Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

İBTİDAİ TƏHSİL VƏ MƏKTƏBƏQƏDƏR TƏLİM KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

2017-ci il noyabrın 28-də saat 12:00-da (Otaq 504) "İbtidai təhsil və məktəbəqədər təlim" kafedrasının dosenti, filologiya elmləri namizədi Ayəddin Baldadaş oğlu Əliyevin "Rus dilində türkizmlər" mövzusunda elmi seminarı keçiriləcək.

Arzu edənlər iştirak edə bilərlər...

 

 

 

 

 

FƏNN SİLLABUSLARI

 

Payız semestri üzrə

 

Yaz semestri üzrə

 

“İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası Lənkəran Dövlət Universiteti üzrə 24 avqust 2016-cı il tarixli 1/83 saylı əmrlə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığının mükəmməlliyini təmin etmək məqsədilə yaradılmışdır. “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası 050118 - “İbtidai sinif müəllimliyi” və 050120 - “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə bakalavr və  060115 - “İbtidai sinifdə təlimin metod və metodologiyası” ixtisası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. 2017/2018-ci tədris ilində “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında 10 əməkdaş çalışır. Onlardan 2 nəfəri filologiya elmləri namizədi, dosent, 2 nəfər baş müəllim, 5 nəfəri isə müəllimdir.

Kafedrada İbtidai sinifdə tədrisin nəzəri-metodiki və  Məktəbəqədər təlimin elmi-metodiki istiqamətləri üsrə elmi-tədqiqat işləri aparılır.

 

Kafedra üzrə tədris olunan əsas fənlər aşağıdakılardır:

          

Bakalavr üzrə

1. Ana dili

2. Ana dilinin tədrii metoodikası

3. Azərbaycan dili

4. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları

5. Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası

6. İbtidai təhsilin pedaqogikası

7. İnklüziv təhsil

8.Uşaq ədəbiyyatı

 9.İfadəli oxu

10.Fiziki tərbiyə və onun tədrisi metodikası

11.Musiqi və onun tədrisi metodikası

12.Təsviri sənət və onun tədrisi metodikası

13.Texnologiya və onun tədrisi metodikası

14.Tibbi biliklərin əsasları

15.Məktəbəqədər pedaqogika

 

Magistratura üzrə

1. İbtidai təhsil pedaqogikasının müasir problemləri 

2. İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası

3. İbtidai təhsil pedaqogikası 

4. Ana dilinin tədrisi metodikasının elmi-nəzəri əsasları

 

Kafedraya filologiya elmləri namizədi, dosent Əliyev Ayəddin Baldadaş oğlu rəhbərlik edir. A.B.Əliyev 1959-cu ildə Lənkəranda anadan olmuşdur. 1976-cı ildə Lənkəran şəhər 1 saylı orta məktəbini, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) filologiya fakültəsini bitirmişdir.Təyinatı üzrə Lənkəranın müxtəlif orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, müxtəlif vaxtlarda elmi katib, tədris şöbəsinin müdiri və kafedra müdiri vəzifələrində çalışmışdır. 2007-ci ildə "F.H.Naxçıvaninin "əs-Sihah əl-əcəmiyyə" əsərinin leksik və qrammatik xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

Ayəddin Əliyev eyni zamanda jurnalist kimi fəaliyyət göstərmiş, rayonda nəşr olunan "Elin səsi" qəzetinin baş redaktoru olmuşdur. Publisistik məqalələri "Lənkəran", “Azadlıq”, "Elin səsi", “Aşkarlıq” və "Prizma" qəzetlərində çap edilmişdir.

A.Əliyev 1 monoqrafiya, 2 metodik vəsait, 8 fənn proqramının, 50-yə yaxın publisistik, 20-dən artıq elmi məqalənin müəllifidir.

E-ünvanı: a.ayeddin@mail.ru

                                                                                    

Feyziyeva Ruxsara Mirzə qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent

1963-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1986-cı ildən 1993-cü ilədək  Lənkəran rayonunun Parakənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.1993-cü ildə Lənkəran Dövlət Universitetinə  dəvət olunmuş, müxtəlif vaxtlarda müəllim, baş müəllim və kafedra müdirinin müavini vəzifələrində çalışmışdır. 2012-ci ildə "Tarixi romanların dilində dialekt leksikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Hal-hazırda LDU-nun “İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının dosentidir.   

17 elmi məqalənin müəllifidir. 2 proqramın müəllifidir. 

E-ünvanı: feyziyeva@gmail.com 

 

Qasımov Rəşid Ataxan oğlu, baş müəllim

Qasımov Rəşid Ataxan oğlu 1957-ci ildə Lənkəran rayonun Haftoni qəsəbəsində anadan olmuşdur. 1974-ci ildə orta məktəbi,  1978-ci ildə isə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini  bitirmişdir.      

Lənkəran rayonunun Ləj kənd, şəhər 10 saylı orta məktəblərində riyaziyyat müəllimi işləmişdir. 2001-ci ildən Lənkəran Dövlət Universitetində müəllim, dekan müavini, elmi katib, həmkarlar təşkilatının sədri,2016-cı ildənisə LDU-nun “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında baş müəllim vəzifəsində çalışır.

17 elmi məqalənin, 3 proqramın müəllifidir.

E-ünvanı:  r.qasimov@mail.ru

 

Rəhimova Xalidə Vaqif qızı, baş müəllim

1963-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1980-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbini, 1985-ci ildə Lənkəran Pedaqoji Texnikumunu, 1998-ci ildə isə Lənkəran Dövlət Universitetini fərqlənmə diplomları ilə bitirmişdir.1998-ci ildə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Ayrı-ayrı vaxtlarda  Lənkəran şəhər 1 və 2 saylı orta məktəblərində dil-ədəbiyyat müəllimi işləmişdir.Hazırda LDU-nun “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının baş müəllimidir. Uşaq ədəbiyyatı, İfadəli oxu, Azərbaycan dili və nitq mədəniyyəti fənlərini tədris edir.

5 elmi, 8 publisistik məqalənin müəllifidir. 

E-ünvanı:   rehimova@gmail.com

 

Tahirov  Əhmədağa Bahadur oğlu, baş müəllim

Tahirov Əhmədağa Bahadur oğlu 1950-ci ildə Lerik rayonun Cəngəmiran kəndində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi,  1974-cü ildə isə Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu  bitirmişdir.      

1974-cü ildən Lerik rayonunun Vizəzəmin, 1983-cü ildən isə  Lənkəran rayonunun Nərimanabad və Osakücə kənd xəstəxanalarında həkim və baş həkim vəzifələrində işləmişdir. 1996-cı ildən  Lənkəran Dövlət Universitetində çalışır. “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında “Tibbi biliklərin əsasları” fənnini tədris edir.

E-ünvanı:    e.ehmedaqa@bk.ru

 

Salayeva Nərmin Natiq qızı, müəllim

1988-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2005-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbini, 2010-cu ildə isə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirmiş, həkim-terapevt ixtisasına yiyələnmişdir. Lənkəran Sağlamlıq Mərkəzində həkim-terapevt vəzifəsində çalışır.

2016-cı ildən eyni zamanda Lənkəran Dövlət Universitetinin “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında “Tibbi biliklərin əsasları” fənnini tədris edir.

E-ünvanı:    nermin-nermin@mail.ru

 

Rzayev Şahvələd Murad oğlu, müəllim

1953-cü ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhər 1 saylı Fizika-riyaziyyat və Kimya-biologiya təmayüllü “respublika internat məktəbini, 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun “Ümumi Texniki Fənlər və fizika” fakültəsini bitirmişdir.

1976-cı ildən Lənkəran rayonunun Şağlaser və Separadi kənd orta məktəblərində ixtisası üzrə müəllim işləmişdir. 1987-ci ildən  Lənkəran şəhərində Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun filialında metodist,  baş metodist, təbiət elmləri tədris-metodika kabinetinin rəhbəri və təşkilatın müdiri vəzifələrində çalışmışdır. Müəllimlərin yaradıcılıq sərgisində iştirakıına görə  iki dəfə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2008-ci ildən 2017-ci ilədək Lənkəran Dövlət Universitetində akademik məsləhətçi (tyütor) işləmiş, hazırda isə İbtidai təlim və məktəbəqədər təlim kafedrasında texnologiya və onun tədrisi metodikası, təsviri incəsənət tarixi və təsviri sənət və onun tədrisi metodikası fənlərini tədris edir.

E-ünvanı:   rzayev@gmail.com

 

Nağıyeva Zenfira Şuriyə qızı, müəllim

2 fevral 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakı şəhəri 62 saylı orta məktəbini, 1974-cü ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu, 1982-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) Məktəbəqədər fakültəsini bitirmişdir. 1977-ci ildə Lənkəran şəhər 15 saylı körpələr evi - uşaq bağçasında tərbiyəçi kimi əmək fəaliyyətinə başlamış, hazırda isə metodist vəzifəsində çalışır.

Z.Ş.Nağıyeva eyni zamanda LDU-nun Məktəbəqədər təlim və tərbiyə ixtisasında müvafiq fənləri tədris edir.

E-ünvan:   zenfira@mail.ru

 

Mahmudova Məlahət Nəriman qızı, müəllim

1964-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1983-cü ildə Lənkəran Musiqi məktəbini, 1995-ci ildə N.Tusi adına Pedaqoji Universtetinin Musiqi fakültəsini bitirmişdir.

Lənkəran Dövlət Humanitar Pedaqoji Kollecinin Musiqi şöbəsində müəllim işləyir. 2000-ci ildən Lənkəran Dövlət  Universtetində “Musiqi və onun tədrisi metodikası” fənnini tədris edir.

E-ünvan:    melahet.mahmudova@mail.ru

 

Paşayev Vüqar Yaqub oğlu, müəllim

1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) idman fakültəsini bitirmişdir. 2003-cü ildən Lənkəran Dövlət Universitetində çalışır.

Universitetdə məşqçilik fəaliyyəti ilə yanaşı, “Fiziki tərbiyə və onun metodikası” fənnini tədris edir. 3 məqalə və 1 proqramın müəllifidir.

E-ünvan:   vuqar.pawa@mail.ru

 

 

Kafedranın ünvanı:     Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi - 19, 2 saylı tədris korpusu.

Telefon:                      (+994) 025 254 35 69, daxili: 106

Elektron ünvanı:

Faks nömrəsi:              (+994) 025 255 27 86

 

Kafedra haqqında məlumatları

dos. Ayəddin Əliyev təqdim etmişdir.

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator