Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Əlilliyi olan tələbələr üçün mərkəz

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

DİQQƏT!

 

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

 

Haqqımızda
Lənkəran Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi layihələrdən biri də Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycan Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-Tempus layihəsidir. Xəzər Universitetinin koordinatorluq etdiyi bu layihədə Lənkəran Dövlət Universiteti tərəfdaş qismində öz işini uğurla davam etdirir. LDU ilə yanaşı respublikamızın digər ali təhsil müəssisələri, nazirliklər və təşkilatlar, eləcə də Avropa universitetlərinin geniş təcrübəsini öyrənmək məqsədi ilə bu layihəyə bir neçə Avropa universiteti də cəlb olunmuşdur.
Ali təhsil müəssisələri:
1. Xəzər Universiteti (koordinator)
2. Lənkəran Dövlət Universiteti
3. Naxçıvan Dövlət Universiteti
4. Azərbaycan Dövlət İqtisad Universiteti
5. Sumqayıt Dövlət Universiteti
6. Gəncə Dövlət Universiteti
Nazirliklər və təşkilatlar:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi
2. Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi
3. Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqıdır.
Avropa universitetləri:

1. Avstriya respublikası Qraz universiteti
2. Polşa respublikası Lodz universiteti
3. Yunanstan respublikası Makedoniya universiteti
4. Niderland kraallığı Avropa insanlara Məsləhət mərkəzidir.
Layihədə başlıca amil Əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir.
Universitet rektorunun 17 dekabr 2015-ci il tarixli 2/184 saylı əmrinə əsasən Universitetdə “Əlilliyi olan tələbələr üçün mərkəz” yaradılmış və Məhərrəmov Ülvi Bəxtiyar oğlu Mərkəzə koordinator vəzifəsinə təyin olunmuşdur.
Məqsədimiz və missiyamız:
- Mərkəzin əsas məqsədi əlil tələbələrin ali təhsil müəssisələrinə təhsil imkanlarını və bütövlükdə onların təhsilə inteqrasiyasını təbliğ etməkdir.
- Əlil tələbələrin təhsil imkanları və resurslarla təmin etmək;
- Əlil tələbələrin təhsilə cəlb edilməsi və motivasiyası;
- Könüllü olaraq əlil tələbələr üçün təlim kurslarının təşkili;
-Tərəfdaş universitelər və müvafiq təşkilatlarla təcrübə mübadiləsi;
- Əlillik haqqında maarifləndirmənin aparılması;
- Əlilliyi olan tələbələrin xüsusi istedad və qabiliyyətlərini aşkarlayıb, onların Universitetin ictimai, mədəni həyatında, eləcə də tədbirlərdə iştirakına şərait yaratmalı;
Texniki dəstək:
- Mərkəzdə Universitetdə təhsil alan əlil tələbələrə dəstək və avadanlıqlardan istifadə məqsədi ilə Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin könüllü tələbələrdən ibarət “Dəstək qrup”u fəaliyyət göstərir.
– Mərkəzdə əlil tələbələr psixoloq və pedaqoq xidmətlərindən istifadə edə bilərlər;
Tədbirlərimiz:

- Mərkəzin təşəbbüsü ilə Universitetdə təhsil alan əlil tələbələr ilə universitet rəhbərliyinin, eləcə də layihə iştirakçılarının görüşü keçirilmişdir;
- İnzibati heyət, müəllimlər, tələbələr üçün maarifləndirici tədbirlər keçirilmişdir.
- Humanitar fənlər kafedrasında“İnklüziv təhsil” mövzusunda elmi seminar keçirilmişdir.
 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator