Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

ELM BÖLMƏSİ

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

 

Hazırda Lənkəran Dövlət Universitetində elmi tədqiqatlar 4 fakültənin – “Təbiyyat”, “Humanitar”, “İqtisadiyyat və idarəetmə”, “Aqrar elmlər və mühəndislik” fakültələrinin 12 kafedrasında və Riyazi-iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri elm tədqiqat laboratoriyasında aparılır.
1. Təbiyyat fakültəsində olan kafedralar:
1.1. Kimya və biologiya kafedrası;
1.2. Riyaziyyat və informatika kafedrası;
1.3. Coğrafiya və ekologiya kafedrası;
1.4. Tarix və onun tədrisi metodikası kafedrası;
2. Humanitar fakültəsində olan kafedralar:
2.1. İbtidai təhsil və məktəbəqədər təlim kafedrası;
2.2. Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası kafedrası;
2.3. Humanitar fənnlər kafedrası;
2.4. Xarici dillər kafedrası;
3. İqtisadiyyat və idarəetmə fakültəsində olan kafedralar:
3.1. Maliyyə, mühasibat və audit kafedrası;
3.2. İqtisadiyyat və menecment kafedrası;
3.3. Biznes və idarəetmə kafedrası;
4. Aqrar və mühəndislik kafedrası:
4.1. Texnologiya və aqrar fənnlər kafedrası;
4.2. Texniki fənnlər və İKT kafedrası;
 

Lənkəran Dövlət Universiteti yüksək ixtisaslı mütəxəssis hazırlığını da həyata keçirməklə yanaşı, mövcud elmi baza əsasında qlobal və regional əhəmiyyətə malik elmi tədqiqat işləri də aparır.
LDU-da elmi tədqiqat işləri Elmi Şura tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir. Hər il üçün təsdiq olunmuş planla bərbər, növbəti 5 illiyi əhatə edən elmi tədqiqat işlərinin planı tərtib olunmuş və Elmi Şurada müzakirə edilərək qəbul olunmuşdur.
Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən 13 kafedrada və Riyazi-iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri elmi tədqiqat laboratoriyasında 17 istiqamət üzrə 18 mövzuda elmi-tədqiqat işləri aparılır:
İstiqamətlər:
Riyaziyyat; Biologiya; Kimya; Ekologiya; Coğrafiya; Ədəbiyyat; Dilçilik; Multikultiralizm - mədəniyyətşünaslıq; Vətən tarixi; Xarici ölkə ədəbiyyatı; Xarici dil; Pedaqogika; Psixologiya; Kənd təsərrüfatı; İqtisadiyyat və idarəetmə; Maliyyə və mühasibat; Məktəbəqədər təlim; Riyazi-iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri elmi tədqiqat laboratoriyası;
Yerinə yetirilən tədqiqatlar 18 mövzunu və 72 işi əhatə edir.
Aparilan tədqiqat işlərinin Azərbaycan Milli Elmlər Akademiyasının İnnovasiya mərkəzində qeydiyyatdan keçirilməsi üçün həmin mərkəzlə sıx əməkdaşlıq edilir. Universitetin bütün kafedraları və əməkdaşları elmi tədqiqat işlərinin aparılmasına cəlb edilmiş və elmin ən aktual sahələri üzrə işlər həyata keçirilir. Planlaşdırılan işlər AMEA İnstitutları və AMEA-nın Lənkəran Regional Elm Mərkəzi və digər elmi tədqiqat institutları ilə qarşılıqlı əməkdaşlıq müqavilələri çərçivəsində aparılır. Aparılan elmi tədqiqat işləri haqqında hesabatlar təqdim olunmuş, kafedranın ümumiləşmiş hesabatı fakultə elmi şurasına təqdim olunmuş və müzakirə olunaraq müsbət qərarla Elmi hissəyə təqdim olunmuşdur. Hesabatlar Elmi hissədə bir daha araşdırılmış və məlum olmuşdur ki, bütün nəzərdə tutulmuş işlər üzrə tədqiqatlar həyata keçirilir.
Lənkəran Dövlət Universiteti elmi tədqiqat işlərini 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı, 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsi sistemində islahatlar üzrə Dövlət Proqramını və Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2009-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı və bu proqramların yerinə yetirilməsi haqqında Təhsil Nazirliyinin qərar və əmrlərini əsas götürməklə planlaşdırır və həyata keçirir. Həmin proqramların icrası istiqamətində aşağıdakı işlər həyata keçirilmişdir:
1. Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı Lənkəran Dövlət Universitetində Universitetin həm illik, həm də beş illik elmi fəaliyyət planı hazırlanaraq təsdiq edilmişdir. LDU-da əməkdaşların yerinə yetirdiyi elmi tədqiqat işlərinin istqamətləri yığcamlaşdırılmış, fundamental tədqiqatlarla yanaşı, respublikanın və bölgənin ehtiyaclarını daha çox nəzərə almaq məqsədi ilə aparılan elmi-tədqiqat işlərinin aparılmasına diqqət artırılmış və onların nəticələrinin tədris prosesində və regionların sosial iqtisadi inkişafında tətbiqi üçün tədbirlər görülmüşdür.
2. 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsi sistemində islahatlar üzrə Dövlət Proqramının yerinə yetirilməsi məqsədi ilə Universitetin fəaliyyət planı təsdiq edilmişdir. İxtisaslar Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət təhsil standartlarına uyğun hazırlanmış yeni tədris planları tərtib və tətbiq olunmuşdur. Tədris planlarına uyğun dərs vəsaitləri, proqramlar, metodik vəsaitlər və digər zəruri vəsaitlər hazırlanmış və bu iş bu gün də davam etdirilir.
3. Lənkəran Dövlət Universitetində 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşdırılmış 3 elmi konfrans - Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişafı problemləri” mövzusunda Respublika Elmi Konfransı bakalavriat, magistrant və doktorantlar üçün nəzərdə tutulmuş “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” gənc tədqiqatçıların elmi konfransı və “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda Beynəlxalq elmi –praktik konfranslar keçirilir. Hər il iki seriya üzrə (Humanitar və Təbiət elmləri) “Lənkəran Dövlət Universitetinin Elmi Xəbərləri” jurnalı nəşr olunur, nəşr olunan elmi jurnal Azərbaycan Respublikasının Prezidenti yanından Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilir.

Əlaqə: +9942525 52559
e-mail: science@lsu.edu.az
e-mail: conference@lsu.edu.az
 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator