiz Zeynulla oğlu əvəzçiliklə rəhbərlik edir. O, 09.05.1968 – ci ildə Masallı rayonu Ərəb kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fəqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə AMEA-nın Genetika və Seleksiya institutunda (indiki Genetik Ehtiyatlar institutunda) namizədlik dissertasiyası ilə müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcə almışdır. 2010 – cu ildən “Genetika” ixtisası üzrə dosentdir. 2010 – cu ildən 2016 cı ilədək LDU – nun elmi işlər üzrə prorektoru olmuşdur. 2013 – cü ildən 2016-cı ilədək LDU-nun “İqtisadi informatika və ekologiya” kafedrasının müdir əvəzi olmuşdur. 9 sentyabr 2016-cı ildən LDU-nun Təbiyyat fakültəsinin dekan vəzifəsini icra edir. 09 fevral 2017-ci ildən Təbiyyat fakültəsinin dekanıdır. 69 elmi işin müəllifidir. 1 monaqrafiya, 5 proqram müəllifidir. Hal-hazırda AMEA-nın Genetik Ehtiyatlar institutunda elmlər doktoru proqramı üzrə təhsilini davam etdirir.

Kimya və biologiya kafedrası əməkdaşları

N

Adı, soyadı, atasının adı.

Elmi dərəcəsi və vəzifəsi.

Elektron ünvanları.

1

Məmmədhüseyn Babəli oğlu Hüseynov

Biol.ü.f.d., dos.

mamed.h@mail.ru

2

Ramiz Şəmmədov Zeynulla oğlu

Biol.ü.f.d., dos.

rshammadli@gmail.com

3

Kamil Arif oğlu İsmayılov

Biol.ü.f.d., dos.

kamil61ismayilov@gmail.com

4

Gülbəniz  Allahverdi  qızı Qədirova

Kim.ü.f.d., dos.

gadirova.@gmail.com

 

5

İsa Şahruddin oğlu Hüseynov

Kim.ü.f.d., dos.

isabey57@gmail.com

6

Vaqif Höccət oğlu Əsgərov

baş müəllim

 

vaqif@mail.ru

7

Sevinc Ilyas qızı Hüseynova

Biol.ü.f.d., dos.

sevinjhuseynova@yahoo.com

8

Sevər Adil qızı Ağayeva

Biol.ü.f.d.,  b\m

sever.agayeva.74@mail.ru

9

Sevda Aydın qızı  Bağırova

    müəllim

konül.1972@mail.ru

10

Elvin Ərkan oğlu Əliyev

Biol.ü.f.d.,  b\m

elvinaliyev1989@hotmail.com

11

Murad Ağaddin oğlu Şahverdiyev

müəllim

muradshahverdi@mail.ru

 

Məmmədhüseyn Babalı oğlu Hüseynov

biolgiya üzrə fəlsəfə doktoru, dosent

     03 dekabr 1962-ci ildə Lerik rayonun Osnağakücə kəndində anadan olmuş, 1989-cu ildə Bakı Dövlət Univesitetinin Biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda "Feyxoa meyvələrindən alınmış ekstraktların antimutagen aktivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1994-cü ildə Lənkəran Dövlət Universitetinin “Kimya və biologiya” kafedrasının baş müəllimi, 1999-cu ildə isə müsabiqə yolu ilə “Kimya və biologiya” kafedrasına müdir vəzifəsinə seçilmişdir. Məmmədhüseyn Hüseynov genetika sahəsi üzrə mütəxəssisdir, 60-a qədər elmi əsərin, o cümlədən, 1 dərslik, 2 dərs vəsaiti, 4 metodiki vəsait, 8 proqramın müəllifidir. Hal-hazırda Məmmədhüseyn Babalı oğlu Hüseynov “Kimya və biologiya” kafedrasında 1.0 ştat dosent vəzifəsində çalışır.

 

Elvin Ərkan oğlu Əliyev

biologiya üzrə fəlsəfə doktoru, baş müəllim

 01.01.1989-cu ildə Astara Rayon Vaqo kəndində ziyalı ailəsində anadan olmuşdur. 2006 - cı ildə Astara Rayon Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 saylı orta məktəbini bitirmişdir. Elə həmin il Türkiyə Respublikası Kars Kafkas Dövlət Universitetinin Biologiya bölümünə daxil olmuş və 2010 - cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Atatürk Universiteti Tibb Fakultəsi Tibbi biokimya ixtisası üzrə magistraturaya daxil olmuş və 2012 - ci ildə “Tiroid xəstəliyi” üzrə (Hipertiroidili Ratların Akciğer Dokusundaki Biyokimyasal Parametreler Üzerine Egzersizin Etkisinin Araştırılması) magistratura işini müdafiə etmişdir. 2012-ci ildə Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakultəsi Tibbi biyokimya ixtisası üzrə doktoranturaya daxil olmuş və 2015-ci ildə “İnsan bədxassəli xərçəng xəstəliyi” üzrə (Alveoler Kanser Hücre Dizilerinde Apopitoz Mekanizmaları Üzerine Bortezomibin Etkilerinin Araştırılması) doktorluq dissertasiyasını müdafiə edərək Fəlsəfə Doktoru (Ph.D) alimlik elmi dərəcəsi almışdır. İxtisas sahəsiylə bağlı dünyanın aparıcı impakt faktorlu Tibb Jurnallarında bir çox elmi məqalələr dərc etmiş və məqalələrinə, Amerika, İtalya, İspanya, İngiltərə, Almanya, Fransa, və s. ölkələrin yüksək impakt factorlu  jurnallarından 50 dən çox istinad verilmişdir. (2017 ilinə qədər)

Elvin Əliyev, Türkiyyə Respublikasında insan xərçəng xəstəliyi ilə bağlı lahiyələri ilə yanaşı bir çox elmi lahiyyələrdə iştirak etmiş, Dövlət kliniki xəstəxanalarının laboratoriyalarında mütəxəssis kimi fəaliyyət göstərmiş və Atatürk Universiteti Tibb Fakultəsi Tibbi Biokimya kafedrasında nəzəri və praktik dərslər tədris etmişdir. (2010-2015). O, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb mərkəzində Ekspert vəzifəsində, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Genetik Ehtiyyatlar İnistitutunda İnsan genetikası şöbəsinin rəhbəri vəzifəsində çalışmış və hal hazırda isə Lənkəran Dövlət Üniversitetinin Elmi Katibi vəzifəsində çalışır və eyni zamanda universitetin “Kimya və biologiya” kafedrasının baş müəllimidir.

  

İsa Şahruddin oğlu Hüseynov

 kimya üzrə fəlsəfə doktoru, dosent.

       17 dekabr 1957-ci ildə Balakən rayonunun Qazma kəndində qulluqçu ailəsində anadan olmuş, 1968-ci ildə orta məktəbə daxil olmuş və 1975-ci ildə bitirmişdir. 1977-82 ci illərdə Ukrayna Respublikasının Lvov Politexnik İnstitutunun üzvi birləşmələrin kimyəvi texnologiyası fakültəsində təhsil almış, “aktiv-bioloji birləşmələrin kimyəvi texnologiysı” ixtisası üzrə mühəndis-kimyaçı-texnoloq kvalifikasiyasına yiyələnmişdir. 1982-89-cü illərdə Azərb.SSR EA Aşqarlar Kimyası və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutlarında mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. 1986-90-cı illərdə Azərb.SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun aspiranturasının qiyabi şöbəsində təhsil almışdır. 1993-cü ildə yuxarıda adı çəkilən institutun xüsusi elmi şurasında namizədlik dissertasiyası müdafiə edərək 02.00.15- “Kimyəvi kinetika və kataliz” və 02.00.13-“Neft kimyası” ixtisasları üzrə kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-2002-ci illərdə Bakı şəhərində müxtəlif kimya-əczaçılıq müəssisələrində-Bakı kimya-əczaçılıq zavodunda müxtəlif vəzifələrdə, 1saylı Əcza-Depoda bioloq, AR Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibb Sənayesi Birliyində kimyaçı-texnoloq, Suraxanı rayon 411 saylı aptekdə kimyaçı-analitik vəzifələrində çalışmışdır. 2005-2015-ci illərdə AMEA-nın akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 2011-2016-cı illərdə AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kimya elmləri doktorluğu üzrə doktoranturasının qiyabi şöbəsində təhsil almış, “Funksional əvəzlənmiş (-CH,-NH2,-OH,-SH,-SR,-S) sulfamidlərin heterotsiklləşməsi üçün sintonların alınması və xassələrinin tədqiqi mövzusunda” doktorluq dissertasiya işi üzərində çalışmışdır. 2015-2017-ci illərdə AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqarların, sürtkü yağlarının, sürtkülərin və xüsusi mayelərin tətbiqinin elmi əsasları” və “Mühərrik yağlarına yuyucu-dispersiyaedici aşqarlar” laboratoriyalarında aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasıın 16 mart 2017-ci il tarixli (protokol №06-k) qərarı ilə neft kimyası ixtisası üzrə dosent elmi adını almışdır. 2017-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin təbiyyat fakültəsinin “Kimya və biologiya” müəllimliyi kafedrasının dosenti vəsifəsinə işə qəbul olunmuşdur. 70-ə yaxın elmi əsərin, o cümlədən 60-dan çox məqalə və məruzələrin, 1 müəlliflik şəhadətnaməsi, 6 milli patent və 2 Avrasiya patentinin müəllifidir.

 

Gülbəniz Allahverdi qızı Qədirova

kimya üzrə fəlsəfə doktoru, dosent

     Gülbəniz Allahverdi qızı Qədirova 25 iyun 1971-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-1989 cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə təhsil almişdır. 1989- 1994 ci illərdə Bakı Dövlət Universitetinin “Kimya” ixtisasında əyani şöbəsini bitirmiş, həmin ildən Lənkəran şəhər 10 saylı orta məktəbdə kimya müəllimi işləmişdir. 2001-ci ildən Lənkəran Dövlət Universitetində saat hesabı müəllim, 2004-cü ildən isə Kimya-biologiya kafedrasında, Kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitunun dissertantı kimi təsdiq olunub, 2011-ci ildə “Ağır neftin emalından alınan mazut fraksiyasının yanma külündən vanadium 5-oksidin alınması” mövzusunda müdafiə etmiş, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2008-2011-ci illərdə BP-BRITISH COUNCİL interaktiv elm layihəsi üzrə proqramda iştirak etmiş və sertifikat almışdır. O, Lənkəran Şəhər İcra hakimiyyəti tərəfindən təhsildəki uğurları ilə bağlı dəfələrlə fəxri-fərmanla təltif olunmuşdur. 2014-2016-cı illərdə kafedranın elmi dərəcəli baş müəllimi, “Əlavə təhsil” fakültəsinin rəhbəri olmuşdur. 2016-cı il 14 noyabr tarixində “Kimya və biologiya” kafedrasının dosenti vəzifəsinə seçilmişdir. O, 30-dan çox elmi əsər, 1 dərs vəsaiti və 2 proqramın müəllifidir. Əsərləri Almanya, Moskva, Ukrayna və digər xarici ölkələrdə dərc olunmuşdur.

 

Vaqif Höccət oğlu Əsgərov

baş müəllim

08.05.1945- ci ildə Lerik rayonunda anadan olmuşdur. O, 1967-ci ildə Azərbaycan Pedaqoji Universitetinin “Kimya” fakultəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirmiş, həmin ildən Lerik və Lənkəran rayonunun ayrı-ayrı məktəblərində ixtisası üzrə müəllim və direktor müavini vəizfələrində işləmişdir. 1992-ci ildən Lənkəran Dövlət Universitetində müəllim kimi işləyir. O, kimyanın tədrisi metodikası sahəsində tədqiqatlar aparır, onun elmi məqalələri xaricdə və respublikanın elmi jurnallarında nəşr olunmuşdur. Baş müəllim Vaqif ƏsgərovAzərbaycan məktəbi”, “kimya məktəbdə” jurnalı ilə sıx əməkdaşlıq edir. “Kimya dərsinin səmərəli təşkili planlaşmadan başlayır”, “Allotropiya anlayışının tədrisi təcrübəsindən” “kimyanın tədrisində sinifdənxaric işlərdən istifadə etməklə ekoloji biliklərin öyrədilməsi” adlı məqalələri çap olunmuşdur.

 

 Sevinc İlyas qızı Hüseynova

biolgiya üzrə fəlsəfə doktoru, dosent.

1980-cı ildə S.M.Kirov adına ADU-nun biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.1980-1983-cü illərdə Lənkəran şəhər 3 nömrəli məktəbində kimya və biologiya müəllimi işləmişdir. 1983-cü ildə AMEA-nin A.İ.Qarayev adına Fiziologiya İnstitutunun aspiranturasina əyani şöbəyə daxil olmuşdur. Aspiranturani bitirdikdən sonra 1987-1992-ci ilədək baş laborant vəzifəsində çalışmışdır. 1992-ci ildə Sevinc Hüseynova “Biofizika” ixtisası üzrə “Visseral orqanların toxuma və membranlarında lipidlərin perekisli oksidləşməsində hipotalamik nüvələrin iştirak xüsusiyyətləri” mövzusunda namizədlik disseryasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1992-1995-ci ilədək elmi işçi, 1996-cı ildən 2009-cu ilədək böyük elmi işçi, 2009-cu ildən aparıcı elmi işçi vəzifəsində çalışır. 2009-cu ildə biofizika ixtisası üzrə “dosent” elmi dərəcəsi almışdır. S.İ.Hüseynova 1991-ci ildən “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasıda işləyir. Hazırda “Azərbaycanın müxtəlif coğrafi zonalarında uzunömürlülərin adaptiv xüsusiyyətləri. Qocalmaya təsir edən faktorlar” adlı doktorluq mövzusu üzərində işləyir. 60 elmi əsərin müəllifidir. Hal- hazırda Lənkəran Dövlət Universitetində “Kimya və biologiya” kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.

 

Sevər Adil qızı Ağayeva

biolgiya üzrə fəlsəfə doktoru, baş müəllim.

       1974 cu ildə Lənkəran rayonu Rvo kəndində anadan olub. 1991 ci ildə Rvo kənd orta məktəbini bitirib. 1992 ci ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakultəsi Biologiya ixtisasına qəbul olub. 1998 ci ildə Lənkəran Dövlət Universitetini bitirib. 2000 ci ildə Lənkəran Dövlət Universitetində Botanika və Zoologiya laboratoriyasının müdiri vəzifəsinə təyin olunub. 2006 ci ildə Lənkəran Dövlət Universitetində müsabiqə yolu ilə müəllim seçilib. 2010-cu il “Hirkan Milli Parkın meşələrində mikoriza əmələgətirən Bazidial göbələklər” mövzusu üzrə dissertasiya işi mudafiə etmişdir. Biologiya elmləri üzrə fəlsəfə doktorudur 18 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. Hal-hazırda Lənkəran Dövlət Universiteti Kimya –Biologiya kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində çalışır.

 

Kamil Arif oğlu İsmayılov

biolgiya üzrə fəlsəfə doktoru, dosent

 20 fevral 1961-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərində 52 saylı məktəbə daxil olub, 1978-ci ildə qızıl medalla qurtarmışdır. Həmin ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub, 1983-ci ildə fərqlənmə diplomu ilə qurtarmışdır. 1983-ci AMEA-nın Botanika institutunda baş laborant vəsifəsində əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə AMEA-nın Genetika və Seleksiya institutunun müdafiə şurasında “Bitkilərin dözümlülüyünün genetik qiymətləndirilməsi və onların ekstremal şəraitdə antimutagen müdafiəsi” mövzusunda müfəvvəqiyyətlə müdafiə edib,  biologiya elmlər namizədi olmuşdur. 2003-ci ildə Genetika və Seleksiya institutunun bazasında Genetik Ehtiyatlar institutu yaradıldı və 2009-cu ilə qədər orada elmi fəaliyyətlə məşğul olmuşdur. 2005-2009-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Gənclər, elm və təhsil departamentində redaktor vəzifəsində çalışmışdır. 2009-2015-ci illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışmışam. 2015-ci ilin sentyabrından Azərbaycan Kooperasiya Universitetinin Əmtəəşünaslıq və Ekspertiza kafedrasında dosent vəzifəsində çalışır. 2016-2017-ci tədris ilinin ikinci yarımilindən Lənkəran Dövlət Universitetində “Kimya və biologiya kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır. 40-dan yuxarı elmi məqalələri daxili və xarici elmi jurnallarda çap olunmuşdur.

 

Sevda Aydın qızı Bağırova

laboratoriya müdiri

        7.09.1966-cı il Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1973-cü ildə N.Tusi adına 173 saylı orta məktəbə daxil olmuş, 1983-cü ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Kimya-Texnologiya” fakultəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə “AZKOMMUNLAYİHƏ” institutunda, Azərbaycan Dövlət Təbiəti Mühafizə Komitəsində böyük laborant, kimyaçı-mühəndis vəzifələrində çalışmışdır. Lənkəran uşaq incəsənt-rəssamlıq məktəbində müəllim, Lənkəran Dövlət Universitetinin tədris şöbəsində müfəttiş, ADMSN-in MAA-nın kimyəvi analizlər şöbəsində kiçik elmi işçi, elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində çalışmışdır. 2007-ci ildə Milli Aerokosmik Agentliyinin doktoranturasına daxil olmuş və 2010-cu ildə bitirmişdir. 1 aprel 2017-ci ildən Lənkəran Dövlət Universitetində müəllim və kimya laboratoriyasının müdiri kimi çalışır. 10-dan çox elim əsərin müəllifidir. Hal-hazırda kimyadan dərs vəsaitinin hazırlanması və dissertasiya işinin tamamlanması üzərində çalışır.

 

Murad Ağaddin oğlu Şahverdiyev

müəllim

17 yanvar 1991-ci il tarixində Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. 1997-ci ildə Ləj kənd tam orta məktəbinə daxil olmuş və 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Elə həmin ildə də Lənkəran Dövlət Universitetinin Biologiya ixtisasına daxil olmuşdur. 2012-ci ildə universitetin Biologiya ixtisası üzrə bakalavr pilləsini bitirmiş və magistratura üzrə təhsilini davam etdirmişdir. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Botanika ixtisasının magistratura pilləsini bitirmişdir. 02.09.2013-cü ildən 20.05.2014-cü ilə qədər Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbində biologiya müəllimi vəzifəsində çalışmışdır. 20.05.2014-cü il tarixindən 12.09.2017-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 13.09.2017-ci il tarixindən Lənkəran Dövlət Universitetində Biologiya laboratoriyasının müdiri və eyni zamanda müəllim kimi fəaliyyət göstərir.

 

1.     Kafedranın ünvanı: Lənkəran şəhəri, H.Abdullayev küçəsi, 19, 2 saylı korpus

2.     Telefon: 4-35-69

3.     Elektron ünvanı: lsu.edu.az

4.     Faks nömrəsi: 5-25-88

 

Kafedra haqqında məlumatlar

dos. Ramiz Şəmmədov tərəfindən təqdim olunmuşşdur.

 

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator