Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

AQRAR VƏ MÜHƏNDİSLİK FAKÜLTƏSİ

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin 04.07.2016-cı il tarixli 1/58 saylı əmri ilə “Aqrar və mühəndislik” fakültəsi yaradılmışdır. Fakültəyə Universitetin 09.09.2016-cı il tarixli 1/94 saylı əmri ilə a.ü.f.dok., dos.Balayar Şahbazov dekan təyin olunmuş və fakültə dekan müavini vəzifəsinə Universitetin 02.10.2017-ci il tarixli 1/141 saylı əmri ilə m.Ruslan Mirzəyev təyin olunmuşdur. Aqrar və mühəndislik fakültəsində ilk buraxılış 2017-ci ildə 40 tələbə olmuşdur. Fakültədə 2(iki) kafedra fəaliyyət göstərir:
1. “Texnologiya və texniki fənlər” kafedrası
2. “Baytarlıq və aqrar fənlər”kafedrası

Fakültədə mütəxəssis hazırlığı 2 (iki) istiqamətdə aparılır:
1. Bakalavr
2. Magistr

“Aqrar və mühəndislik” fakültəsində aşağıdakı ixtisaslar vardır:
1. 050631 - “Kompüter mühəndisliyi”
2. 050642 - “Qida məhsulları mühəndisliyi”
3. 050649 - “Ekologiya mühəndisliyi”
4. 050701 - “Torpaqşünaslıq və aqrokimya”
5. 050702 - “Aqronomluq”
6. 050704 - “Baytarlıq”
7. 050706 - “Meşəçilik”
8. 050702 - “Aqronomluq” (qiyabi)
9. 060402 – “Qida məhsulları mühəndisliyi” (magistr)

Aqrar və mühəndislik fakültəsinin: I tədris ilində – 144; II tədris ili– 95;
III tədris ili– 47 və IV tədris ili– 48tələbə təhsil alır. Fakültədə 334 tələbə təhsil alır.
 

Fakültə dekanı:
Şahbazov Balayar Xanqulu oğlu – 10.01.1958 - ci ildə Lerik rayonunun Sors kəndində anadan olmuşdur. 1976-ildə C.Ağamalıoğlu adına “Şərəf nişanı ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə “Aqronomluq” ixtisasını “fərqlənmə” diplomu ilə bitirib alim aqronom ixtisasına yiyələnmişdir.1981-ci ilin avqust ayından 1982-ci ilin iyun ayına kimi Lerik rayonunun “Üzümçülük və şərabçılıq” sənaye istehsalat birliyində böyük aqronom vəzifəsində işləmiş, iyun 1982-ci ildən Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Zona Təcrübə stansiyasında kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifəsində işləmişdir.
1988-ci ildən 1998-ci ilə kimi stansiyada Həmkarlar Təşkilatının sədri kimi ictimai iş aparmışdır. 1998-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetində müəllim, 1999-cu ilin iyul ayından 2007-ci ilin may ayına kimi magistratura və aspirantura işləri üzrə məsul şəxs vəzifəsində işləmişdir. 2002-2007-ciillərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində işləmişdir.
1996-cı ildə disertasiya işini müdafiə etmişdir. 2002-ci ildə dosent elmi adını almışdır.
2005-2006-cı illərdə Lənkəran Dövlət Universitetində elmi işlər üzrə prorektor vəzifəsində, 2007-2009-cu illərdə Təbiyyat fakültəsinin dekanı, 2009-2016-cıillərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində, 2016-cı ilin sentyabr ayından “Aqrar və mühəndislik” fakültəsinin dekanı vəzifəsində çalışır.
2002-ci ildə gənc alimlər arasında keçirilən müsabiqədə “Beynəlxalq vektor”un qalibi olmuşdur.
70-dən çox elmi məqalənin, o cümlədən 4 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki iş, 6 fənn proqramının müəllifidir.
E-mail: balayarshahbazov@mail.ru

Fakültənin əməkdaşları :
 

1.Mirzəyev Ruslan Zahid oğlu - 24.11.1992-ci ildə Ukraynada anadan olmuşdur. 2009-cu ildə Lənkəran Rayon Kərgəlan kənd orta məktəbini bitirmişdir. 2009-cu ildə Lənkəran Dövlət Universistetinə daxil olmuş, 2013-cü ildə “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Ekologiya” ixtisasını bitirmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə “Ekoloji Təhlükəsizliyin informasiya sistemləri” ixtisası üzrə qəbul olmuş, 2016-cı ildə “ Fərqlənmə” diplomu ilə bitirmişdir.
2016-cı ildən Lənkəran Dövlət Universitetində müəllim, “Tədrisin Təşkili və əlavə təhsil bölməsi”nin rəhbəri vəzifələrində çalışmış, hal-hazırda “Aqrar və mühəndislik” fakültəsinin dekan müavinidir.
Lənkəran Dövlət Universitetinin doktorantıdır.
6 məqalə, 5 tezisin müəllifidir.
E-mail: ruslan.mirzeyev01@mail.ru
 

2. Cəbizadə Nəzrin Əli qızı – 24.01.1992- ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2010- cu ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbini bitirmişdir. 2010-2014- cü illərdə Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasında təhsil almışdır.
2015-2017- ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və otelçilik” fakültəsinin “Turizm işi” ixtisasında magistr təhsili almışdır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsində operator-kargüzar vəzifəsində çalışır.
E- mail: cebizade_2014@mail.ru


 

Fakültə haqqında məlumatları təqdim etdi:

dekan, dos. Balayar Şahbazov.

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator