Lənkəran Dövlət Universiteti təhsil elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir.

                                                                                                                                                                    Heydər ƏLİYEV

 

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

 
     
Struktur Elmi hissə Tələbə qəbulu Fotoqalereya

Az

Ru

En

Yeniliklər

Fakültələr, kafedralar

Magistratura və doktorantura şöbəsi

Elmi kitabxana

Tələbə həyatı

Tələbə Elmi Cəmiyyəti

Mətbuat xidməti

İdman klubu

Təhsildə kredit sistemi

Azərbaycan həqiqətləri

 Arxiv
 

 

Lənkəran Dövlət Universiteti - 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitab LDU-nin

20 illik yubileyi münasibətilə

nəşr olunmuşdur.

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında


 

 

 

08.05.2012.

LDU-da “Müasir elmin aktual problemləri”

mövzusunda Respublika elmi konfransı keçirildi

        Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycan elmi və təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edir. Lənkəran Dövlət Universiteti müstəqil Azərbaycan Respublikasının yaşıdıdır və Ulu Öndər Heydər Əliyevin arzu etdiyi kimi universitet təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ümummilli liderin ideyaları reallaşır, Azərbaycan bütün sahələr üzrə dünyada ən dinamik və sürətlə inkişaf edən ölkəyə çevrilmişdir.

Bu və ya digər məsələlər barədə Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Müasir elmin aktual problemləri” mövzusunda keçirilmiş respublika elmi konfransında söhbət getmişdir.

Tədbir iştirakçıları konfransdan əvvəl universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyinə baxmış, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov Respublika elmi konfransı açaraq, onun məqsəd və vəzifələrdən danışmış, konfransın işinə uğurlar arzulamışdır.

Universitetin rektoru, professor Asəf İsgəndərov konfransın plenar iclasında “Lənkəran Dövlət Universiteti Heydər Əliyev siyasəti və onun uğurlu davamının işığında” mövzusunda məruzə etdi. Məruzəçi ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərindən danışdı. Müasir elmin aktual problemlərindən danışan rektor elm və təhsil sahəsində qazanılan uğurları ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, onun siyasi məktəbinin yetirməsi dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd etdi.

Konfrans iştirakçılarına məlumat verildi ki, 1991-ci ildən fəaliyyət göstərən universitetdə təbiət, humanitar və pedaqoji elmlər, iqtisadiyyat və idarəetmə, əlavə təhsil fakültələri, magistratura və doktorantura şöbəsi, 11 kafedra, 1 problem elmi-tədqiqat laboratoriyası, 14 tədris laboratoriyası və mərkəzləri və s. fəaliyyət göstərir. Universitetdə 20 istiqamət üzrə elmi tədqiqatlar aparılır. Müasir tələbələrə cavab verən tədris korpusu yenidən qurulmaqla maddi-texniki bazası daha da gücləndirilmişdir. Hazırda ali təhsil müəssisəsində 1600-dək tələbə təhsil alır. Universiteti indiyədək 28 ixtisas üzrə 5 mindən çox tələbə bitirmişdir. LDU Avrasiya Universitetləri və Xəzəryanı Universitetləri Assosiasiyalarının üzvü kimi 100-dək ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir.

Konfrans öz işini “Təbiyyat elmləri”, “Humanitar elmləri”, “İqtisadiyyat və idarəetmə” elmləri bölmələrində davam etdirildi.

“Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası”, “Təhsil islahatları Heydər Əliyevin milli siyasətinin tərkib hissəsidir”, “Azərbaycanın milli inkişaf modeli” və s. mövzularda 150-dək məruzə dinlənildi və təhlil edildi.

Məruzələrdə dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti və bu siyasətin uğurla aparılmasından, demokratik islahatlardan və insan hüquqlarının təmin olunmasından, gənclərin bu sahədə roluna dair məsələlərdən söhbət açılmış, fikir mübadiləsi aparılmışdır.

Sonda bölmə sədrləri rəhbərlik etdikləri bölmələr haqqında məlumat verdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti və AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Pedaqoji Universiteti və respublikamızın digər ali məktəblərinin nümayəndələri, qonşu rayonların elm, təhsil müəssisələrinin və Lənkəran ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Konfransın materialları yaxın günlərdə nəşr olunacaqdır.

 

 

   
     

 

  Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

  E-mail:  office@lsu.edu.az;       Telefonlar:  (+994) 0171 255 25 88,    0171 255 17 97;      Faks:   (+994) 0171 255 27 86

 

© Lənkəran Dövlət Universiteti

Bütün hüquqlar qorunur

Veb administrator

Faydalı keçidlər