Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

HUMANITAR ELMLƏR FAKÜLTƏSİ

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

Semestrlər üzrə

FƏNN SİLLABUSLARI

 

Payız semestri

 

Yaz semestri

“Humanitar” fakültə Lənkəran Dövlət Universitetinin ən böyük fakültələrindən biridir. Fakültə 1992–ci ildən fəaliyət göstərir. Əvvəllər “Humanitar elmlər”, 2005-ci ildə “Pedaqoji elmlər” fakültəsi ilə birləşərək “Humanitar və pedaqoji elmlər” fakültəsi adı altında fəaliyyət göstərmişdir. Hal-hazırda “Humanitar” fakültə adlanır. Müxtəlif dövrlərdə fakültədə geniş profilli mütəxəssislər hazırlanmışdır. Hal-hazırda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İngilis dili müəllimliyi”, “Tərcümə”, “İbtidai təhsilin pedaqogika və psixologiyası” “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Fakültənin nəzdində 4 kafedra – “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası”, “Xarici dillər”, “İbtidai təhsil və məktəbəqədər təlim” və “Humanitar fənlər” kafedraları fəaliyyət göstərir. Fakültədə bakalavr pilləsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil (İngilis dili) müəllimliyi”, “Tərcümə” (İngilis), “İbtidai sinif müəllimliyi” “Məktəbəqədər təlim və tərbiyə”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə mütəxəssislər hazırlanır. Magistr pilləsi üzrə isə “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası”, “Xarici dilin tədrisi metodikası və metodologiyası (İngilis dili)”, “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası”, “Dilşünaslıq (İngilis dili üzrə)”, “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşmaları üzrə mütəxəsislər hazırlanır. “Humanitar” fakültənin dekanı vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Yədulla Ağazadə, həm də Lənkəran Dövlət Universitetinin Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edir. Dekan müavini tarix üzrə fəlsəfə doktoru, baş müəllim Kamal Mahmudovdur.

Fakültə dekanı vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru, baş müəllim Mahmudov Kamal Fətulla oğlu - 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. 1992-1998-ci illərdə Lənkəran şəhər 4 saylı orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Lənkəran Dövlət Universitetində müəllim, dekan müavini, baş müəllim vəzifələrində işləmişdir. Hazırda “Humanitar” fakültənin dekan müavinidir. 25-dən çox elmi məqalə və tezisləri Universitetin, Respublikanın və Beynəlxalq konfransların materiallarında çap olunmuşdur.

Dekan müavini tarix üzrə fəlsəfə doktoru, baş müəllim Bayramov Müşfiq Cabir oğlu - 1976-ci il dekabrın 10-da Lənkəran rayonu Vilvan kəndində anadan olmuşdur. 1993-cü ildə Vilvan kənd orta məktəbini bitirmişdir. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr səviyyəsini fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin “Arxeologiya və etnoqrafiya” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutununda arxeologiya ixtisası üzrə “Azərbaycanın orta əsr kənd tipli yaşayış yerləri (IX-XIII əsrin əvvəlləri) mövzusunda tarix elmləri üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Müşfiq Bayramov 12 elmi məqalənin 9 tezisin müəllifidir. 2008-ci ildən Lənkəran Dövlət Universitetində baş laborant, tyutor, tədris hissəsinin inspektoru, rektor köməkçisi, elmi katib vəzifələrində çalışmış, hal-hazırda “Humanitar fənlər” kafedrasının 1,0 ştat müəllimidir. 
mushfiq76@mail.ru
 

Fakültə haqqında məlumatları təqdim etdi:
dekan müavini b.m. Kamal Mahmudov
 

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator