Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

COĞRAFİYA VƏ EKOLOGİYA KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

FƏNN SİLLABUSLARI

 

Payız semestri üzrə

 

Yaz semestri üzrə

Coğrafiya və ekologiya kafedrası 1992-ci ildə “Coğrafiya və biologiya” adı altında yaranmış, 1994-cü ildə “Coğrafiya və ekologiya” kafedrası, 1995-ci ildə “Ətraf mühitin mühafizəsi” kafedrası kimi fəaliyyət göstərmişdir. 1997-ci ildən hal-hazıra kimi “Coğrafiya və ekologiya”  kafedrası  kimi faəliyyət göstərir.

 Kafedraya  1992-1997-ci illərdə  prof.Ş.Y.Göyçaylı, 1997-1998-ci illərdə  prof. A.Aslanov, 1998-2002-ci illərdə prof.A.Qurbanzadə, 2002-2007-ci illərdə dos.B.Sahbazov, 2007-2008-ci illərdə  dos.R.Əliyev, 2009-2016-cı illərdə dos.B.Şahbazov rəhbərlik etmişlər. 09 fevral 2017-ci il tarixindən kafedraya müsabiqə yolu ilə seçilmiş coğrafiya üzrə fəlsəfə doktoru, dos.Z.B.Ağayev rəhbərlik edir.

   2011-ci ildə “Coğrafiya və ekologiya” kafedrasında 2 istiqamət (Coğrafiya və ekologiya), 2 problem (Coğrafi problemlərin həllində modelləşdirmə və Lənkəran regionunda ekoloji tarazlığın qorunması) və 2 mövzu (Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri, Lənkəran regionunda ekoloji monitorinqin təşkili) üzrə elmi-tədqiqat işləri aparılır.

   Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri mövzusu üzrə 3 elmi-tədqiqat işi, Lənkəran regionunda ekoloji monitorinqin təşkili mövzusu üzrə isə 2 elmi-tədqiqat işi aparılır.

Kafedrada-“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə kadr hazırlanır. “Coğrafiya və ekologiya” kafedrası təşkil olunduqdan bu günə kimi təhsilin bakalavr pilləsi üzrə 900-ə qədər kadr hazırlanmışdır. Kafedrada eyni zamanda “Coğrafiya” istiqaməti üzrə “Fiziki coğrafiya”, “İqtisadi və sosial coğrafiya”, “Biocoğrafiya”, “Təbiətdən istifadə və təbiəti mühafizə” ixtisasları üzrə magistr kadrları da hazırlanmışdır. Hal-hazırda  magistratura pilləsi üzrə “Azərbaycanın fiziki coğrafiyası”, ”İqtisadi və sosial coğrafiya”, “Turizm və sosial mədəni servis xidməti” və “Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisasları üzrə kadrlar hazırlanır. Kafedrada 2 fəlsəfə doktorluğu, 6  namizədlik işi yerinə yetirilmişdir.

2017-2018-ci tədris ilində kafedrada aşağıdakı tərkibdə müəllim heyəti çalışır: coğrafiya elmləri namizədi, dosent Ziyafət Ağayev, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sənan Əzizov, biologiya elmləri namizədi, dosent Raqif Əliyev, coğrafiya üzrə fəlsəfə doktoru Gülnarə Məmmədova, baş müəllim Telman Bayramov,  müəllimlərdən  Qalib Əmənov, Cavidan Əliyev və  Kazım Əliyev baş lobarant  Gülnarə Bayramova çalışır.

Kafedrada coğrafiya ixtisası üzrə təhsil alan tələbələr bir neçə il ardıcıl olaraq Respublikada keçirilən fənn olimpiadasının və Tələbə Elmi Cəmiyyətinin qalibi olmuşlar.

 

Coğrafiya və ekologiya” kafedrasında  tədris olunan fənnlər:

 

a) Bakalavr səviyyəsi  üzrə

1.Azərbaycanın fiziki coğrafiyası

2.Hidrologiya

3.Geodeziya, topoqrafiyanın əsasları və kartoqrafiya

4.Materik və okeanların fiziki coğrafiyası

5.S/f (Azərbaycanın fiziki coğrafiyası tədrisinin məktəb kursu) (xəritədə işləmək)

6.S/f (Azərbaycanın iqtisadi coğrafiyası tədrisinin məktəb kursu) (xəritədə işləmək)

7.Biosferin  ekoloji xüsusiyyətləri və mühafizəsi

8.Ümumi yerşunaslıq

9.Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə

10.Biocoğrafiya

11.Ekologiya və təbiətin mühafizəsi

12.Ümumi ekologiya

13.Coğrafiyanın tədrisi metodikası

14.Əhali coğrafiyası

15.Azərbaycanın iqtisadi coğrafiyası

16.Dünyanın iqtisadi və sosial coğrafiyası I

17.Torpaqşünaslıq

18.S/f (Zaqafqaziya landşaftlarının dinamikası)

19.Geologiya

20.Geomorfologiya

21.Meteorologiya və iqlimşünaslıq

22.Landşaftşünaslıq

 

b) Magistr səviyyəsi üzrə

1.Qlobal prob.və onların həlli yolunda coğ.elm.rolu

2.Turizm və ətraf mühitin mühafizəsi

3.Torpağın ekologiyası

4.Ekoloji turizm

5.Turizm  marşrutları və ekskursiya işinin təşkili

6.Sosial coğrafi xəritələşdirmə

7.AMTMOF (CTM tədqiqat metodları)

8.CTM pedaqoji və psixoloji əsasları

9.Fiziki coğrafiyanın tədrisində  anlayış və formalar

10.Azərbaycanın iqtisadi  və  sosial coğrafi problemləri

11.Təbətdən istifadə və təbiəti mühafizənin iqtisadi coğrafi qiymətləndirilməsi

12.S/f (Xidmət sahələrinin coğrafiyası)

13.Coğrafi anlayış və təsəvvürlərin formalaşması

14.Xəritə və digər kartoqrafik  işlər üzərində aparılan işlər (kartoqrafiya tədrisində diyarşünaslıq prinsipi)

15.Məktəb coğrafiyasının elmi nəzəri əsasları

16.Coğrafiya kabineti və meydançasında aparılan işlər

17.S/f (Bitki coğrafiyası)

 

c) Qeyri ixtisas qruplarında

1.Hidrologiya

2.Beynəlxalq turizmin coğrafiyası

3.Geodeziya və yer quruluşu

4.Geodeziya

5.Ekoloji turizm

6.Ümumi ekologiya

7.S/f (Ekoloji fəaliyyətin idarə olunması)

8.Ekoloji təhlükəsizlik

9. Turizmdə nəqliyyat xidməti

10.Muzey turizmi

11.Ekoloji tədqiqat metodları

12.Ekoloji təhlükəsizlik və risk

13.Radioekologiya

14.Ekologiya

15.S/f (Coğrafi informasiya sistemləri)

 

Kafedra müdiri haqqında məlumat

       Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Ağayev Ziyafət Bilal oğlu.  Kreativagayev@gmail.com

Ağayev Ziyafət Bilal oğlu- 1955-ci ildə anadan olmuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinin “Coğraf və Coğrafiya müəllimi” ixtisasını bitirmişdir.

1977-ci ildə müəllim, 1985-1990-cı illərdə Lənkəran şəhər Təhsil şöbəsində “Coğrafiya” - metodisti vəzifəsində işləmişdir.

1990-ci ildən 08.02.2017-ci ilə kimi Şağlaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Hazırda Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində çalışır

2006-cı ildə “Lənkəran təbii vilayəti çaylarının su ehtiyatları və onun  qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edib coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.

“Azərbaycanın fiziki coğrafiyası”, “Hidrologiya”, “Qlobal problemlər və onların həlli yolunda coğrafiya elminin rolu”, “Torpağın ekologiyası” fənnlərini tədris edir.

“Şərqi Azərbaycan çaylarının su ehtiyatları”, “Ərazi ekoloji qovşaqlarını sosial coğrafiyası” kitabları, “Azərbaycanın fiziki coğrafiyası” metodiki vəsaitinin, “Lənkəran təbii vilayəti çay sularının keyfiyyətinin qiymətləndirilməsi”, “Lənkəran təbii vilayəti çaylarının illik axımının antropogen amillərin təsiri nəticəsində dəyişməsi”, ”Lənkəran təbii vilayəti çaylarının orta illik axınının hesablanması və hidroloji rayonlaşdırılması”  və s. 20-dən artıq elmi məqalənin müəllifidir.

 

Müəllimlər haqqında məlumat

 

Kafedra əməkdaşlarının siyahısı:

Soyadı, adı, atasının adı

ştat vahidi

vəzifəsi, elmi dərəcəsi, elmi adı

Elektron poçt

1

Ağayev Ziyafət Bilal oğlu

1,0

kafedra müdiri cöğ.e.n.,dos.

kreativagayev@gmail.com

2

Əzizov Sənan Qərib oğlu

1,0

 coğ.üzrə fəls.d.,dos.

senan.ezizov.1958@mail.ru

 

3

Əliyev Raqif Əliağa oğlu

0,5

biol.e.n., dos.

 raqif.77@ bk.ru

4

Bayramov Telman Bəhmən oğlu

1,0

baş müəllim.

bayramov.47@mail.ru

5

Məmmədova Gülnarə Şahab qızı

1,0

coğ.üzrə fəls.d., müəllim

mammedova_gulnare@mail.ru

6

Əmənov Qalib Alışirin oğlu

1,0

Müəllim

75winner@mail.ru

7

Əliyev Cavidan Rəhim oğlu

1,0

Müəllim

cavidan99@list.ru

8

Əliyev Kazım Aydın oğlu

0,5

Müəllim

kazim.aliyev-66@mail.ru

9

Bayramova Gülnarə Bayraməli qızı

0,5

Baş laborant

b.gulnare@mail.ru

    1.Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əzizov Sənan Qərib oğlu.

Əzizov Sənan Qərib oğlu 1958-ci ildə anadan olmuşdur. 1983-cü ildə  ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunu  (indiki ADPU)  fərqlənmə diplomu ilə bitirmişdir.

1983-85-ci illərdə Lənkəran rayonunun Ləj kənd 8 illik məktəbində, 1985-1997-ci illərdə rayonun İstisu qəsəbə orta məktəbində coğrafiya müəllimi işləmişdir. 1997-ci ildən LDU-nun “Coğrafiya və ekologiya” kafedrasında çalışır. 2009-cu ildə “Lənkəran iqtisadi rayonu əhalisinin məskunlaşmasının idarə edilməsi və optimallaşdırılması yolları” mövzusunda dissertasiya müdafiə edərək, Coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda isə Lənkəran Dövlət Universitetində  “Coğrafiya və ekologiya” kafedrasının dosenti vəzifəsində çalışır.

30-dan çox elmi məqalənin, monoqrafiya, bir metodiki vəsait və iki fənn proqramlarının müəllifidir.

 

            2.Biol.e.n.,dos. Əliyev Raqif Əliağa oğlu       

Əliyev Raqif Əliağa oğlu 10 mart 1942-ci ildə Lənkəran şəhərində müəllim ailəsində anadan olmuşdur. 1963-1968-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Biologiya-torpaqşünaslıq fakültəsində torpaq biologiyası ixtisası üzrə əyani təhsil aldıqdan sonra 1974-cü ildə həmən universitetin əyani aspiranturasını bitirib mikrobiologiya üzrə biologiya elmlər namizədi elmi dərəcəsi almışdır.

1993-cü ildən Lənkəran Dövlət Universitetində fəaliyyət göstərir. 50-dən çox elmi məqalələrin və tədris-metodiki işlərin müəllifidir.

 

3.B/m. Bayramov Telman Bəhmən oğlu    

Bayramov Telman Bəhmən oğlu 1948-ci ildə anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasında tam ştat baş müəllim vəzifəsində çalışır. “Regionların iqtisadi və sosial coğrafiyası”, “Materik və okenaların fiziki coğrafiyası”, “Geodeziya, topoqarfiyanın əsasları və kartoqrafiya fənlərini tədris edir. “Böyük Qafqazın cənub yamacında faydalı qazıntı sərvətlərinin istismarının ekoloji mühitə təsiri”, “Azərbaycanın təbii sərvətlərinin paylanmasında ekosistemin tərkib hissəsi olan relyefin rolu”, “Çay dərələrini formalaşdıran əsas amillər” və s. elmi məqalələri çap olunmuşdur.

        4.C.ü.f.d. Məmmədova  Gülnarə  Şahab  qızı 

 Məmmədova  Gülnarə  Şahab  qızı  1978-ci  il iyun  ayının 17-də  Lənkəran rayonunda  anadan olmuşdur. 1999-cu  ildə  Lənkəran  Dövlət  Universitetinin «Biologiya» ixtisasını, 2001-ci ildə isə həmin universitetin magistraturasının «Biocoğafiya» ixtisasını fərqlənmə diplomu ilə  bitirmişdir.

        2001-ci ildən «Coğrafiya və ekologiya» kafedrasında laborant  vəzifəsində  əmək fəaliyyətinə  başlamış  və  2003-cü  ildən  2013-cü  ilə  qədər  həmin  kafedrada  tam  ştat  müəllim  vəzifəsində  işləmişdir. 2013-2016-cı illərdə «İqtisadiyyat və idarəetmə» fakültəsində tyutor vəzifəsində işləmişdir. 2016-cı ildən «Coğrafiya və ekologiya» kafedrasında tam ştat müəllim vəzifəsində çalışır. 2016–cı il may ayında coğrafiya  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  5409.01  «Geomorfologiya»  ixtisasında «Kürün sol sahilinin Dördüncü dövrdəki paleoekologiyası»  mövzusunda  dissertasiya  işini  müdafiə etmişdir və 2017-ci il iyul ayında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

 

            5. Müəllim Əliyev Kazım Aydın oğlu.

             Əliyev Kazım Aydın oğlu 04.04.1966-cı ildə Astara rayonun Pensər kəndində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin  “Coğrafiya” ixtisasını bitirmişdir. Astara rayonu Pensər kəndində 2 saylı məktəb-liseydə fəaliyyətin  davam etdirir. Eyni zamnda LDU-da “Coğrafiya və ekologiya” kafedrasında fəaliyyət göstərir.

 

           6.Əmənov Qalib Alışirin oğlu.

      17 sentyabr 1975-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Coğrafiya” ixtsasının bakalavr pilləsini, 2005-ci ildə isə magistartura pilləsi üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetində kiçik elmi işçi, elmi işçi, dekan müavini vəzifələrində işləmişdir. Hazırda “Coğrafiya və ekologiya” kafedrasında fəaliyyət göstərir. 2011-ci ildən AMEA-nın H.Ə.Əliyev adına  Coğrafiya İnsititutunun dissertantıdır. Qarabağ müharibəsi veteranıdır.

 

     7.Əliyev Cavidan Rəhim oğlu

            09 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci il Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinin “Coğrafiyaçı, coğrafiya müəllimi” ixtisasını, 2015-ci ildə Rusiya Dövlət Hidrometeorologiya İnstitutunun “Hidrometeorologiya”  ixtisası üzrə magistr təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci il avqust ayında Milli Hidrometeorologiya departamentində “aparıcı mühəndis sinoptik” vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Coğrfaiya və ekologiya” kafedrasında 1,0 ştat müəllim vəzifəsində işləyir. Eyni zamanda Xəzər Universitetində saat hesabı müəllim işləyir.

 

          8.Bayramova Gülnarə Bayraməli qızı.

          1998-ci ildə Lənkəran Dövlət Universitetinin “Balıq məhsullarının texnologiyası” ixtisasını, 2008-ci ildə isə “Biologiya”  ixtisasını bitirb. 2005-ci ildən Lənkəran Dövlət Universitetində  çalışır. Hazırda “Coğrafiya və ekologiya” kafedrasında baş laborant vəzifəsində işləyir.

 

Kafedra haqqında məlumatlar 

dos. Ziyafət Ağayev tərəfindən təqdim edilmişdir.

 

 

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator