Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

AZƏRBAYCAN DİLİ, ƏDƏBİYYATI

VƏ ONLARIN TƏDRİSİ METODİKASI KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

Semestrlər üzrə

FƏNN SİLLABUSLARI

 

Payız semestri

 

Yaz semestri

Kafedra “Azərbaycan dili və ədəbiyyatı” adı ilə 1992-ci ildən fəaliyyətə başlamışdır.  1994-cü ildə kafedranın bazasında "Dilçilik və xarici dillər" və "Azərbaycan və dünya ədəbiyyatı" kafedraları yaradılmışdır. "Dilçilik və xarici dillər" kafedrası 1996-cı ildə  "Azərbaycan dilçiliyi və türkologiya" adlandırılmışdır. Həmin kafedraya müxtəlif illərdə prof. M.Rəhimov, prof. Ə.Şükürlü, prof. R.Məhərrəmova və dos. M.Talışlı rəhbərlik etmişlər. AMEA-nın müxbir üzvü prof. Ə.Səfərli, prof. S.Əsədullayev, prof.N.Nazim və dos.Y.Ağazadə “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müxtəlif illərdə rəhbəri olmuşlar. 1999-cu ildə “Dilçilik və xarici dillər” kafedrası “Azərbaycan dilçiliyi və türkologiya”, “Azərbaycan və dünya ədəbiyyatı“ kafedrası isə “Ədəbiyyat” kafedrası adlandırılmışdır. 2007-ci ildə “Azərbaycan dilçiliyi və türkologiya” və “Ədəbiyyat” kafedraları “Dil və ədəbiyyat” adı altında birləşdirilmişdir. Həmin tarixdən kafedraya fil.e.n.prof.Y.B.Ağazadə rəhbərlik etmişdir. 2016-cı ildə kafedranın adı dəqiqləşdirilərək “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrası adlandırılmışdır. 2017-ci ildə isə “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasına filologiya elmlər namizədi, dosent E.Səfəli kafedra müdiri təyin edilmişdir. 2017-2018-ci tədris ili üzrə kafedrada 9 əməkdaş çalışır. Onlardan 2 nəfəri elmlər doktoru-professor, 3 nəfər elmlər namizədi- dosent, 4 nəfəri filologiya üzrə fəlsəfə doktoru, baş müəllimdir. Kafedra bakalavr pilləsində 050101- "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasları üzrə mütəxəssislər hazırlayır. Magistratura mərhələsində kafedra 060101-“Azərbaycan dili və ədəbiyyatı tədrisinin metodikası və metodologiyası” üzrə elmi-pedoqoji fəaliyyət göstərir. Kafedrada “Ədəbiyyatın ümumi məsələləri” və “Dilçiliyin ümumi məsələləri” adı altında 2 istiqamət üzrə tədqiqat işləri aparılır.

Azərbaycan dili və ədəbiyyatının müxtəlif sahələri ilə bağlı 9 elmi tədqiqat işi müəyyənləşdirilmişdir. Aparılan elmi-tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc olunmuş, Respublika və Beynəlxalq elmi konfranslarda məruzələr edilmişdir. 

 

Kafedra üzrə tədris olunan fənlər

     Bakalavr Azərbaycan dili və nitq mədəniyyəti

1.        Müasir Azərbaycan dili

2.        Azərbaycan  ədəbiyyatı  tarixi

3.        Əski Azərbaycan yazısı

4.        Azərbaycan dialektologiyası

5.        Azərbaycan ədəbiyyatının tədrisi metodikası

6.        Azərbaycan dilinin tədrisi  metodikası

7.        Ədəbiyyatın tədrisi  metodikası

8.        Dilçiliyə giriş

9.        İfadəli oxudan praktikum

10.    Azərbaycan dili tarixi

11.    Azərbaycan dilindən praktikum

12.    Ədəbiyyatşünaslığa giriş

13.    Azərbaycan şifahi xalq ədəbiyyatı

14.    Azərbaycan dili və ədəbiyyatı fənninin kurikulumu

15.    s/f. Azərbaycan dili orfoqrafiyasının tədrisi metodikası

16.    s/f. V-XI siniflərdə ədəbiyyat nəzəriyyəsinin öyrədilməsi metodikası

17.    s/f. Lirik əsərlərin öyrənilməsi metodikası

18.    s/f. Ədəbiyyat dərslərində bədii əsərlərin öyrənilməsi metodikası

19.    s/f. Söz yaradıcılığının tədrisi metodikası

20.    s/f. Morfologiyanın tədrisi metodikası

21.    s/f. Mürəkkəb cümlənin tədrisi metodikası

 

     Magistratura

1.        Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri

2.        Azərbaycan dilinin tədrisi metodikasının tarixi və metodologiyası

3.        Ədəbiyyatın tədrisi metodikasının müasir problemləri

4.        Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası

5.        AMTMOF (Tarixi dialektologiya)

6.        Müasir Azərbaycan ədəbi dilinin fonetik və leksikologiyanın nəzəri əsasları

7.        Qədim və orta əsr Azərbaycan ədəbiyyatının nəzəri əsasları

8.        Müasir Azərbaycan dilinin qrammatikasının nəzəri əsasları

9.        Yeni və ən yeni dövr Azərbaycan ədəbiyyatının tarixi nəzəri əsasları

10.   Ədəbi əlaqələr və bədii tərcümə

11.   Ədəbiyyat  nəzəriyyəsinin tədrisi metodikası

12.   Tədqiqat üsulları

13.   Ümumtəhsil kurikulumun əsasları

14.   s/f.Azərbaycan dilinin orfoqrafiyasının tədrisi metodikası

15.   s/f.Azərbaycan dilinin orfoepiyasının tədrisi metodikası

 

           Kafedranın professor-müəllim heyəti haqqında məlumat

 

Müəllimin soyadı, adı və atasının adı

Elmi dərəcəsi,

Vəzifəsi

Ştat

Elelktron ünvanı

1.                  

Ağazadə Yədulla Bəbir oğlu

filologiya elmləri doktoru, professor

0,5

Y.Ağazade@ mail.ru

2.                  

Məmmədov Məsud Əliağa oğlu

filologiya elmləri doktoru,professor

1,0

 

3.                  

Səfərli Elşad Məhərrəm oğlu

filologiya elmləri namizədi, dosent

1,0

e.safarli@ mail.ru

seferli.a @ mail.ru

4.                  

Əliyev Əlirza Babakişi oğlu

filologiya elmləri namizədi, dosent

1,0

alırza.a.@ mail.ru

5.                  

Mirhüseyn Abbas Sürət oğlu

filologiya elmləri namizədi, dosent

1,0

abba.a@ mail.ru

6.                  

Dənziyeva Könül Babaş qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

1,0

Denziyevak@mail.ru

 

7.                  

Seyfullayeva İlahə Əvəz qızı

filologiya üzrə fəlsəfə doktoru, b/m

1,0

Seyfullayeva.i@ mail.ru

 

8.                  

Rufullayev Qədim İgid oğlu

filologiya üzrə fəlsəfə doktoru, b/m

1,0

qedimrufullayev1973@

gmail.com

9.                  

Mirzəyev Elman Savad oğlu

filologiya üzrə fəlsəfə doktoru, b/m

1,0

Mirzayev_or@mail.ru

 

10.              

Qəribli İslam Eynəli oğlu

filologiya üzrə elmlər doktoru, professor

0,5

islamgaribli@yahoo.

com

 


 

 

Ağazadə Yədulla Bəbir oğlu

filologiya elmləri doktoru, professor

Filologiya elmləri doktoru, professor Ağazadə Yədulla Bəbir oğlu 1 iyul 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1967-ci ildə Lənkəran şəhər internat orta (hazırda gimnaziya), 1975-ci ildə  Azərbaycan Dövlət Universitetinin  (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1971-ci ildən pedaqoji fəaliyyətə başlamış, orta ümumtəhsil məktəblərində müəllimi, baş müəllim, tədris işləri üzrə direktor müavini və orta məktəb direktoru vəzifələrində işləmişdir. 1992-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. İşlədiyi müddət ərzində qabaqcıl iş təcübəsi bəyənilmiş, rayonda yayılmışdır. 1998 və 2015-ci ildə “İlin Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 1998-ci ildə “Teymur Bəy Bayraməlibəyovun  folklorşünaslıq fəaliyyəti ” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

            Y.B.Ağazadə 1 dərsliyin, 1 dərs vəsaitinin 7 metodik göstərişin, 5 fənn proqramının, 100-dən artıq elmi, ədəbi-tənqidi, publisistik məqalənin, 4 monoqrafiyanın müəllifidir. 1999-2016-cı illərdə “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

            2000-2014-cü illərdə müxtəlif proqramlar çərçivəsində keçirilən təlim kursları və seminarlarda iştirakına görə sertifikatlar almışdır. 2006-cı ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Məmmədov Məsud Əliağa oğlu

filologiya elmləri doktoru, professor

                  Məsud Əliağa oğlu Məmmədov  27 iyul 1937-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olmuşdur. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun "Rus dili və ədəbiyyatı fakültəsində ali təhsil almış,  institutu bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun İran və Qafqaz dilləri şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. Professor Məsud Məmmədov 1973-cü ildə "Xələc dili" mövzusnda namizədlik, 1984-cü ildə "Azərbaycanın Lənkəran bölgəsinin coğrafi adlarının linqvistik təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-2001-ci illərdə Lənkəran Dövlət Universitetinin Humanitar elmlər fakültəsində dekan, 2002-2005-ci illərdə elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 2005-ci ildən 2016-cı ilə qədər “Dil və ədəbiyyat” kafedrasının professoru olmuşdur. 2016/2017-ci tədris ilində isə “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında çalışmışdır. 150-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 6 şeirlər kitabının müəllifidir, 7 elmlər namizədinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Səfərli Elşad Məhərrəm oğlu

filologiya elmləri namizədi, dosent

      1957-ci ildə Lənkəran rayonunun  Gərmətük qəsəbəsində anadan olmuşdur. 1984-cü  ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1984-cü ildən Bakı şəhərində "Maarif" nəşriyyatında redaktor, böyük redaktor və "Sifariş və müəllifin öz hesabına ədəbiyyat nəşri" redaksiyasının müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildə Lənkəran Dövlət Universitetində Elmi katib vəzifəsinə təyin olunmuş və bu vəzifədə  2006-cı ilin sentyabrına qədər işləmişdir. Elmi katibliklə yanaşı, 1998-ci ildən "Dil və ədəbiyyat" kafedrasında  baş müəllim vəzifəsində çalışmışdır. 2007-ci ildə "Sabir Rüstəmxanlının fərdi yaradıcılıq üslubi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2014-cü ildə isə Ali Attestasiya Komissiyasının qərarı ilə ona “dosent” elmi adı verilmişdir. Hazırda Avropa mənşəli sonet janrı ilə bağlı elmi- tədqiqat işini yekunlaşdırmış, mövzu ətrafında 1 metodik vəsait, 1 dərs vəsaiti, 1 monoqrafiya nəşr etdirmiş, 40-a yaxın elmi məqaləsi müxtəlif elmi jurnallarda çap etdirmişdir. E.Səfərli eyni zamanda bədii yaradıcılıqla məşğul olur, tanınmış şairdir. 10 şeir və poemalar kitabının müəllifidir. 1998-ci idən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Əliyev Əlirza Babakişi oğlu

filologiya elmləri namizədi, dosent

1946-cı ildə Masallı rayonunun Rudəkənar kəndində anadan olmuşdur. 1967-ci ildə Lənkəran Pedaqoji Texnikumunu, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1982 - ci ildə "Azərbaycan dilində jarqonlar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.. Ə.Əliyev 1967-1978-ci illərdə orta məktəblərdə müəllim, 1978-1987-ci illərdə  Lənkəran rayon Təhsil şöbəsində metodist, 1987/2007-ci illərdə isə Lənkəran şəhər təhsil şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır. Eyni zamanda 1992-ci ildən Lənkəran Dövlət Universitetində Müasir Azərbaycan dili fənnindən mühazirələr oxuyur. “Azərbaycan dil, ədəbiyyatı və onların metodikası” kafedrasının dosentidir. O, 6 monoqrafiyanın, 1 dərsliyin və 60-dan artıq elmi, elmi-metodiki və publisist məqalənin müəllifidir.

 

Mirhüseyn Abbas Sürət oğlu

filologiya elmləri namizədi, dosent

Mirhüseyn Sürət oğlu Abbas 1949-cu ildə Lənkəran rayonunun Siyavar kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun  filologiya fakültəsini bitirmişdir. 1985-ci ilə qədər Lənkəran rayonunun Mamusta kənd orta məktəbində müəllim, 1991-ci ildən 1996-cı ilə qədər Siyavar kənd orta məktəbində direktor vəzifəsində işləmişdir. 1996-cı ildən Lənkəran Dövlət Universitetində çalışır. 2000-ci ildə  "İslam Səfərlinin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.Humanitar və pedaqoji elmlər fakültəsinin və  "İxtisasartırma və kadrların yenidən hazırlanması" fakültələrində dekan vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qızıl Qələm Mükafatı laureatıdır. 1 monoqrafiya, 5 proqram, 3 metodik göstəriş, 30-a yaxın elmi məqalənin müəllifidir.

 

Dənziyeva Könül Babaş qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

            1975-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1992-1997ci illərdə Lənkəran Dövlət  Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasında oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildən Lənkəran Dövlət  Universitetində əvvəlcə laborant, daha sonra müəllim kimi fəaliyyət göstərir. 2010-cu ildə “ Azərbaycan toy mərasimi leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Hal-hazırda “Azərbaycan dil, ədəbiyyatı və onların metodikası” kafedrasında fil.üz.fəl.dok.dosent əvəzidir.

 

Seyfullayeva İlahə Əvəz qızı

filologiya üzrə fəlsəfə doktoru, b/m

      1975-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbi, 1997-ci ildə Lənkəran Dövlət Universitetinin Ölkəşünaslıq istiqaməti, Şərqşünaslıq (ərəbşünas) ixtisasını fərqlənmə  diplomu ilə, 1999-cu ildə   LDU-nun  magistraturasını bitirmişdir. 1999-cu ildə LDU-nun "Magistratura və aspirantura" şöbəsində baş laborant vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən LDU-nun "Dil və ədəbiyyat" kafedrasında müəllim, hazırda isə baş müəllim  vəzifəsində çalışır. 2007-ci ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında "Füzulinin "Leyli və Məcnun" əsərində ərəbizmlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. İlahə Seyfullayeva 10-dan artıq elmi məqalənin, 3 fənn proqramının müəllifidir.

 

Rufullayev Qədim İgid oğlu

filologiya üzrə fəlsəfə doktoru, baş müəllim

Rufullayev Qədim İgid oğlu          1973-cü ildə  Lerik rayonunun  Pirəsora kəndində anadan olmuşdur. 1992-1996-cı illərdə Qarabağ uğurunda gedən döyüşlərdə fəal iştirak etmiş və Qarabağ Müharibəsi veteranıdır.1996-1998-ci illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunu,  2000-2004-cü illərdə Lənkəran Dövlət Universitetinin bakalavr pilləsini, 2004-2006-cı illərdə isə magistraturasını fərqlənmə diplomları ilə bitirmişdir. 2006-2009 – cu illərdə Lənkəran Dövlət Universitetinin doktorantura pilləsində təhsilini davam etdirmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “ Folklor” İnstitutunda  “Zəlimxan Yaqub və  xalq yaradıcılığı” mövzusunda  fəlsəfə doktorluğu  işi üzrə müdafiə etmişdir. 2005-2016-cı illərdə Lənkəran rayon Goyşaban kənd tam orta məktəbində dil- ədəbiyyat ixtisası üzrə müəllim işləymişdir. 2016-cı idən  Lənkəran Dövlət Universitetinin  “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında müəllim işləyir. 1 monoqrafiyanin, 10-dan  artıq elmi məqalənin müəllifidir.

 

Mirzəyev Elman Savad oğlu

filologiya üzrə fəlsəfə doktoru, baş müəllim

            1979-cu ildə Masallı rayonunun Meşəkənarı kəndində anadan olmuşdur. 1996-cı ildə Masallı rayonu Təzə Alvadı kənd 1 saylı orta məktəbini bitirmişdir. 1996-2000-ci illərdə Lənkəran Dövlət Universitetinin “Filologiya” fakültəsində təhsil almışdır. 2000-ci ildə həmin universitetin magistraturasına  “Azsaylı xalqların dilləri” ixtisası üzrə qəbul olunmuş və 2002-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin əyani aspirantı olmuşdur. 2008-ci ildə AMEA-nın Dilçilik İnstitutunda “Azərbaycan dili Lənkəran  və Astara şivələrinin terminoloji leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2009-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında kafedra müdiri və Təfəkkür Universitetinin “Filologiya elmləri” kafedrasında işləmişdir. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun elmlər doktoru pilləsi üzrə dissertantıdır. 2016-cı ildən elmi-pedaqoji fəaliyuyətini Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında davam etdirir. 2 monoqrafiya, 25 elmi məqalənin müəliffidir.

 

Qəribli İslam Eynəli oğlu

filologiya üzrə elmlər doktoru, professor

Qəribli İslam Eynəli oğlu 1954-cü ildə Lerik rayonunun Mulalan kəndində anadan olmuşdur. 1975-ci ildə ADPU-nin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1975-1990-cı illərdə Biləsuvar və Lerik rayonlarında müəllim, tədris işləri üzrə direktor müavini və məktəb direktoru vəzifələrində çalışmışdır. 1990-cı ilin dekabr ayından AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır. “M.Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik, “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında (1905-1920)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycanda və xarici ölkələrin mətbuatında 200-dən artıq elmi-publisistik məqaləsi dərc olunmuşdur. 2015-ci ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında çalışır.

 

Kafedra haqqında məlumatlar

dos. Elşad Səfərli tərəfindən təqdim olunmuşdur.

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator