Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

İQTİSADİYYAT VƏ MARKETİNQ KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

Semestrlər üzrə

FƏNN SİLLABUSLARI

 

Payız semestri

 

Yaz semestri

TARİXİMİZ

Lənkəran  Dovlət  Universiteti üzrə  27.03.2017 ci il  tarixli 4/29 saylı əmrlə İqtisadiyyat və idareetmə fakultəsinin nəzdində fəaliyyət göstərən   “İqtisadiyyat və marketinq” və  “Biznes və İdarəetmə”kafedraları yaranmışdır. Lənkəran  Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və marketinq” kafedrasının  heyətini  dosent, baş müəllim və müəllimlər təşkil edir.20.07.2017 –ci il tarixindən etibarən  kafedraya dosent  G.T.Əliyeva  rəhbərlik edir.

2017-2018-ci tədris ilində “İqtisadiyyat və marketinq” kafedrasında ştat cədvəlinə əsasən 8 əməkdaş fəaliyyət göstərir. O cümlədən 4 nəfəri tam ştat, 3 nəfəri 0.5 ştat 1 nəfər isə saathesabı  fəaliyyət göstərir. Onlardan 4 dosent, 2 baş müəllim, 2 nəfəri isə müəllimdir.

Kafedrada müntəzəm olaraq elmi seminarlar, açıq dərslər təşkil olunur. Kafedranın geniş beynəlxalq əlaqələri vardır.

 MƏRAMIMIZ (VİZYONUMUZ)

Özünün müasir, yenilənən təhsil və idarəçilik metodları ilə universitetimizi dünya arenasında ön sıralara çəkmək üçün  yalnızca ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da sayılıb seçiləcək, beynəlxalq rəqabətə davamlı, keyfiyyətli dərslər tədris etmək, ölkənin sosial və iqtisadi həyatına tövhələr verəcək, eyni zamanda beynəlxalq əhəmiyyətli araşdırmalar apararaq Azərbaycanın, universitetimizin və kafedramızın adını yüksəldə biləcək liderlik keyfiyyətlərinə  malik,yazdığı məqalə və kitablarla həm ölkə daxilində, həm də beynəlxalq arenada tanınan bir akademik heyətə sahib olmaqdır.

STRATEJİ MƏQSƏDİMİZ

Kafedramız elm sahəsində öz fəaliyyəti ilə seçilən, dövlət və özəl sektorun bugünki və gələcək ehtiyaclarını qarşılayan istedadlı kadrlar yetişdirilməsində müasir təhsil metodlarından istifadə etməyi, ölkəmizin inkişafına öz tövhəsini verməyi, əldə etdiyi yeni bilik və təcrübələrini bakalavr və magistr proqramlarına əks etdirərək tələbələrimizə davamlı aktual və keyfiyyətli bir təhsil verməyi qarşısına məqsəd qoymuşdur.

STRATEJİ HƏDƏFLƏRİMİZ

·2021-ci ilin sonuna kimi xarici ölkələrdə təhsil alan gənc müəllim heyətini 2 dəfə artırmaq.

·2021-ci ildə kafedramızda tədris olunan dərslərin 100%-nin elektron dərsliklərlə təmin olunmasını təşkil etmək.

·2017-2021-ci illər ərzində kafedramızın heyətinin nəşr etdirdiyi kitabların sayını 2 dəfə artırmaq.

·Kafedramızın öz tədris və araşdırma fəaliyyətini daha effektiv şəkildə davam etdirə biləcəyi bir infrastruktura sahib olmaq.

·Heyətimizin apardığı araştırmaların nəticəsi olaraq yazdığı elmi məqalə və nəşrlərin sayını 2 dəfə artırmaq.

·Beynəlxalq nüfuzlu jurnallarda çap olunan və beynəlxalq konfranslarda təqdim edilən məqalə və araşdırmaların sayını 2 dəfə artırmaq.

·Magistratura pilləsində təhsil alan tələbələrin elmi-tədqiqat işlərinə istiqamətləndirilməsinə 100% nail olmaq

·Kafedrada doktorantura pilləsi üzrə beynəlxalq standartlara uyğun dərslərin tədrisinə başlamaq

Kafedranın əsas elmi və pedoqoji fəaliyyət göstəriciləri - Kafedranın müəllimləri “İqtisadiyyat və idarəetmə” istiqaməti üzrə Regionların sosial-iqtisadi və ekoloji inkişafı modelinin təhlili və idarə edilməsi” mövzusunda elmi iş aparırlar.

 Kafedra üzrə ixtisaslaşmaların siyahısı – “İqtisadiyyat və marketinq” kafedrası  “İqtisadiyyat” ixtisasları üzrə bakalavr və “Aqrar sahənin iqtisadiyyatı” ixtisası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır.

“İqtisadiyyat və marketinq”kafedrasında tədris olunan fənnlər:

 

 

Bakalavr pilləsi üzrə

1.

Azərbaycan iqtisadiyyatı

2.

İqtisadiyyata giriş

3.

İqtisadi hüquq

4.

İqtisadi fikir tarixi

5.

Ekonometrika

6.

Firmanın iqtisadiyyatı

7.

Makroiqtisadiyyat

8.

Mikroiqtisadiyyat

9.

Marketinq

10.

Dünya iqtisadiyyatı

11.

Dünya qiymətləri

12.

Firmanın iqtisadiyyatı

 

Magistratura pilləsi üzrə

1.

İqtisad elminin müasir problemləri

2.

Makroiqtisadi tənzimləmə

3.

Tədqiqat üsulları

4.

Əməyin iqtisadiyyatı və davamlı insan inkişafı

5.

Makro-mikro iqtisadiyyat(III səviyyə)

6.

İqtisadi hüquq və onun müasir problemləri

7.

Turizm və marketinq,onun əsas istiqamətləri

8.

Aqrar sahədə innovasiyanın tətbiqi

9.

Aqrar iqtisadiyyatın aktual problemləri

 

Kafedra müdirinin elmi dərəcəsi, elmi adı, soyadı, adı, atasının adı - İqt.e.n. dosent  Əliyeva Gülbəniz Tofiq qızı 26 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.1984-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis iqtisad fakültəsinə daxil olmuş, 1989-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.1995-ci ildə 080005-" xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən Azərbaycan Elmlər akademiyası İqtisadiyyat İnstitutunun "sahibkarlıq və antiinhisar" şöbəsində baş elmi işci vəzifəsində çalışmışdır.01.09.2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin  "Beynəlxalq iqtisadi münasibətlər"   kafedrasının müəllimi, 01.09.2003-cü ildən həmin kafedranın baş müəllimi, 27.05.2005-ci ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərmişdir.  2009-2014-cü illər ərzində  "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinin qiyabi şöbəsinin dekan müavini vəzifəsində işləmişdir. 2016-cı ildən UNEC-in  "Beynəlxalq İqtisadiyyat"  kafedrasının dosenti kimi çalışmışdır. Hal-hazırki vaxta qədər iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair yazılmış 50-dən artıq tezis və məqalənin müəllifidir. İyun 2005-ci ildə təsdiq edilmiş "Müasir şəraitdə sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri"  mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. Məqalələrinin 9- xaricdə, 42-respublikada dərc olunmuşdur.  Azərbaycan Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi medali,Universitet rəhbərliyi tərəfindən fəxri fərmanlar,mükafatlarla təltif edilmişdir.

Elmi maraq dairəsi Əsas elmi fəaliyyət istiqamətlərini Azərbaycan iqtisadiyyatının aktual problemləri, sənayenin  rəqabət  siyasətinin formalaşması və inkişaf problemləri, xarici ticarət siyasəti və ÜTT, Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsi problemləri kimi aktual tətbiqi iqtisadi problemlər və məsələlər təşkil edir. Bir metodik vəsait, monoqrafiya,üç proqram,  kitab(dünya iqtisadiyyatı, tərcümə) müəllifidir.

 

Kafedra əməkdaşlarının elmi dərəcəsi, elmi adı,

soyadı , adı, atasının adı, elektron ünvanları

 

Adı,soyadı, atasının adı

Elmi

dərəcəsi

Vəzifəsi

Elektron ünvanları

1.

Əliyeva Gülbəniz Tofiq qızı

İqt.e.n.

dosent kafedra müdiri

gulbeniz_aliyeva @mail.ru

 

2.

Paşayev Tofiq Novruz oğlu

İqt.e.n.

dosent

tofiq53 @ mail.ru

3.

Həsənov İsmayıl Cəfər oğlu

İqt.e.n.

dosent

i_hasanov_65@mail.ru

4.

Abdullayev Kamil Xaliq oğlu

İqt.e.n.

dosent

kamil.abdullayev.1965@mail.ru

5.

Əsgərova Hicran Camal qızı

--

b/müəllim

hsgerov@list.ru

6.

Muradov Namik Ibrahim oğlu

--

b/müəllim

namikmuradov@gmail com

7.

Səlimov Hikmət Firdovsi  oğlu

--

müəllim

hikmat.salimov@bk.ru

8.

Rzazadə Rəşad İdrət oğlu

--

müəllim

rashad.rzazada @ mail.ru

 

Abdullayev Kamil Xaliq oğlu – 03.01.1967 – cil ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1983 – cü ildə Bakı Dövlət Universitetinin “Riyaziyyat”ixtisasına daxil olmuş,1990 – cı ildə həmin ixtisası bitirmişdir. 1997 – ci ildə ”Bazar iqtisadiyyatına keçid şəraitində büdcə siyasəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən dosent kimi fəaliyyət göstərir.20 məqalə, 20 tezis,6 dərs vəsaiti,2monoqrafiyanın müəllifidir.2013 – cü ildən Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və marketinq”kafedrasında tam ştat dosent vəzifəsində çalışır. 

 

Həsənov İsmayıl Cəfər oğlu –  12.02.1965 – ci ildə Masallı rayonu Şərəfə kəndində anadan olmuşdur. 1982 – ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Tikintinin İqtisadiyyatı və təşkili ” ixtisasına  daxil olmuş, 1989 – cu ildə həmin ixtisası bitirmişdir. Elə həmin ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi çalışmışdır. 2000 – ci ildə İqtisad elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 2006 – cı ildə isə dosent adını almışdır.2011 – ci ildən 2016 – cı ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetndə çalışmışdır. 2016 – cı ildən Bakı Biznes Universitetində dekan vəzifəsində çalışır. 1996 – cı ildən Lənkəran Dövlət Universitetində dosent vəzifəsində çalışır.

 

Paşayev Tofiq Novruz oğlu – İqtisadiyyat elmləri namizədi, dosent Paşayev Tofiq Novruz oğlu 1953 – cü ildə Lənkəran rayonununda anadan olmuşdur. 1970 – ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun İnşaat fakultəsinin “Sənaye və mülki tikinti” ixtisasına daxil olmuş, 1975 – ci ildə oranı bitirərək “İnşaatçı mühəndis” ixtisasına yiyələnmişdir. 2003-cü ildə İqtisad elmləri namizədi alimlik dərəcəsini, 2010 – cu ildə isə dosent elmi adını almışdır. Xarici ölkələrdə keçirilən elmi–praktik konfransların iştirakçısıdır. 12 elmi məqalənin, 15 tezisin, 5 fənn proqramı və 2 metodik vəsaitin müəllifidir. 1997-cı ildən Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış,2005-ci ildən 2017-ci ilin iyul ayına kimi “İqtisadiyyat və marketinq” kafedrasının müdir əvəzi işləmiş və hal hazırda “İqtisadiyyat və marketinq” kafedrasında dosent  vəzifəsində çalışır.

 

Muradov Namik İbrahim oğlu-1957-ci il tarixində Qəbələ rayonunun Bum kəndində müəllim ailəsində dünyaya gəlmişdir. 1993-cü ildə Rusiyada Samara Dövlət  İqtisad Universitetində iqtisadçı ixtisasına yiyələnmişdir. 2007-ci ildə Rusiyanın Mari Dövlət Universitetində “Qloballaşma şəraitində milli iqtisadi sistemlərin rəqabət üstünlükləri” mövzusunda dissertasiya müdafiə edərək,iqtisad elmləri namizədi alimlik adını almışdır. Rus dilində “Ümumdünya biznes toru” ,Qloballaşma və strategiya” adlı monoqrafiyası və azərbaycan, rus, türk və ingilis dillərində 20-dən çox elmi məqalələri çap olunmuşdur.2013-cü ildən Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış və hal hazırda “İqtisadiyyat və marketinq”kafedrasında baş müəllim vəzifəsində çalışır.

 

Əsgərova Hicran Camal – 1958 – ci ildə Ağcabədi rayonunda anadan olmuşdur.1975-ci ildə Azərbaycan Xalq Təsərrufatı İnstituna daxil olmuş,1980-ci ildə həmin institu bitirmişdir.1980-ci ildə Nizami Rayon Statistika Mərkəzində baş mühəndis vəzifəsində çalışmış,1996-cı ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutnda baş lobarant vəzifəsində çalışmış,1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində çalışmışdır.18 məqalənin müəllifidir.Hal hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və marketinq” kafedrasında baş müəllim vəzifəsində çalışır.

 

Səlimov Hikmət Firdovsi oğlu –14.09. 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin  iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olmuş,  2004-cü ildə həmin ixtisası bitirmişdir. 2004- cü ildə  Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin  iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə  magistr təhsilini davam etdirmişdir.2006-cı ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.15 sentyabr 2016-cı il tarixindən  Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və menecment”kafedrasında müəllim vəzifəsində işləməyə başlamışdır.Elmi işini davam etdirmək məqsədilə 2017-ci iln yanvar ayında Lənkəran Dövlət Universitetinin “Sahə iqtisadiyyatı”ixtisası fəlsəfə doktoru proqramı üzrə  doktorantura pilləsinə daxil olmuşdur və həmin ildən  “Lənkəran iqtisadi regionunun aqrar-emal sferasında marketinq konsepsiyalarının formalaşdırılması” mövzusunda  iqtisad elmləri üzrə fəlsəfə doktorluq dissertasiyası üzərində işləyir.Bir məqalənin və üç tezisin müəllifidir.2016-cı ildən Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və marketinq”kafedrasında müəllim vəzifəsində çalışır. 

 

Rzazadə Rəşad İdrət oğlu-20 iyun 1988-ci ildə Lerik rayonun Şinəband kəndində anadan olmuşdur. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və texnologiya” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.  Elə həmin il Universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası  üzrə magistr pilləsinə daxil olmuşdur. 2013-ci ildə Lənkəran Dövlət Universitetinin “Ekonometriya” ixtisası fəlsəfə doktoru proqramı üzrə  dissertanturaya qəbul olmuşdur.Həmin ildən “Təhsil sistemində mühasibatlıq və auditin avtomatlaşdırılmış rejimdə qurulması informasiya və  təhlükəsizliyinin iqtisadi  səmərəliliyinin qiymətləndirilməsi.”mövzusunda iqtisad elmləri üzrə fəlsəfə doktorluq dissertasiyası üzərində işləyir.2011-ci ildə Lənkəran Dövlət Universitetində Mühəndis iqtisadçı,2012-ci ildə Mühasib,2013-cü ildə Baş mühasib vəzifələrində işləmiş.Hal hazırda Maliyyə mühasib şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Kafedranın yerləşdiyi poçt ünvanı – Lənkəran şəhəri,  Füzuli küçəsi170 a,  I tədris korpusu

 

Telefon:  (+994) 025 255 31 91

 

 

Kafedra haqqında məlumatları

dosent Gülbəniz Əliyeva təqdim etmişdir.

 

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator