Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya

Az

Ru

En

Yeniliklər
Fakьltələr, kafedralar

Magistratura və doktorantura

Beynəlxalq əlaqələr
Elmi kitabxana
Tələbə həyatı
Tələbə Elmi Cəmiyyəti
Mətbuat xidməti
İdman klubu
Təhsildə kredit sistemi
Azərbaycan həqiqətləri
Arxiv

 

Lənkəran Dövlət Universiteti - 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitab LDU-nin

20 illik yubileyi münasibətilə

nəşr olunmuşdur.

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında


 

 

 

 

Heydər Əliyev Muzeyi və İdarəçilik məktəbi

 

 

 

Unversitetimizdə 2006-cı ildən fəaliyyət göstərən "Heydər Əliyev muzeyi və idarəçilik məktəbi"nin yaradılmasında əsas məqsəd Ümümmilli lider Heydər Əliyev irsinin tələbə və gənclərə aşılanması, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və Azərbaycanı beynəlxalq arenada  tanıtmasında göstərdiyi tarixi xidmətlərini və gənclərimizə Azərbaycançılıq məfkurəsinin – Ümummilli liderin yaratdığı ideologiyanın əsaslarından birini təşkil etdiyini öyrətməklə yanaşı, Vətənə sevgi, milli-mənəvi dəyərlərimizi qorumaq və bəşəri dəyərlərə hörmət hissini təbliğ etmək idarəçilik məktəbinin ən ümdə vəzifəsidir.

İdarəçilik məktəbində müntəzəm həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə yanaşı geniş miqyaslı bir çox respublika və beynəlxalq səviyyəli konfranslar keçirilmişdir ki, bunlardan: “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi”, “Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və milli mənəvi dəyərlərimiz”, “Heydər Əliyev irsi və Azərbaycanda güclü dövlət, modernləşmiş iqtisadiyyat və azad vətəndaş cəmiyyətinin quruculuğuna dair İlham Əliyev strategiyası”, Ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş – “Müasir elmin aktual problemləri”–və s. mövzularda keçirilmiş respublika və beynəlxalq səviyyəli konfranslar məzmun və keyfiyyətinə görə fərqlənmişlər.

Keçirilən konfranslar ulu öndərin irsinin öyrənilməsi, qorunması, tətbiqi və təbliği ilə yanaşı, Azərbaycanın XXI əsrdə dirçəlişinin müəllifi olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının bu irsi böyük bacarıq, inam və qətiyyətlə inkişaf etdirməklə əldə olunan uğurların və qarşıda duran vəzifələrin təhlilinə, ölkədə aparılan böyük quruculuq işləri, infrastruktur layihələri həyata keçirilməsi, ölkəmizin demokratik dövlətlər birliyinə daha sürətlə inteqrasiyasının təmin edilməsinə həsr edilmişdir.

Heydər Əliyev muzeyinin bu günə kimi 3 mindən çox ziyarətçisi olmuşdur ki, onların arasında respublikanın tanınmış ictimai-siyasi və elm xadimləri ilə yanaşı Almaniya, Amerika, Fransa, İsrail, Rusiya, İran, Türkiyə kimi böyük xarici dövlətlərin, Azərbaycan Respublikasında fəaliyyət göstərən bir çox səfirliklərinin nümayəndələri və şəxsən səfirlər də olmuş, məktəbin və muzeyin fəaliyyəti ilə yaxından tanış olaraq, xatirə kitabında öz səmimi ürək sözlərini qeyd etmişlər.

Muzeyi ziyarət edən, İdarəçilik məktəbinin məşğələlərinə qatılan hər kəsə Ulu öndərin Lənkəran bölgəsində olarkən bölgənin bütün insanlarına vətənpərvərlik, vətənə məhəbbət hisslərini bildirən nitqindən götürülmüş bu sözlər qürur hissi ilə xatırladılır: "Siz Azərbaycanın bu gözəl diyarını qurub-yaradanlarsınız! Siz bu bölgənin müdrik insanlarının varislərisiniz! Siz Talışxanovlar – generallar sülaləsinin varislərisiniz, siz II dünya müharibəsində qəhrəmanlıq göstərmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış General Həzi Aslanovun varislərisiniz, onun doğmalarısınız!!!

Azərbaycanın Talış dağları, bu Talış diyarı Azərbaycan xalqının böyük insanlarını, böyük şəxsiyyətlərini yetişdirmişdir! Siz burada – Lənkəranda, bu Talış dağlarının ətəyində Azərbaycan elmini, mədəniyyətini, təhsilini inkişaf etdirən layiqli insanlar yetişdirmisiniz! Biz bunlarla fəxr edirik, bütün Azərbaycan xalqı da bu dəyərli insanlarla fəxr edir!"

 

 

E-mail: office@lsu.edu.az;  

Telefon: (+994) 025 255 10 37;  

faks: (+994) 025 255 27 86

 

 

Heydər Əliyev muzeyi

və idarəçilik məktəbi.

 

 

 

 

İdarəçilik məktəbinin növbəti məşğələsinə hazırliq:

Rektor, prof.Asəf İsgəndərovun Qafqaz Universitetinin rektoru, prof. Əhməd Sanıç, Azərbaycan Turizm Universitetinin rektoru, prof. Cəfər Cəfərov və Moskva Dövlət Universitetinin professorları Anatoliy Yaqola və Gülnarə Xuramşina ilə görüşü.

 

 

 

 

İdarəçilik məktəbinin iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət edərkən.

 

 

 

 

Heydər Əliyev məktəbinin məşğələsində.

 

 

 

Moskva Dövlət Universitetinin professoru Anatoli Yaqola İdarəçilik məktəbinin növbəti məşğələsində.

 

 

   
     

 

  Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

  E-mail:  office@lsu.edu.az;       Telefonlar:  (+994) 025 255 25 88,    025 255 17 97;      Faks:   (+994) 025 255 27 86

 

© Lənkəran Dövlət Universiteti

Bütün hüquqlar qorunur

Veb administrator

Faydalı keçidlər