Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

 

LDU-nun xarici əlaqələri təkcə universitetlərlə məhdudlaşmır eyni zamanda xarici ölkələrin diplomatik nümayəndələri ilə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığına geniş yer verir. Qeyd olunan əməkdaşlıq çərçivəsində son illər müxtəlif xarici dövlətlərin ölkəmizdəki səfirləri Universitetimizdə olmuşdur.
1 mart 2017-ci ildə İsveçrə Federativ Respublikasının Azərbaycan və Türkmənstan Respublikalarındakı Fövqəladə və Səlahiyyətli səfiri Philipp Stalder Lənkəran Dövlət Universitetində olmuşdur. Fəxriqonağla LDU-nun 2 saylı tədris korpusunda universitetin rectoru vəzifəsini icra edən prof. Natiq İbrahimov və prorektorlar lageniş fikir mübadiləsi aparılmışdır. Səfir onu belə səmimi və isti qarşıladıqlarına görə LDU-nun rector vəzifəsini icra edən professor Natiq İbrahimova təşəkkürünü bildirmişdir. O, gəlişinin əsasməqsədini LDU-nun tələbələri ilə görüşüb, onlara İsveçrə, onun həyatı, təhsili, dövlət strategiyası ilə bağlı məlumat vermək və tələbələrin intellect səviyyəsi ilə tanış olmaq olduğunu bildirmişdir. Tələbələrlə görüşdən razı qaldığın ıbildirən səfir professor ona yaratdığı şəraitə görə minnətdarlığını bildirmişdir. Hətta səfəri başa çatdıqdan sonra Diplomat rəsmi təşəkkür məktubu Universitetə yazmışdır.
Universitetə gələn xarici qonaqlar həmişə diyardan razılıqlarını bildirmiş və burada özlərini evlərindək ikimi hiss etdiklərini vurğulayıblar. Bu da rektorun apardığı məqsədyönlü siyasətdən xəbər verir.
3 mart 2017-ci ildə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyi Lənkəran Dövlət Universitetində oldu. Nümayəndə heyətindən Siyasi, İqtisadi, Mətbuat və İnformasiya Bölməsinin rəhbəri Denis Daniilidis, nümayəndəliyin Siyasi Müşaviridr. AuşraRaiştie-Daukantiene Universitet rəhbərliyi iləgörüşdü. İlk tanışlıqdan sonra heyət gəlişlərinin əsas məqsədini 6 ölkənin iştirakı ilə Roma müqaviləsi əsasında yaradılmış Avropa İqtisadi Birliyinin 60-cı il dönümüilə əlaqədar Lənkəranda eləcədə Lənkəran Dövlət Universitetində Avropa günlərinin keçirilməsi olduğunu bildirdilər. Universitet rəhbərliyi onlara LDU – haqqında məlumat verərək qeyd etdiki, bizim əsas məqsədlərdən biri də universitetin qapılarını Avropaya tərəf açmaq, xüsusilə təhsil, elm və mədəniyyət sahələrində əlaqlələr qurmaqdan ibarətdir.
Qeyd olunan görüşün nəticəsi olaraq 6-7 may 2017-ci il tarixində Avroba İqtisadi Birliyinin yaranmasının 60 illiyinə həsr olunmuş Avropa İttifaqının, Lənkəran Dövlət Univversitetinin və Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20-ə yaxın Avropa ölkələrinin sfəir və nümayəndələrinin iştirakı ilə Lənkəranda Avropa günləri keçirilmişdir. 50-ə yaxın qonaqların iştirakı ilə möhtəşəm tədbir keçirilmişdir.
200-ə qədər universitet tələbəsinin qatıldığı qruplarda 45 dəqiqə müddətində Avropa ölkələrinin dili haqqında tələbələrəməşğələlər keçirildi. Yunan, isveç, fransız (belçika), alman, macar, ispan, ingilis, polyak, çex, fransız, litva, fin, portuqal və ingilis dilində keçirilmiş məşğələlər həm orijinal təşkili, həm xarici qonaqların və tələbə-müəllim heyətinin fəallığı, innovativ yanaşma xüsusiyyətləri ilə diqqətçəkən olmuşdur.
Günün ikinci yarısında Heydər Əliyev Mərkəzində Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin sədri xanım Mard Malena, Avropa İttifaqına üzv olan dövlətlərin - Almaniya, Macarıstan, Latviya, Hollandiya, Portuqaliya, Rumuniya və İsveçin ölkəmizdəki səfirləri, habelə Belçika və Çexiya səfirliklərinin nümayəndələri ilə universitet tələbələrinin görüşü keçirildi.Bütün qeyd olunanlar Lənkəran Dövlət Universitetinin Beynəlxalq əlaqələrinin dinamik inkişafını göstəriciləridir.
Universitetin beynəlxalq əlaqələri Avropa qitəsi ilə yanaşı okeanın digər hissəsində olan Atlantika ölkələri ilə də genişlənir. 06.06.2017 tarixində Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Lənkərana işgüzar səfəri çərçivəsində bölgənin yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetinə də səfəri olmuşdur. Hörmətli qonağı Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayaraq səfirin təhsil ocağına gəlişindən bütün kollektivin məmnun olduğunu qeyd etmiş, eləcə də hörmətli qonağa 25 illik tarixi olan LDU barədə ətraflı məlumat verdi. Universitetin beynəlxalq əlaqələrə daim önəm verdiyini deyən prof. N. İbrahimov LDU ilə Türkiyə, Rusiya, Şərqi və Qərbi Avropa ölkələrinin ali məktəbləri arasında son illərdə yaranan iki tərəfli əlaqələrindən söz açmışdır.
Ətraflı məlumata və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Xuan Rodrigo Labardini Flores Azərbaycanla təmsil etdiyi ölkəsi arasında son illərdə yaranan mədəni və iqtisadi əlaqələrdən danışaraq, bu əlaqələrin hər iki dövlətin və xalqın mənafeyinə xidmət etdiyini bildirdi. Azərbaycanın bölgələri,xüsusən Lənkəranla iqtisadi və mədəni sferada əlaqələrin qurulmasında maraqlı olduğunu deyən səfir bu işdə LDU-nun önəmli rol oynaya biləcəyini xüsusi vurğuladı. Universitetlə ilk tanışlığın onda xoş,müsbət hisslər doğurduğunudeyən Meksika rəsmisi gələcəkdə bu təhsil müəssisəsi ilə ölkəsindəki ali məktəblərin birgə elmi vətələbəmübadiləsinin səmərəli ola biləcəyini qeyd etdi.
18.05.2017-ci il tarixində Başqrıstanın paytaxtı Ufa şəhərində keçirilən Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiassiyasının II forumunda Azərbaycan nümayəndə heyyətinin tərkibində Lənkəran Dövlət Üniversitetininrektoru vəzifəsini icra edən professor Natiq İbrahimov da iştirak etdi. Tədbirdə Azərbaycandan 16, Rusiyadan 34 ali məktəb iştirakçı oldu.
Forumdan qayıdan professor Natiq İbrahimov LDU – nun professor muəllim heyyəti ilə göruşundə bildirdi ki, universitetlər birliyiəsasən regionların inkişafında ali məktəblərin rolunu, beynəlxalq əməkdaşlıq habelə ali məktəblərin beynəlxalq və milli reytinqlərində inkişafı məsələlərini müzakirə etdi. “Rusiya ilə Azərbaycanın təcrübəsi“ adlı panel diskussiyası, Assosiasiyasının iştirakçısıolan ali məktəblərin rektorlarının iclaslarıkeçirildi.
Mayın 18 - də LDU ilə Başqırıstan Dövlət Universiteti, Başqrıstan Dövlət Aqrar Universiteti və Puşin Dövlət Təbiyyət Elmləri İnstitutu arasında qarşılıqlı əməkdaşlıq sahəsində ikitərəfli müqavilələr imzalandı. Müqavilə muəllimlərin və alimlərin ixtisaslarının artırılmasında qarşılıqlı elmi əməkdaşlığı, yeni təhsil layihələrinin və proqramlarının həyata keçirilməsini, qabaqcıl təlim metodlarının mübadiləsini və s. nəzərdə tutur
Lənkəran Dövlət Universitetinin xarici əlaqələrin də qardaş Türkiyə Cumhuriyyətinin Universitetləri də xüsusi yer tutur. 09 sentyabr 2017-ci ildə Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu cənub bölgəsinə səfəri çərçivəsində LDU-da olmuşdur. Professor Natiq İbrahimov Çukurova Universiteti ilə də elmi-təcrübi əməkdaşlığın yaradılmasında, müəllim-tələbə mübadiləsinin təşkilində maraqlı olduğunu vuğuladı.
Səmimi qarşılanmaya görə minnətdarlıq bildirən türkiyəli qonaq Saadəttin Baloğlu təmsil etdiyi Çukurova Universiteti barədə LDU rəsmisinə ətraflı məlumat verıb,elmi-təcrübi əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını qeyd etdi və yaxın gələcəkdə bu əlaqələri genişləndirmək üçün yenidən LDU – ya gələcəyini hər iki universitet arasında 2 tərəfli müqavilə imzalanmasına çalışacağını bildirdi.
28.09.2017-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya KrallığınınAzərbaycandakı Fövqəladə və Səlahiyyətlisəfiri Lənkəran Dövlət Universitetində oldu.Xanım Karol Krofts cənub bölgəsinə səfəri çərçivəsində bu gün Lənkəran Dövlət Universitetində oldu. Xanım səfiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşıladı. Hörmətli qonağa Universitetdə son iki ildə tədrisin səviyyəsini yüksəltmək istiqamətində aparılan modern islahatlar,kadr hazırlığının təkmilləşdirilməsi sahəsində dünya təcrübəsinin tədbiqi və s. barədə ətraflı məlumat verildi. LDU-da fəaliyyət göstərən xarici dil kafedrasının işindən ətraflı bəhs edən rektor Natiq İbrahimov ingilis dilinin öyrədilməsi istiqamətində səmərəliliyi artırmaq, keyfiyyəti yüksəltmək məqsədi ilə bu dildə səfirliyin dəstəyi ilə xüsusi dil kurslarının (regional AffİLTS Mərkəzinin) açılmasına ehtiyac duyulduğunu qeyd edərək bu məsələyə xanım səfirin yardımçı olmasını xahiş etdi. Söhbət əsnasında Böyük Britaniyanın ali təhsil müəssisələri ilə qarşılıqlı elmi əməkdaşlığın,tələbə-müəllim mübadiləsinin forma və istiqamətləri müzakirə edildi, LDU-da müxtəlif ixtisaslarda təhsil alan tələbələrin bu ölkənin nufuzlu təhsil ocaqlarında mübadilə proqramlarında iştiraklarının səmərəli ola biləcəyi xanım səfirin diqqətinə çatdırıldı.
Xanım səfir Karol Krofts belə bir təkliflə təmsil etdiyi ölkənin aidiyyatı qurumlarını məlumatlandıracağını qeyd edərək məsələnin həllinə yardımçı olacağını vəd etdi. Daha sonra xanım Karol Krofts LDU-nun tələbələri ilə görüşdü. Universitet rəsmilərinin iştirakı olmadan keçirilən görüşdə Böyük Britaniyalı diplomat tələbələri maraqlandıran çoxsaylı suallları cavablandıraraq onlarla canlı ünsiyyət yaratdı.Sonda qonağa xatirə hədiyyəsi təqdim edildi və xatirə şəkilləri çəkildi.
Alman ali məktəblərinin birgə qurumu olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin ofis meneceri Stefani Düfo 12.10.2017-ci ildə Lənkəran Dövlət Universitetində oldu. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov xanım Stefani Düfonu qəbul edib. Söhbət zamanı xanım qonağa LDU-da aparılan təhsil islahatları, maddi texniki bazanın yenilənməsi, dünya təhsil sisteminə inteqrasiya, təhsildə yeni metodların tədbiqi, tədrislə təcrubənin uzlaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. LDU-ya gəlişinin məqsədini açıqlayan xanım Düfo təmsil etdiyi beynəlxalq qurumun məqsəd və məramından söz açaraq bildirib ki, DAAD-ın əsas vəzifəsi tələbələrin və elmi işçilərin mübadiləsi vasitəsi ilə Almaniyanın xarici münasibətlərinin dəstəklənməsidir.
LDU rəsmisi universitet nəzdində alman dili kurslarının təşkili, bu kursları uğurla bitərən məzunlara xaricdə təhsil imkanlarının yaradılması, əsasən aqrar ixtisaslar üzrə təhsil alan tələbələrə Almaniyanın ali məktəblərində praktik biliklərinin təkmilləşdirilməsi imkanlarının verilməsi barədə danışıb və bu məqsədlərin reallaşdırılmasının vacibliyini qeyd edib.

Tel: (+994) 025 255 25 59
e mail: int-rel@lsu.edu.az
 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator