Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi 1991-ci ildən fəaliyyət göstərir. Müxtəlif illərdə universitet Həmkarlar İttifaqı Komitəsinə İsa Xəlilov, İradə Şükürova, dos.Kamran Kazımov, dos.Zakir Daşdəmirov, dos.Rəşad Əliyev, tar.ü.fəl.dok. K.Mahmudov, baş müəllim Namiq Qasımov, baş müəllim Rəşid Qasımov, baş müəllim Müşfiq Bayramov rəhbərlik etmişlər. 2017-ci ilin may ayından Komitəyə fil.ü.f.d. Elman Mirzəyev sədrlik edir. Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin hazırda 885 nəfər üzvü vardir.
Universitet Həmkarlar İttifaqının fəaliyyəti əsasən 3 istiqamət üzrə həyata keçirilir:
• Tədris və əmək intizamının gücləndirilməsi. Bu sahə üzrə Həmkarlar İttifaqı təhsilin səviyyəsinin gələcək inkişafı, keyfiyyət və səmərəliliyinin yüksəldilməsi məqsədilə tədris və əmək intizamının möhkəmləndirilməsinə, müəllimlərin və digər əməkdaşların əmək intizamına düzgün riayət etməsinə daim nəzarət edir.
• Mədəni-kütləvi işlərin təşkili. Bu istiqamətdə Həmkarlar İttifaqı bayram günlərinin, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkilində, əməkdaşların yubileylərinin təntənəli qeyd olunmasında böyük rol oynayır.
• Universitet əməkdaşlarının sağlamlığının qorunması və istirahətinin təşkili. Universitet əməkdaşlarının istirahətinin səmərəli təşkili üçün Həmkarlar İttifaqı Komitəsi tərəfindən hər il respublika əhəmiyyətli sanatoriyalara, istirahət evlərinə göndərişlər ayırır.
Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin əsas istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir:
• İttifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi;
• İşəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin, sazişlərin bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
• İttifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi;
• Əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkil edilməsi;
• Həmkarlar ittifaqı fəallarının, həmkarlar ittifaqı işçilərinin və həmkarlar ittifaqı üzvlərinin hazırlanmasının, yenidən hazırlığını, ixtisaslarının və təhsilinin artırılması;
• Həmkarlar ittifaqı üzvlərinə və həmkarlar ittifaqı təşkilatlarına metodiki informasiya, hüquqi, maddi və digər yardım növlərinin göstərilməsi və s.
Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin nəzdində aşağıdakı komissiyalar fəaliyyət göstərir:

1. Təşkilati-kütləvi iş komissiyası
2. Mədəni-kütləvi və idman işləri komissiyası
3. Əməyin təşkili və mühafizəsi komissiyası
4. Əmək və sosial-müdafiə komissiyası

LDU Həmkarlar İttifaqı öz işini yüksək səviyyədə qurmaq məqsədi ilə öz işini Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin göstəriş və tövsiyyələri əsasında qurur. Həmkarlar təşkilatının işini yüksəltmək məqsədi ilə Universitet rəhbərliyi ilə həmkarlar ittifaqi komitəsi arasında kollektiv müqavilə bağlanmışdır. Müqaviləyə aşağıdakı müddəalar daxil edilmişdir:

1. Tərəflərin qarşılıqlı öhdəlikləri
2. Əməyin ödənilməsi qaydaları
3. Məşğulluq, kadr hazırlığı və ixtisasartırma
4. Əməyin mühafizəsi
5. Sosial inkişaf
6. İşçilərin sağlamlığının qorunması haqqında
7. Konpensasiyalar, güzəştlər
8. Həmkarlar İttifaqı komitəsinin fəaliyyətinə şəraitin yaradılması

2017-ci ilin may ayında keçirilmiş hesabat-seçki konfransı ilə Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin İdarə heyəti aşağıdakı tərkibdə seçilmişdir:
1. Mirzəyev Elman Savad oğlu – filologiya üzrə fəlsəfə doktoru, Həmkarlar İttifaqı Komitəsinin sədri
2. Nəsibova Arzu Nazim qızı – Tələbə Həmkarlar Təşkilatının sədri, HİK Rəyasət heyətinin üzvü
3. İbadov Rakif Hüseyn oğlu - “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti, tar. üzrə fəlsəfə doktoru, HİK Rəyasət heyətinin üzvü
4. Kazımov Kamran Şahverən oğlu - “Xarici dillər” kafedrasının müdiri, fil.f.d., dosent, HİK Rəyasət heyətinin üzvü
5. Qasımov Rəşid Ataxan oğlu - “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının baş müəllimi, HİK Rəyasət heyətinin üzvü
6. Paşayev Nahid Cəlil oğlu - “Riyaziyyat və informatika” kafedrasının müdiri, riy.ü.f.d., dosent, məclis üzvü
7. Əzızov Sənan Qərib oğlu – “Coğrafiya və ekologiya” kafedrasının dosenti, coğ.ü.f.d., məclis üzvü
8. Paşayev Tofiq Novruz oğlu – “İqtisadiyyat və marketinq” kafedrasının dosenti, iqt.ü.f.d., məclis üzvü
9. Ələsgərov Nadir Hüseyn oğlu – “Texniki fənlər və İKT” kafedrasının baş müəllimi, məclis üzvü
10. Əhmədova Elazə Məmməd qızı – Kitabxana bölməsinin rəhbəri, məclis üzvü
11. Şükürova İradə Atəş qızı- Kadrlar işləri üzrə mütəxəsis, məclis üzvü
12. Cəfərova Nahidə İbrahim qızı – “Humanitar fənlər” kafedrasının baş müəllimi, məclis üzvü
13. Mehdiyeva Aysel Sehran qızı – “Xarici dillər” kafedrasının baş müəllimi, məclis üzvü
14. Quliyev Vaqif Şahverən oğlu – Əsaslı təmir üzrə mühəndis, məclis üzvü
15. Əmənov Qalib Alışirin oğlu – “Coğrafiya-ekologiya” kafedrasının müəllimi, məclis üzvü
16. Talıbzadə Aysel Cahangir qızı – HİK-də mühasib, məclis üzvü
17. İbrahimova Cəmilə Məzahir qızı – “Humanitar fənlər” kafedrasının laborantı, HİK-də katib, məclis üzvü

Ünvan: Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusu, 3-cü mərtəbə, otaq № 301

e-mail: atiahi-ldu-hik@mail.ru
 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator